30.04.2015 Günlük Bürclər (30 Aprel)

29 Nisan 2015
2 612
0
30.04.2015 Günlük Bürclər (30 Aprel)
30.04.2015 Günlük Bürclər (30 Aprel)

Qoç - yaxın ətrafınızdakı insanlar üçün əvəzolunmaz yardımçı və qiymətli müttəfiqə çevrilə bilərsiniz. Mürəkkəb xarakterə malik insanlarla əlaqələri normal qurun. Dostları və ya tərəfdaşları diqqətlə seçin. Təhsildə uğurlar ola bilər. Yeni təcrübə əldə olunması, dünyagörüşün artırılması üçün əlverişli zamandır. Günün ikinci yarısında səfər və ya gəzinti xoş təəssüratlar yaradacaq. Sərfəli anlaşma və ya sövdələşməyə nail olmaq, qeyri-adi əşya almaq olar. Axşam saatlarında planlaşdırılmamış xərclər istisna deyil.

Buğa - müstəqil iş üçün əlverişli zamandır. Təkbaşına çalışın, yardım və dəstək gözləməyin. Tək işləyəndə özünüzü rahat hiss edəcəksiniz. Rəğbət bəsləmdiyiniz və xoşlanmadığınız insanlarla ünsiyyət qaçılmazdır. Mövqelərinizi və fikirlərinizi bölüşməyən insanlarla təmaslar sizi usandıracaq. Sinirlənməyin, təmkinli olun. Günün ikinci yarısında alacağınız xəbər sizi nigaran qoyacaq, əhvalınızı pozacaq. Lakin situasiyanı dəyişmək, problemləri aradan qaldırmaq imkanları yaranacaq. Dərhal işə başlayın. Aktiv olun.

Əkizlər - yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. İndiyədək sizi asanlıqla anlayan, mövqelərinizi bölüşən adamlarla mübahisələrin yaranmasına, fikir ayrılıqlarının münaqişəyə çevrilməsinə imkan verməyin. Günün ikinci yarısında sizi eqoizm, paxıllıq, xudpəsəndlik, kobudluqda suçlaya bilərlər. Amma bir qədər sonra bu adamlar haqsız olduqlarını anlayacaqlar. Xoşagəlməz hisslər olacaq. Maliyyə məsələlərində ehtiyalı olun. Malik olduğunuzdan artıq pul xərcləməyin. İş yeri ilə bağlı qərarların qəbul edilməsi, sənədləşdirmə, köç və ya ciddi yeniliklər üçün əlverişli zaman deyil.

Xərçəng - ciddi qərarlar qəbul edərək onları həyata keçirməyə tələsin. Emosiyaların təsiri altına düşməyin, məntiq və sağlam düşüncəni unutmayın. Tam etibar etdiyiniz insan sizinlə manipulyasiya etməyə çalışacaq. Məkrli planların qurbanı olmayın, tələyə düşməyin. Başqalarının problemlərinin həllinə, səhvlərin fəsadlarının aradan qaldırılmasına çox vaxt sərf etməli olacaqsınız. Günün ikinci yarısında əhvalınız və sağlıq durumunuz yaxşı olacaq. Axşam saatlarına yaxın xroniki ağrılar yarana bilər. Narahat olmayın, təlaşa qapılmayın. Etibarlı müttəfiqin dəstəyinə ehtiyacınız var.

Şir - məqsədlərin seçimi və planların hazırlanmasına diqqətlə yanaşsanız, gün uğurlu olacaq. Ciddi çalışın. Xırdalıqlara və detallara başdansovdu yanaşmayın. Gərəkli nəticənin əldə olunması üçün çox işləməli olacaqsınız. Rəğbət bəsləmədiyiniz insana yardım üçün müraciət etmək məcburiyyətində qalacaqsınız. Bir zamanlar sizə yardım etmiş insanlar günün ikinci yarısında əməlini xatırladacaqlar. Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər. Zökəm və soyuqdəymə riski var. Dostlarla görüş üçün yaxşı vaxtdır. Romantik təmaslar isə ümidləri doğrultmayacaq.

Qız - tələskənlik etməyin. Günün ilk yarısında başlayacağınız işləri tezliklə başa vurmaq mümkün deyil. Hər şeyə rəğmən səyləriniz hədər getməyəcək. Alış-verişdə planlaşdırılmış əşyaları almaqla kifayətlənin. Gəlirlər gözlədiyiniz məbləğdən artıq olsa da, bədxərclik etməyin. Köç və ya köçə hazırlıq, habelə interyerin yenilənməsi üçün münasib gündür. Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Təxəyyülünüzdən yararlanın, problemlərin həllinə yaradıcı yanaşın. Planlaşdırılmamış səfər ola bilər. Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi - mühüm qərarların qəbul olunması üçün əlverişli zaman deyil. Yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun. Onların hərəkətlərinin motivlərini anlamağa, qərarlarını dürüst qiymətləndirməyə can atın. Ünsiyyəti bir qədər məhdudlaşdırmaq məsləhətdir. Düşünülməmiş iradlar və aqressiv davranış hətta normal söhbəti münaqişəyə çevirə bilər. Günün ikinci yarısında qəfil vizit istisna deyil. Gələn qonaqlar tezliklə getməyəcəklər. Alış-veriş etmək olar. Amma bədcxərclik etməyin, lazımsız əşyalar və məhsullar almayın.

Əqrəb - müsbət təmayüllərin təsiri güclənir. Ayrı-ayrı çətinliklər və problemlərə rəğmən gün uğurludur. Enerjili, aktiv, məntiqli olun. Ən çətin situasiyalarda kobud yanlışlıqlara yol verməməyə çalışın. Yardım və məsləhət istəyən insanları pərişan qoymayın. Həyata düzgün yanaşın, ən xırda çətinlikdən sonra ruhdan düşməyin. Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Yeni tanışlıq istisna deyil. Müttəfiq və tərəfdaşların sayını artırmağa çalışın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Axşam saatlarını ailəvi istirahətdə keçirin.


Oxatan - müsbət təmayüllərin təsiri güclənir. Ayrı-ayrı çətinliklər və problemlərə rəğmən gün uğurludur. Enerjili, aktiv, məntiqli olun. Ən çətin situasiyalarda kobud yanlışlıqlara yol verməməyə çalışın. Yardım və məsləhət istəyən insanları pərişan qoymayın. Həyata düzgün yanaşın, ən xırda çətinlikdən sonra ruhdan düşməyin. Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Yeni tanışlıq istisna deyil. Müttəfiq və tərəfdaşların sayını artırmağa çalışın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Axşam saatlarını ailəvi istirahətdə keçirin.

Oğlaq - xoş görüşlər və maraqlı söhbətlər olacaq. Biznes və karyera ilə bağlı məsələləri rahat ortamda müzakirə etmək olar. Yaxşı məsləhət alacaqsınız. Cazibədar təklif istisna deyil. Dəvət aldığınız tədbirə qatılın. Yanınızdakı insanlardan bir neçəsinin rəğbətini qazanacaqsınız. Günün ikinci yarısında səfər və ya səyahət istisna deyil. Romantik münasibət istisna deyil. Ailə üzvləri ilə təmaslarda diqqətli olun. Onlar sizinlə ünsiyyət gözləyir. Hisslərinizi və fikirlərinizi bölüşə bilərsiniz.

Dolça - mübahisələr qaçılmazdır. Yaxın ətrafınızdakı insanlarla münasibətləri normal səviyyədə saxlamaq üçün səy göstərin. Çoxdan bəri sizə qarşı mənfi münsibətdə olan bədxahlar aktivləşirlər. Onlar haqqınızda böhtan və şayiələr yayacaqlar. Mövqelərinizin səbatlı olmasına çalışın. Günün ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Alış-verişdə uğursuzluğa yol verməyin, hesablamalarda səhvlər etməyin. Yalnız işgüzar maraqlarınızın olduğu insanlarla işlə bağlı məsələləri müzakirə etməyin. Axşam saatlarında səhhətinizdə kiçik problemlər istisna deyil.

Balıqlar - hadisələr istədiyiniz məcrada inkişaf etmədiyindən səbrli və soyuqqanlı olun. Yaxın gələcəklə bağlı planlar qurmaq olar. Amma unutmayın ki, onları tezliklə reallaşdırmaq mümkün deyil. Dostlar və ya ailə üzvlərindən biri ilə kiçik ixtilaflar istisna deyil. Münaqişənin yaranmasına imkan verməyin. Birmənalı olmayan situasiyalarda soyuqqanlı davranın. Günün ikinci yarısı qeyri-adi və orijinal əşyaların alınması, imiclə eksperimentlər üçün münasib zamandır. Zövqünüz sizi aldatmasın. Yaradıcılıqla bağlı layihəni unutmayın.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.