Noyabr Ayında Bürclər nə vəd edirlər?

01 Kasım 2015
6 992
5
Noyabr Ayında Bürclər nə vəd edirlər?

Qoç - 2015-ci ilin Noyabr ayının ilk həftəsi Qoç bürclərinin eşq həyatı üçün mükəmməl olmayacaq. Çünki eşq planeti və Qoç bürcünün evlilik evinin idarəçisi Venera sizin doğum xəritənizin uyğun olmayan sahəsində Mars planeti ilə birləşəcək. Bu dövr öhdəçilik və zərurətlərlə xatırlanacaq və əlaqənizin azadca davam etməsinə icazə verməyəcək. Noyabr ayının 8də Venera planetinin Qoç bürcünün evlilik evinə girməsiylə hər şey dəyişəcək və 12 Noyabrda Mars planeti Venera planetini izləyəcək. Venera - Mars birləşməsi ehtiras və istək dolu olacaq və bu təsir altında sizin eşqə olan düşkünlüyünüz meydana çıxacaq. Siz romantizmi və xüsusi bir romantik hadisəni praktikaya tətbiq etmə imkanları ilə qarşılaşacaqsınız. 2015-ci ilin Noyabr ayının ilk on günlüyü boyunca iş ətrafınız çox aktiv və məşğul olacaq. 12 Noyabrdan sonra hər şey yavaşlayacaq. Siz çox çalışacaq, lakin istirahət də edəcəksiniz, təzyiq altında olmayacaqsınız. Son on günlük Qoç bürclərinə düyün gətirəcək və bunun öhdəsindən gəlmək üçün sizdə əzm və stabillik olmalıdır, bütün bunların köməyiylə siz müvəffəqiyyətə çatacaqsınız. İşlər, mədəni fəaliyyətlər və səyahət bu dövr asan olmayacaq lakin, əgər strategiyanız olsa, onlar sizə uzun vədədə üstünlüklər təqdim edəcək. Böyük miqyasda 2015-ci ilin Noyabr ayı Qoç bürclərinin iş yoldaşlıqları və komanda işini tətikləyəcək, həm də yarış və rəqabət də olacaq. Siz daha çox maliyyə başlanğıcları edəcəksiniz. Sərmayə qoyacaq, hesab verərkən stress keçirəcək, malları təkrar nəzərdən keçirəcək, fond quracaq və ya başqa maliyyə işlərinə başlayacaqsınız. Qoç bürclərinin sağlamlığı diqqətlə nəzərdən keçirilməli, xüsusilə 2015-ci ilin Noyabr ayının birinci və sonuncu on günlüyü, sizin fiziki problemləriniz meydana gələcək və bunların da kökündə ifrata meyl, düşkünlük, diqqətsizlik, zəif həyat şərtləri, tələskənlik və ya riskli hərəkətlər dayanmaqdadır. İlk iyirmi günlükdə siz xeyli gərgin olacaqsınız. Çox narahat olursunuzmu?

Buğa - 2015-ci ilin Noyabr ayı Buğa bürcləri üçün daha çox eşq potensialı vardır, xüsusilə ilk üç həftə boyunca Günəş və Merkuri planetlərinin Buğa bürcünün evlilik evində olmasına görə belə olacaq. Günəş enerji verəcək və qiymətinizi artıracaq, Buğa bürcünün eşq və cinsilik evinin idarəçisi Merkuri planeti isə əlavə romantik duyğular və həssaslıq verəcək. Bu şərtlər altında eşq həyatınız çiçəklənəcək və sizin sevgiliniz dünyanızın mərkəzində olacaq. Üfüqdə hər vaxt eşq olacaq, çünki Böyük Xeyirxah Yupiter Buğa bürcünün eşq evində olacaq. İlk on gün boyunca , ehtiraslı Mars və sevgi dolu Venera eyni evdə olacaq, üfüqdə eşq görünür və sizin bütün edəcəyiniz sadəcə onu əldə etməkdir. Noyabr ayı boyunca ürəyinizdən və bədəninizdən məmnun qalacaqsınız! 2015-ci ilin Noyabr ayının ilk on günlüyü siz işdən daha çox eşqə və əyləncəyə fokuslanacaqsınız. Lakin siz bu dövrdən faydalanaraq yeni və faydalı ictimai bağlar meydana gətirəcək və imicinizin, keyfiyyətinizin təqdimatını edəcəksiniz. İkinci on günlüyün başlamasıyla halqalar daralacaq: Venera və Mars planetləri başlanğıclara və hərəkətliliyə istəkli olacaq və Buğa bürcünün iş evində olacaq. Çox məşğul olacaqsınız, böhranlar, təcili qərar və həllər tələb edən gözlənilməz vəziyyətlər meydana gələcək. Hər şey çox aktiv olacaq, siz hər vaxt nəyinsə üzərində çalışacaqsınız. Yaxşı ki, siz çox məhsuldarsınız və sehrli nağıllarda deyildiyi kimi, başqalarının bir aya gördüyü işi siz bir həftəyə görürsünüz. Yoldaşlıq və komanda işi gəlirinizi artıracaq və siz yeni gəlirli kontraktlar imzalayacaqsınız. 2015-ci ilin Noyabr ayının birinci dövrü Buğa bürclərinin mükəmməl fiziki görünüşü olacaq. İkinci dövr boyunca bəzi problemlər ortaya çıxa bilər. Mars Buğa bürcünün xəstəliklər evində olacaq bu da yoluxucu xəstəliklərə tutulma, qəza və ya yaralanma riskini artıracaq. Lakin 2015-ci ilin Noyabr ayı tibbi araşdırmalar və proseduralar üçün yaxşı bir zaman ola bilər.

Əkizlər
- 2015-ci ilin Noyabr ayının ilk on günü boyunca Əkizlər bürcünün evlilik evinin idarəçisi Yupiter planeti Venera və Mars planetləri romantik və isti bir əlaqə sərgiləyəcək. Digər iki on günlükdə də hər şey yaxşı olacaq, çünki Venera və Mars planetləri də Əkizlər bürcünün eşq və cinsilik evində olacaq. Bu dövr çox ehtiraslı və eşq dolu olacaq. Sizin romantikliyiniz artacaq, cinsi instinktiniz güclü olacaq və ulduzlar sizə dərin duyğular yaşamaq üçün uyğun şərtlər təqdim edəcək. Eşq hər küçədə sizin qarşınıza çıxacaq, lakin 2015-ci ilin Noyabr ayının son həftəsi boyunca daha çox eşqlə qarşılaşacaqsınız, çünki Günəş və Merkuri Əkizlər bürcünün əlaqə evində olacaq. Noyabr ayı Əkizlər bürcünün professional həyatı ilə bağlı mövzular üçün uyğun aydır. Günəş və Merkuri planeti Əkizlər bürcünün iş evində olacaq və orada onlar Əkizlər bürcünün status və və karier evindəki Neptun planeti ilə və bu evin idarəçisi Yupiter planeti ilə çox uyğun mövqedə olacaqlar. Bu çox məşğul və məhsuldar dövr olacaq. Fürsətlər sizə parlamaqda kömək edəcək, idarəçilik və təşkilati qabiliyyətinizi göstərmə şansı təqdim edəcək. Qərar verməkdə azad olacaq, iş ətrafınız üzərində idarəni əldə edəcək və məhsuldar olacaqsınız. Noyabr ayı boyunca siz intellektual iş, ünsiyyət, əlaqə və səyahətlə əlaqəli işlərlə heyranlıqla məşğul olacaqsınız. Sizin mükəmməl düşüncələriniz olacaq və yeni işlərə başlamağı sınaqdan keçirməyi çox sevəcəksiniz. Kollektiv iş görmək 2015-ci ilin Noyabr ayı Əkizlər bürcləri üçün çox rahat olmayacaq, lakin əvəzində maliyyə rahatlığınız olacaq. Əkizlər bürcünün sağlamlıq evində Günəş və Merkuri olacaq, buna görə də 2015-ci ilin Noyabr ayı tibbi problemlər üçün uyğun aydır: davamlı müayinələr, dişinizlə əlaqədar problemlər, asan tibbi proseduralar və sair. Bu və ya digər yolla sağlamlıq əhəmiyyətli mövzu olacaq, diyetə və ya həyat gigiyenasına diqqət yetirməlisiniz.

Xərçəng - Günəş və Merkuri planeti Xərçəng bürcünün eşq evindən keçərək, bu evi işıqlandıracaq və canlandıracaq. Həyatınızdan məmnun qalacaq, əyləncə və eşq üçün uyğun fürsətlərlə qarşılaşacaqsınız. Cinsiliyiniz artacaq və eşqbazlıq etməyə meylli olacaqsınız. Üstəlik 2015-ci ilin 11 Noyabrında Yeni ay da Yengəc bürcünün eşq evində olacaq və bu da cinsilik və duyğulara yeni yanaşmanın başlanğıcı olacaq. Hərtərəfli düşünülsə, sadəcə dərin bağlara söykənən, valideynlərin xoş anlarla birlikdə məsuliyyətləri də paylaşdığı ciddi əlaqələr evliliklə nəticələnə bilər. 2015-ci ilin Noyabr ayının ilk dövrü Xərçəng bürcləri üçün çox gərgin və çalxantılı olacaq. Yeni işlərə başlamaq və səy göstərmək, səyahət və görüşmələr, bu ankı problemləri həll etmək üçün çox məhsuldar zamandır. Ayın ikinci yarısı eyni axışdan zövq ala bilməyəcəksiniz. Neptun və Saturn planetləri arasındakı kvadrat başqaları arasında özünün varlığını daha çox ifadə edəcək, bundan ötəri diqqətsizlik, təşkilatlanma pozuqluğu, qarma-qarışıqlıq, hadisələrin həllini çətinləşdirəcək. 2015-ci ilin ikinci yarısı boyunca siz hər şeyi yoluna qoymaq üçün əlavə güc xərcləyəcəksiniz və məqsədinizə doğru gedəcəksiniz. Maliyyə olaraq siz bütün ay boyunca yaxşı olacaqsınız, lakin son on günlükdə diqqətli olmanız lazım gələcək. Xərçəng bürcünün sağlamlıq evinin idarəçisi Yupiter 2015-ci ilin Noyabr ayı güclü mövqedə olmayacaq amma başqa planetlərə nisbətən vəziyyəti yaxşı olacaq. Həm də Saturn planeti Xərçəng bürcünün sağlamlıq evində yerləşəcək və orada bu planet Neptun planeti ilə münaqişəli mövqedə olacaq. Bu həssas bir dövr olacaq və bədən funksiyalarınızın necə çalışdığına diqqət yetirməniz lazım olacaq, tibbi göstərişlərə dəqiq riayət etməniz lazımdır. Risklərdən və kobudluqdan qaçının.

Şir - İyun ayından başlayan Şir və Qız bürclərini hədəf alan Venera planetinin retrograd (geri getmə) hərəkəti, 8 Noyabr 2015-ci ildə sona çatacaq. Planetlərin belə bir mərhələdə olması sizə eşq - pul, əlaqə - dəyər, romantika - praqmatizm və sair kimi duallıq təqdim edəcək. Son aylardakı hadisələr haqqında düşünün və qərar verin! Noyabr ayının 8-dən sonra Şir bürcünün eşq həyatı və evliliyi üçün ünsiyyətin əhəmiyyətli olduğu dövr başlayacaq. Çölə çıxmaq və ya səyahət etmək də sizin əhəmiyyətli görüşmələr keçirmənizə səbəb olacaq. 2015-ci ilin Noyabr ayının son on günlüyü Şir bürcləri üçün xüsusilə dinamik və uyğun olacaq, çünki Günəş və Merkuri Şir bürcünün eşq və cinsilik evinə girəcək. 2015-ci ilin Noyabr ayının 8 - də Şir bürcünün karier evinin idarəçisi Venera planeti Şir bürcünün pul evindən keçişini sona çatdıracaq və bu keçiş Venera planetinin geri getmə mərhələsinin bir qisimini meydana gətirəcək və sizin bürcünüzə də təsir edəcək. Sizin hesablamalarınız aydınlanacaq, qərarlar verəcəksiniz və ya daha aşkar planlarınız olacaq, bu plan gəlir, sərvət və professional hədəflərə doğru yönəlməniz üçün sizə kömək edəcək. 2015-ci ilin Noyabr ayı Şir bürclərinin intellektual işləri, ünsiyyət və məlumat almaq üçün xüsusi istiqamətlər təqdim edəcək. Bu, hərəkətlilik, səyahət və görüşmə ayı olacaq. İndi Şir bürcləri fikirlər və təsiredici güc bolluğu içində olacaq. Son on günlükdə Bütöv ay Şir bürclərinə xüsusi professional hadisə gətirəcək. Təəssüf ki, Şir bürcünün xəstəliklər evinin idarəçisi olan Saturn planeti, Neptun planeti ilə zidd mövqedə olacaq. Beləcə bünyənizin zəifliyi, sarsılma, asılılıqla bağlı problemlər, zehni sağlamlıq problemləri və həll edilməsi çətin olan qarma - qarışıqlıqlar ortaya çıxacaq. Eyni zamanda Mars planeti Şir bürcünün xəstəliklər evində yerləşən Pluton planeti ilə kvadrat meydana gətirəcək. Bu səbəblə diqqətli olmanız lazımdır.

Qız - 2015-ci ilin 8 Noyabrına qədər eşq planeti olan Venera Qız bürcündə olacaq, cinsilik planeti olan Mars isə 12 Noyabra qədər bu bürcdə yerləşəcək. Siz bu ayın başlanğıcında çox işlər görəcəksiniz və xoşbəxtliyə doğru addım atacaqsınız: yeni əlaqələrə, və ya bu ankı əlaqənin inkişafına doğru addımlayacaqsınız. 8 Noyabrdan sonra Venera planeti Qız bürcünün pul evinə doğru hərəkət edəcək və Qız bürcünün eşq həyatı romantizmdən daha çox praqmatizmə istiqamətli inkişaf edəcək. Bütün səyləriniz gəlirinizin artması ilə bağlı olacaq və ya qatıldığınız maraq sahələrinə işlər və ya sərmayə təsir edəcək. Qız bürcünün əlaqə evinin idarəçisi Merkir planeti 20 Noyabra qədər birlikdə səyahət, müzakirələr və yazılı qarşılıqlı təsir üçün uyğundur. Ayın 20 - dən sonra Merkuri planeti Qız bürclərinin ev və ailə ilə bağlı əlaqələri üçün uyğun mövqedə olacaq. 2015-ci ilin Noyabr ayı maliyyə baxımdan çox dinamik ay olacaq. Qız bürcünün pul evinin idarəçisi Venera planeti Noyabr ayında çox vaxt başlanğıclar və hərəkətlilik planeti olan Mars planeti ilə birləşəcək. Qız bürcünün maliyyə evinin idarəçisi Mars planeti 2015-ci ilin Noyabr ayının ikinci on günlüyünin başında Qız bürcünün başqa maliyyə evini də idarə edəcək, Venera və Mars Qız bürcünün maliyyə evində olacaq. Qız bürclərinə doğru bürclərin düzülməsi meydana gələcək, bu da karierlə maraqlanma, gəlirin çoxalması, pul köçürmələr, sərmayələr və b. işlərə səbəb olacaq. Lakin Venera və Mars planetləri , gözlənilməz, iti, hətta kritik vəziyyətləri yaradan Uran planeti ilə ziddiyyət meydana gətirəcək. 2015-ci ilin Noyabr ayı Qız bürclərinin karieri səyahət, görüşmə, təşkilat və danışıqlarla xatırlanacaq. Ayın son on günlüyü intellektual, əl əməyi, ticari işlər üçün ilk iki on günlükdən daha çox uyğun olacaq. Qız bürcündə yerləşən Yupiter sizə mənəvi güc və daha çox enerji verəcək. Lakin Yupiter ölçüsüzlüyə səbəb olacaq, ifrata və kobudluğa meylli olacaq. Qız bürcünün sağlamlıq evinin idarəçisi, Yupiter planeti ilə maraqlı əlaqələr içində olacaq və Neptun planetinin də bu evdə olması sürprizlər təqdim edəcək, laqeydliyə səbəb olacaq, zəif həyat şərtləri ilə və ya baş qarışıqlığı, asılılıq, ictimai mövqeyinizə pis təsir edən vəziyyətlərlə qarşı-qarşıya qala bilərsiniz.

Tərəzi - 2015-ci ilin Noyabr ayının ilk on günlüyü Tərəzi bürcləri üçün təvazökar, sakit, passiv və ya hətta xəyal qırıqlığına uğramaq vəd edir. Eşq planeti olan Venera və Tərəzi bürcünün əlaqələr evinin idarəçisi Mars Tərəzi bürcünün 12-ci evində olacaq. Bu ev seçkiləri və hərəkət azadlığını məhdudlaşdıracaq və qaranlıq, bulanıq vəziyyətlər, qarışıqlıqlar və ya pis şans gətirəcək. Vəziyyət gizli eşqlər üçün uyğundur, amma burada da tələlərlə qarşılaşa bilərsiniz. 2015-ci ilin 8 Noyabrından etibarən şans Tərəzi bürclərindən yana olacaq, Venera planeti Tərəzi bürcünə girəcək. Və 12 Noyabrdan etibarən Mars planeti də eyni bürcə girəcək, beləcə Tərəzi bürclərinin eşq həyatı çox aktiv olacaq. Venera və Mars planetlərinin sizin bürcünüzdə olmasına görə 2015-ci ilin Noyabr ayının geridə qalan günləri yeni başlanğıclar etməklə, əhəmiyyətli addımlarla və mühüm hadisələrlə keçəcək və ehtiras dolu olacaq. Sürprizlərə ehtiyac duymayacaqsınız. 2015-ci ilin Noyabr ayı Tərəzi bürcləri üçün ayrıca maliyyə gözəllikləri olan bir aydır. İlk iki on günlük boyunca Günəş və Merkuri planeti Tərəzi bürcünün pul evində olacaq və ikinci və üçüncü on günlüklərdə Tərəzi bürclərinin maliyyə evlərinin hər ikisinin idarəçiləri Tərəzi bürcündə qarşılaşacaq. Tərəzi bürclərinin maddi maraq sahələri indi xeyli yüksəkdir, beləcə sizin gəlirinizi yüksəltmək istəyiniz gözlənilir və ya sərmayələr, fondlar, hesab kitab, borclarla bağlı başlanğıclar etməyə çalışacaqsınız. Karierinizə gəlincə fərqliliklərə, gecikmələri tənzimləməyə və məhsuldarlığı artırmaq üçün nizamlamalar etməyə baxmayaraq, siz çox dinamik olacaqsınız. Birlikdə iş görəcəksiniz və yeni ittifaqlar və ya üstün kontraktlar edə bilərsiniz. Sizin yarış və rəqabət ruhunuz çox aktiv olacaq. 2015-ci ilin Noyabr ayı enerjinizi boşuna xərcləməyin. Son zamanlarda dözümünüz mükəmməl olmayacaq. Sağlamlıqla əlaqədar problemləri diqqətlicə araşdırın, bunda sonrakı bir neçə ay da belə ola bilər. Əhəmiyyətli problemlərdə başqalarından tövsiyə alın. 2015-ci ilin Noyabr ayı Tərəzi bürcləri üçün problemli olacaq çünki, Neptun - Yupiter qarşılaşması Tərəzi bürcünün xəstəliklər evində reallaşacaq və üstəlik Saturn planeti ilə kvadrat meydana gətirəcək. Problemlər hər istiqamətdən gələ bilər, diqqətli olmanız lazımdır!

Əqrəb - 2015-ci ilin Noyabr ayının ilk on günlüyü Əqrəb bürclərinin eşq və evlilik həyatı üçün ən uyğun dövrdür. Əqrəb bürcünün idarəçisini eşq və harmoniya planeti Venera və Böyük Xeyirxah Yupiter planeti izləyəcək, bu planetlər ictimailəşmə, yoldaşlıq, gələcək planlar və şans evində olacaq. Əgər sizin əlaqələrlə əlaqədar problemləriniz varsa, indi hərəkət zamanıdır. 2015-ci ilin Noyabr ayının ikinci və üçüncü on günlükləri əxlaqla əlaqədar olacaq. Venera planeti buludlu və qaranlıq evə girəcək, passiv və hətta sərt olacaq və bu mövqeyi Əqrəb bürclərinə təklik, xəyal qırıqlığı və ya reallaşa bilməyən hadisələr verəcək. Lakin bu düzülüş qadağan və ya gizli eşq təqdim edəcək sizə, buna baxmayaraq siz yenə də sürprizləri sevməyəcəksiniz. Əqrəb bürcünün karier evinin idarəçisi enerji və şəfəq gətirən Günəş 2015-ci ilin Noyabr ayının ilk iki on günlüyü boyunca sizə müvəffəqiyyət və yüksəliş verəcək. Sizin professional bacarıqlarınız vurğulanacaq, bu və ya başqa yolla sizin liderliyiniz və ya təşkilati qabiliyyətiniz istifadə ediləcək. Siz fürsətlərə doğru sürünəcək və məqsədinizə çatmaq üçün hərəkətdə olacaqsınız. Merkuri planeti də Əqrəb bürcündə olacaq, sizi daha uyğun olmağa cəsarətləndirəcək, yeniliyə və dəyişikliyə açıq olacaqsınız. İntellektual və ya əl istehsalı iş, səyahət və ünsiyyət üçün uyğun zaman olacaq və sizə pul gətirəcək. 2015-ci ilin Noyabr ayının son on günlüyü Əqrəb bürclərinə maliyyə baxımdan xüsusi diqqət tələb edir. 2015-ci ilin Noyabr ayının ilk iki on günlüyü boyunca Günəş Əqrəb bürcündə olacaq və siz çox enerjidən faydalanacaqsınız. Eyni zaman boyunca Merkuri Əqrəb bürclərinə zehin açıqlığı, sevinc və hərəkətlilik hətta zərər belə yaşada bilər. Əgər Əqrəb bürcünün sağlamlığının enerjili fəaliyyətiylə, İkinci və üçüncü on günlüklərdə Venera planeti ilə Mars və Uran planetləri arasında yaranan ziddliklə məşğul olmasaq, Noyabr ayının uzaqgörənliyi müsbət sayıla bilər. Planetlərin belə düzülməsi qəzalara və ya gözlənilməz problemlərə gətirib çıxaracaq.

Oxatan - Bir gözünüzlə gülüb, digər gözünüzlə ağlayacaqsınız. ..Ağlayan gözünüz Merkuri planetinin Oxatan bürcünün evlilik evinin idarəçisinin 2015-ci ilin Noyabr ayının ilk iki on günlüyündə xəyal qırıqlığına və ya ümidsizliyə səbəb olan 12-ci evdən keçişi səbəbiylədir. Problemlər xüsusilə məşhur, uzun vədəli və ya rəsmi əlaqələrlə əlaqəli olacaq. Gülən gözünüz eşq planeti olan Venera planetinin və Oxatan bürcünün cinsilik evinin idarəçisi Mars planetinin şanslı və şən 11-ci evdən keçişi səbəbiylə güləcək. 2015-ci ilin Noyabr ayının son iki on günlüyü boyunca, Venera və Mars planetlərinin keçişi səbəbiylə əyləncə və sevinc müjdəsi alacaq və öz başına yaranan ehtiraslı eşq xüsusilə təhrik edici olacaq. 2015-ci ilin Noyabr ayı boyunca professional fürsətlər Oxatan bürclərinin yanında olacaq. Böyük Xeyirxah Yupiter güclü və böyük planlarla dolu olacaq, Oxatan bürcünün karier evini uzun zaman canlandıracaq. Noyabr ayının ilk on günlüyü boyunca Mars və Venera planetləri Yupiterə yaxınlaşacaq, sizin şans və əlaqələrə gedən yolunuzu asanlaşdıracaq. Venera və Mars planetləri 8 və 12 Noyabr 2015-də Oxatan bürcünün 11-ci evi olan şöhrət, dəstək və şans evlərindən birinə girəcək. Beləcə bu dövr boyunca siz proyektlərinizi qüvvəyə qoymaq üçün fürsətləri, dəstək və qorumanızdan istifadə edəcəksiniz. Siz qrup və təşkilat fəaliyyətində müvəffəqiyyətli olacaqsınız. Müvəffəqiyyətlər və pul qazanacaqsınız, lakin şansdan zövq almaq üçün çox işləmək lazımdır. 2015-ci ilin Noyabr ayının ilk iki on günlüyü siz çox yorulacaq və özünüzü yığışdırmanız çətin olacaq. Son on günlükdəysə özünüzü daha yaxşı hiss edəcəksiniz. Hərhalda sakit olmalısınız, şok və balanssızlıqdan qaçınmalısınız, çünki Saturn uzun zaman - 2017-ci ilin sonuna qədər Oxatan bürcündə olacaq, canlılığınızı yavaş və tədricən azaldacaq.

Oğlaq - Oğlaq bürcünün cinsilik evinin idarəçisi, eşq planeti olan Venera Oğlaq bürcünün 9-cu evində olacaq, bu da mədəni və ya ruhi paylaşma, yoldaşlıq bağlarını göstərir və bunlar 2015-ci ilin Noyabr ayının 8-inə qədər sizin üfüqlərinizi genişlədəcək. Eşq adına səyahət etmək üçün uyğun aydır. Eşq sizin qarşınıza yolda çıxa bilər və ya uzaqda olacaq. 8 Noyabrdan sonra Venera Oğlaq bürcünün status və karier evinə girəcək. Professional və eşq həyatı arasında diqqətə dəyər cəhd ola bilər, bəlkə də eşq işlə əlaqəli qərarlara təsir edəcək və ya əlaqələriniz müvəffəqiyyət və irəliləmənizdə iştirak edəcək. Həm də varlı insanlar sizə təsir edəcək və ya partnerinizin ictimai statusundan böyük gözləmələriniz olacaq. Oğlaq bürcünün karier evinin idarəçisi Venera planeti 2015-ci ilin Noyabr ayında çox vaxt Mars planeti tərəfindən himayə ediləcək, böyük işlər görmək üçün sizə cəsarət verəcək. 8 Noyabrdan başlayaraq Oğlaq bürcünün karier evində Venera planeti olacaq, bu mövqe sizə güc və müstəqillik verəcək. Beləcə Noyabr ayı boyunca siz ağlınızda tutduğunuz hər şeyə çatacaq və hətta bundan daha çoxuna sahib olacaqsınız. Bəzi şeylərə məsul olacaqsınız və tündxasiyyətliklə diplomatiyanı qarışdıra biləcək, müvəffəqiyyətə çatacaqsınız. Həm də dəstək və qorumadan zövq alacaqsınız, sizə kömək etmək qabiliyyətində olan əhəmiyyətli insanları öz tərəfinizə çəkə biləcək və məşhur olmaqdan zövq alacaqsınız. Lakin Oğlaq bürclərinin maliyyə işləri 2015-ci ilin Noyabr ayı boyunca çox da sabit olmayacaq. Beləcə ağıllı olun və utancaqlıq sərgiləyin! Noyabr ayının ilk iki on günlüyü boyunca enerjili olacaqsınız və əhvalınız yüksələcək. Siz stresslə məşğul olacaqsınız, lakin öhdəsindən gələcəksiniz. Ayın son on günlüyü hiyləli olacaq. Günəş, Oğlaq bürcünün idarəçisi Saturn və sizin xəstəliklər evinizin idarəçilərindən biri Merkuri planeti arasında üçlü bağlılıq olacaq və bu üçbucaq Neptun planeti ilə kvadrat meydana gətirəcək. Planetlərin belə bir düzülüşü çox təhdid edicidir, beləcə özünüzə diqqət yetirin və heç bir işi şansa buraxmayın! Yoluxucu xəstəliklərdən uzaq durun və çox diqqətli olun çünki bünyəniz çox kövrəkdir.

Dolça - Dolça bürcünün evlilik evinin idarəçisi olan Günəş və cinsilik evinizin idarəçisi Merkuri planeti Dolça bürcünün status və şöhrət evində olacaq. Bu səbəblə 2015-ci ilin Noyabr ayı sizin əlaqənizin ipləri karierinizin ipləri ilə bağlanacaq. Bu sizə maliyyə baxımından da fayda verəcək, çünki Günəş və Merkuri planetləri Neptun və Yupiter planetləri ilə Dolça bürcünün pul evində uyğunlaşma içində olacaq. Həm də Noyabr ayı boyunca partnerinizle birlikdə bəzi ictimai fəaliyyətlərə qatıla bilər və ya sizin partneriniz müvəffəqiyyətə çata bilər. Buna əlavə olaraq sizin iyerarxik üstünlüyünüzə yaxınlaşan, əhəmiyyətli işi olan, şöhrətdən zövq alan, qabiliyyət və ya bacarıqları ilə ortaya çıxan birinə qarşı hisslər bəsləyəcəksiniz. 2015-ci ilin Noyabr ayında uzaq yerlərə səyahət etmək Dolça bürclərinin əlaqələrində əhəmiyyətli rol alacaq. Dolça bürcünün karier evində Günəş sizə lider və ya ulduz olma rolunu yükləyəcək və ya insanlara sizin avtoritar olduğunuzu izah edəcək. Dolça bürcünün karier evində həm də Merkuri planeti olacaq və bu da sizin sinir hüceyrələrinizi və ya ünsiyyət qabiliyyətinizi işlədəcək. 2015-ci ilin Noyabr ayı boyunca ətrafınızdakı düşüncələri dinləməyə dəyər insanlar sizi intellektual biri kimi görəcək. Günəş və Merkuri sizə müvəffəqiyyət gətirəcək, sizi parladacaq və sizə professional bacarıqlılıq verəcək. Dolça bürcünün karier evinin idarəçisi Mars planetinin mövqeyi sizə şans gətirəcək və arzularınız reallaşacaq. 2015-ci ilin Noyabr ayı boyunca Dolça bürclərinin işinə səyahət və uzun vədəli bağlılıqlar, təhsil və ya mədəniyyət ilə əlaqədar sanksiyalar təsir edəcək. Müvəffəqiyyət və yaxşı iş yoldaşlıqları nəticəsində daha çox pul qazanacaqsınız, lakin ayın ikinci yarısında düyünlər də meydana gələ bilər. 2015-ci ilin Noyabr ayının ilk dövrü boyunca siz yaxşı ruh halında olmayacaqsınız və ya fiziki tutumunuz tam olmayacaq. Lakin siz haradasa bütün bunlardan kənarda qalmağı bacaracaqsınız. Ayın ikinci dövrünün başlamasıyla gücünüzü geri qazanacaq və fiziki dayanıqlılığınız inkişaf edəcək. Böyük miqyasda Dolça bürclərinin daha nizamlı, hər hansı bir ifratdan uzaq həyatı olması lazımdır.

Balıqlar - 2015-ci ilin Noyabr ayının ilk on günlüyü boyunca Mars - Yupiter - Venera birləşməsi Balıq bürcünün evlilik evini canlandıracaq, bu da eyni arzu, ehtiras və keçən aydakı kimi coşğu və qabarmaları da özü ilə gətirəcək. Eşq üçün mükəmməl zamandır, lakin həm də yeni işlərə başlamaq və hərəkətlilik üçün də uyğun zamandır! İkinci on günlüyün başlamasıyla Mars və Venera planetləri sizin doğum xəritənizin gizli hissəsindən keçəcək, böyük sevinc nümayişlərindən daha çox hiyləgərlik və qarışıq araşdırmalar üçün daha uyğun olacaq. Balıq bürcünün evlilik evinin idarəçisi Balıq bürcünün 9-cu evindən keçəcək. Bu mövqe partnerinizle böyük mədəni və ruhi birlik içində olduğunuzu göstərir, inkişafa yeni yollar tapmaq üçün əlaqənizi idarə edəcək və eşqlə əlaqədar səyahətlər və uzaq məsafəli əlaqələr üçün uyğun olacaq. 2015-ci ilin Noyabr ayı Balıq bürclərinin çalışması, araşdırma və yüksək təhsil, mədəni və hətta qanuni ətraflarla əlaqəli işlər üçün mükəmməl bir aydır. Yoldaşlıqlar və kontraktlar göz qarşısında olacaq və uzun vədəli iş əlaqələrinə fokuslanacaqsınız. İş və ya professional işlər üçün səyahət edə bilərsiniz. Diqqətli olun, çünki Saturn planeti Balıq bürcünün karier evində, Neptun planeti isə Balıq bürcündə olacaq və bu planetlər birlikdə kvadrat meydana gətirəcəklər. 2015-ci ilin Noyabr ayında müvəffəqiyyətli olmaq istəyirsinizsə, məqsədləriniz açıq olmalı və fokuslanma və nizamlı olmaq üçün əlavə səy göstərməlisiniz. Noyabr ayı boyunca siz kolleqalarınızdan böyük miqdarda pul alacaqsınız, fond qurmaqla, sponsor tapmaqla və ya hədiyyə almaqla yaxşı iş görəcəksiniz. Əgər tələskənlik etsəniz və ya işi şansa buraxsanız, zərərə girə bilərsiniz! 2015-ci ilin Noyabr ayı boyunca sizin enerjiniz çox olmayacaq, lakin bunun öhdəsindən gəlmək üçün idarəni əldən buraxmamanız lazım olacaq. Bu özünüzə diqqət yetirməniz lazım olduğunu və öhdəsindən gələ bildiyiniz qədər yük daşımanız, çox qaldırmamanız mənasını verməkdədir. Noyabr ayı boyunca Balıq bürcləri narahat olacaq bu səbəblə müsbət insanların ətrafında olmağa çalışın, özünüzə hobbi və s. tapın ki, fikriniz dağılsın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Oxumuşdum bu xəbəri bürclərə inaniram.) Təşəkkürlər.
  2. ..::TeHLuKe::..
    ayda burclere inanmiram ama bu duz cixdi ee ilk ongunlukde pis seyler oldu sevgilimden ayrildim...
    nese yenede burclere inanmiram!! 17
  3. royus
    • royus
    • 11 Kasım 2015 14:52
    xerceng oxudum amma inanmiramki mumkun olsun olan is deyil yenede tesekkurler
  4. Tina
    • Tina
    • 10 Kasım 2015 20:22
    baliq burcu duzu maraqsiz idi cunki evlilik teklifi var ne evlilik men hele balacayam
  5. -Aydan-
    Oxatan
    -Elədə yaxşı keçməyəcək deyəsən(
    -Təşəkkürlər maraqlı xəbər üçün...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.