07.12.2015 Gündəlik Bürclər (7 Dekabr 2015)

06 Aralık 2015
3 596
2
07.12.2015 Gündəlik Bürclər (7 Dekabr 2015)
07.12.2015 Gündəlik Bürclər (7 Dekabr 2015)

QOÇ - Qarşınızda duran bu təqvim sizin üçün çox uğurlu keçməlidir. İstər əməkdaşlıq zəminində və işgüzar sövdələşmələrdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq.

BUĞA – Qarşınızda bu ayın ən uğurlu günlərindən biri durur. Bu səbəbdən də verilmiş imkanlardan istifadə edin. Günün ilk yarısında qazanmaq ehtimalınız da var. Düşmənçilikdən əl çəkin.

ƏKİZLƏR - Əsas gücünüzü sevgi amilinə yönəldin. Çünki bu gün yeganə rahatlığı məhəbbətdə tapacaqsınız. Ünsiyyətdə olduğunuz digər insanlarla isə ciddi mübahisələriniz gözlənilir.

XƏRÇƏNG - Əgər fəaliyyətlə bağlı ciddi bir işiniz yoxdursa, günün əsas hissəsini gəzinti və qonaqlıqlarda keçirin. Sevən aşiqlərsə mütləq görüşə çıxmağa çalışmalıdır. Bəxtinizə inanın.


ŞİR - Bəri başdan yeni və sevindirici xəbərlərə hazır olun. Yaxın ünsiyyətdə olduğunuz şəxslərlə münasibətləri mülayimləşdirin. Dara düşən simsarlarınıza, dostlarınıza yardım əlinizi uzadın.

QIZ – Ulduzların düzümü şəxsi büdcənizi artırmaq üçün geniş imkanlarınızın olduğunu bəyan edir. Ələlxüsus da çoxdan bəri ala bilmədiyiniz məbləği əldə etmək üçün fəallaşmalısınız.

TƏRƏZİ - Təxminən saat 15-ə qədər ümumi ovqatınızda gərginlik müşahidə oluna bilər. Bu səbəbdən də həmin ərəfədə riskli işlərin həllini təxirə salın. Sonrakı müddət qismən sakit keçəcək.

ƏQRƏB – Tanrının qüdrətini duymaq üçün gözəl vaxtdır. Tövbə etmək, nəzir və ya cədəqə vermək, yaxud da sadəcə, ziyarətə getmək əsəblərinizi xeyli sakitləşdirə bilər. Bundan yararlanın.

OXATAN - Son zamanlar az qala hamı fikirlərinizə qarşı çıxır. Lakin narahatçılığa heç bir əsas yoxdur. Çünki nahardan sonra hərəkətlərinizdə əsasən haqlı olduğunuzu çoxları hiss edəcək.

OĞLAQ – Səhhətinizi kontrolda saxlasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Fəaliyyət zəminində isə bir neçə yeniliyin şahidi olacaqsınız. Yeni təkliflərlə razılaşın.

SUTÖKƏN - Dünəndən bəri Ay bürcünüzdə olsa da, rastlaşdığınız hadisələr ovqatınızın mənfi müstəviyə yönəlməsinə imkan verməyəcək. Ayın sonuna qədərki planlarınızı məhz bu gün tutmalısınız.

BALIQLAR - Çoxdan görüşmədiyiniz adamlarla rastlaşa bilərsiniz. Amma çalışın ki, onlara giley-güzardan yox, sevindirici məqamlardan danışasınız. İndi problemi danışmaqla həll etmirlər.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. glamour
    SUTÖKƏN - Dünəndən bəri Ay bürcünüzdə olsa da, rastlaşdığınız hadisələr ovqatınızın mənfi müstəviyə yönəlməsinə imkan verməyəcək. Ayın sonuna qədərki planlarınızı məhz bu gün tutmalısınız.
  2. AleDa
    • AleDa
    • 7 Aralık 2015 00:14
    Her gun gergındı(( tesekkurler. Her gun oxumaq maraqlıdı..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.