29.12.2015 Gündəlik Bürclər (29 Dekabr 2015)

28 Aralık 2015
3 474
1
29.12.2015 Gündəlik Bürclər (29 Dekabr 2015)

29.12.2015 Gündəlik Bürclər (29 Dekabr 2015)

Quba - Yəqin bilməmiş deyilsiniz ki, həftənin bu günü qazanmaq üçün sizə o qədər də düşərli deyil. Odur ki, bu istiqamətdə əziyyətə qatlaşmağa dəyməz. Əsas enerjinizi fəaliyyətə yönəldin.

Buğa - Günün birinci yarısını süst şəkildə başa vursanız da, sonrakı müddətdə ovqatınıza müsbət təsir edə biləcək olaylarla qarşılaşacaqsınız. Aldığınız təkliflərə həssas yanaşın.

Əkizlər - Astroloji bilgilərə əsaslansaq, bu təqvim sizin üçün müəyyən gərginliklərlə müşahidə olunacaq. Daha çox ailə üzvlərinizlə münasibətləri tənzimləməyə çalışın. Uzaq yola çıxmayın.

Xərçəng - Çox güman ki, bu gün boş vaxtınız çox olacaq. Belə olan təqdirdə isə mədəni istirahətə yol vermək lazım gəlir. Bu səbəbdən də ürəyinizcə olan ünvanlarda qonaq sifətilə iştirak etməlisiniz.


Şir - Əgər kənar təsirlərə uymasanız, heç bir qanqaraçılıqla üzləşməyəcəksiniz. Çalışın ki, öz ideya və fikirlərinizdə qətiyyətli olasınız. Mənasız səbəbdən özünüzü gərginliyə salmayın.

Qız - Son vaxtlar yamanca qərarsız olmusunuz. Bir az təmkinli olun. Hadisələri qabaqlamağa çalışmayın. Yalnız gündəlik qayğılarınızla məşğul olun. Başqalarının işinə müdaxilə etməyin.

Tərəzi - Risk etməyə dəyər. Ulduzlar tərəfinizdə durduğundan qəlbinizdə cövlan edən ideyaları qabartmalı və həllini sürətləndirməlisiniz. Heç nədən çəkinməyin. Qabiliyyətinizdən bəhrələnin.

Əqrəb - İlin-günün bu vaxtında Ay da bürcünüzdə qərar tutmağa vaxt tapdı. Neyləmək olar, kosmosla kosmosluq etmək olmaz ki?! Heç olmasa ciddi işlərinizi bu günlük təxirə salmağa çalışın.


Oxatan - Sağlamlığınıza xüsusi diqqət yetirməklə gözlənilən təhlükəni aradan qaldıra bilərsiniz. Sonrakı saatları isə bütünlüklə sevgiyə həsr edin. Pulla bağlı sövdələşmələri təxirə salın.

Oğlaq - Günün ümumi mənzərəsini qənaətbəxş hesab etmək olar. Hətta ətrafınızda olanlardan bəziləri çöhrənizə təbəssüm də qata bilər. Ötən dövrlərdə buraxdığınız səhvlərdən nəticə çıxarın.

Dolça - Olduqca aktiv gündür. Ürəyinizcə olan çoxsaylı hadisələrlə rastlaşmaq ehtimalınız var. Sevindirici xəbərlər, ümidli gələcək haqqında düşüncələr yolunuzu gözləyir.

Balıqlar - İşlərinizin çox olması sizi bərk yoracaq. Amma bunun xeyirli nəticə verəcəyini düşünüb əzmkarlığınızı artırmalısınız. Axşama yaxın maraqlı bir hadisə ilə rastlaşacaqsınız.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    Melumata gore cox sagol yaxwi olar inwAllah gunumuz
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.