Şir bürcünün ümumi xüsusiyyətləri

06 Ocak 2016
7 983
2
Şir bürcünün ümumi xüsusiyyətləri

Şir bürcünün ümumi xüsusiyyətləri

Şir bürcünün idarəedici ulduzu Günəşdir. Günəşin yalnız Şir bürcünün ulduzu olması diqqət çəkir. Günəş həyat verir və demək olar ki, bütün güclərdən üstündür. Parlaq və yandırıcı xüsusiyyətlərə sahibdir. Bu xüsusiyyətlər də Şir bürcündə öz əksini tapır. Bütün bunlar göz önünə alındığı zaman Şir bürcünün təkrarolunmaz bir insan olduğunu düşünməmək məntiqsizlik olar. Şirlərin bəxtləri və şansları son dərəcə açıqdır. Günəş sahəsində hər mövzuda diqqət çəkməyi bacarırlar. Həyatda bacarmayacaqları şey olduqca azdır. Şirlər əngəl nədir bilməzlər. Onlar olduqca qürurludurlar. Özlərinə inamları olduqca yüksəkdir. Şirlər daim özlərinə güvənir və heyranlıq duyurlar. Onlar hər kəsi idarə edə biləcək xüsusiyyətlərə sahibdirlər. Xarici görünüşləri ilə diqqət çəkicidirlər. Tənbəl görünüşləri isə sadəcə olaraq aldadıcıdır. Yerişləri məğrur və dikdir. Xarakterləri yumşaq, tutarlı və sakitdir.

Rol oynamağı onlar qədər yaxşı bilən ikinci bir bürc yoxdur. Bu səbəblə də bir çox tanınmış aktyor və aktrisa bu bürcdəndir. Səhnədə olmağı bacarmayan bir Şir bürcü insanı bu istəyini həyatda rola girərək təmin etməyə çalışa bilər. Belə olduqda onun haqqında fərqli fikirlərə sahib insanlar tanımaq mümkündür. Fərqli-fərqli insanların Şir bürcü barəsində olduqca müxtəlif fikirləri vardır. Onlar göstəriş etməyi çox sevirlər. Əsəbləşdikləri zaman eynilə bir Aslan kimi kükrəmələri təbiidir. Ona qarşı gəlmək isə olduqca çətindir. Həyat gücləri olduqca böyükdür. Onların digər insanlar üzərində inanılmaz təsiri vardır. Həmçinin bu bürcün son dərəcə hiyləgər olduğunu da demək olar. Hiyləgərlikləri demək olar ki, hər anlamda üzə çıxa bilər. Açıq sözlüdürlər. Bir şey xoşuna gəldikdə, bəyəndikdə, eyni zamanda nəyisə istəmədikdə və bəyənmədikdə bunu olduğu kimi qeyd etməkdən çəkinməzlər. Bəzən tərifləri insanları utandıra biləcək dərəcədə şişirdə bilərlər. Şir bürcü insanları son dərəcə çalışqandır. Hər nə olursa olsun hədəflədikləri nöqtəyə mütləq gedib çıxacaqdırlar. Onların ən birinci hədəfi maddi anlamda güclü olmaqdır. Bəs Şirlər maddi gücü nə üçün istəyirlər? Lüks, işıltılı həyata sahib olmaq üçün. Yuxarıda da dediyimiz kimi göstəriş etməyə qarşı çox böyük düşkünlükləri vardır. İstədiklərini əldə etmək üçün bütün gücləri ilə çalışa bilərlər. Onlar uğurları ilə öyünməyi sevən insanlardır. Aslanlar olduqca əliaçıq insanlardır. Sevgilərini hər anlamda göstərə bilirlər.

Bütün bürclər arasında insanlara liderlik etməyi və onları idarə etməyi ən çox sevən bürcdür. Əksi bir vəziyyət yaranmadığı halda son dərəcə qərarlı insanlardırlar. Onların sosial həyatı olduqca hərəkətlidir. Həm sosial həyata, həm də ailə həyatına son dərəcə önəm verirlər. Ciddiyyətin hakim olduğu bir həyatları vardır. Onlar insanların onlara ehtiyac duymasını sevirlər. Bu istək enerjilərini daha da yüksəldir. Onların iki fərqli üzü ola bilər. Bunu hiss eləmək bir az çətindir. Ehtiyacı olan hər kəsə qarşı yardımsevərdirlər. Onlar əsla idarə ediləcək insan deyillər. İkinci planda qalmağı qətiyyən sevmirlər. Bu həm sevgi münasibətlərində həm də iş həyatında belədir. Təriflənməyi çox sevirlər. Buna görə də çevrəsində həm onu sevib həm də ondan faydalanmaq istəyən insanlar ola bilər. Bəzən o da bunu hiss edə bilər, ancaq təriflənməkdən əl çəkə bilməz.leydi.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SaFFron
    Demek olar ki,yazılanların 98%-i doğrudu, yəni oxuduqca hemin xüsusiyyetlerin mende de olduğunu düşündüm. Bürclere inanmasam da,herden bele uyğunluqlar doğru çıxır.
  2. Agaeva
    Burcum haqinda bu qeder məlumatim yox idi demey olar ki yazilanlar hamisi doğrudur hiylekerlik heç menlik deyil teşekurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.