10.02.2016 Gündəlik Bürclər (10 Fevral 2016)

09 Şubat 2016
2 767
0
10.02.2016 Gündəlik Bürclər (10 Fevral 2016)

10.02.2016 Gündəlik Bürclər (10 Fevral 2016)

Qoç- İlk növbədə səhhətinizə qayğı göstərin. Çünki yalnız sağlam bədəndə sağlam ruh olur. Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Səfərə çıxmayın.

Buğa – Naharaqədərki vaxtı səbrlə başa vursanız, qalan saatlardan xoşagəlməzlik gözləməyin. Çünki ulduzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün əzmkarlığınızı artırmalısınız.

Əkizlər – Ümumi kosmik mənzərə kifayət qədər səmərəlidir. Deməli, bütün vacib planlarınızı yavaş-yavaş həyata keçirməyə başlamalısınız. Amma axşam saatlarında maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun.

Xərçəng - Saat 11:32-dən mənfi enerjili Ayın bürcünüzdə qərar tutması onsuz da bədbin olan ovqatınıza bir az da mənfi təsir göstərə bilər. Bu səbəbdən müqəddəs ziyarətgahlarımıza baş çəkməyiniz yaxşı olar.

Şir - İlahinin verdiyi hər məqama şükür edin, bədgüman olmayın. Çünki bu gün sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində və fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.

Qız – Ulduzlar gün boyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Hətta ürəyiniz sevgisizdirsə, bəxtiniz açıla da bilər. Bu gün səfərə çıxmayın.

Tərəzi – Saat 14-17 arası iştirakçısı olduğunuz situasiyaların əksəriyyəti gərgin fonla müşayiət olunduğundan bütün ciddi işlərinizi təxirə salmağa çalışın. Qalan saatlar normal tərzdə cərəyan edəcək.

Əqrəb – İstənilən riskdən uzaq olun, təhlükəlidir. Buna baxmayaraq, ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Hətta sürpriz də gözlənilir.


Oxatan - Bir qədər gərgin ərəfə olsa da, proseslərə neytral yanaşmaqla təhlükələri dəf edə bilərsiniz. Saat 16-18 aralığında istənilən riskli sövdələşmələrdən, köhnə qisasçılıq prinsiplərindən əl çəkin.

Oğlaq - Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün "ən varlı" Zodiak işarəsi də məhz siz olacaqsınız.

Dolça – Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki günün elə ilk saatlarından bu istiqamətdə uğurlarınız bol olacaq. Əsas enerjinizi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.

Balıqlar - Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, saat 16-ya qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Sonra isə diqqətli olun.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.