15.02.2016 Gündəlik Bürclər (15 Fevral 2016 Günlük Bürclər)

14 Şubat 2016
2 752
3
15.02.2016 Gündəlik Bürclər (15 Fevral 2016 Günlük Bürclər)
15.02.2016 Gündəlik Bürclər (15 Fevral 2016 Günlük Bürclər)

Qoç- Hazırda sizi sıxıntıya məruz qoyan maddi problemləriniz bu gündən tədricən öz həllinə yaxınlaşacaq. Bu isə ovqatınıza müsbət təsir göstərəcək. Odur ki, bəri başdan bədbinləşməyin.

Buğa- Günün birinci yarısını daha çox istirahətə həsr edin, səhhətinizə qayğı göstərin. Hər hansı sövdələşmə uğursuzdur. Sonrakı müddətdə isə iş planına doğru addımlar atmağa dəyər.

Əkizlər– Planetlərin pozitiv düzülüşü bürcünüzün sahəsində müsbət çalarlar yaradacaq. Bu isə sizi çoxlarından şanslı edəcək. Fiziki cəhətdən özünüzü yormamaq şərtilə çox sahədə uğurlarınız olacaq.

Xərçəng- Əgər gün ərzində məkrli insanların təsirinə düşməsəniz, Göy qübbəsi ovqatınızı yüksəldəcək. Şübhəli görünən hər şeydən imtina edin. Sevgi münasibətlərində dəyanətli olun.


Şir- Günün ümumi mənzərəsi qənaətbəxş olacaq. Sizə mövcud problemlərinizin həlli üçün yaxşı ideyalar veriləcək. Amma gərək maliyyə məsələlərində riskli və qərəzli addımlar atmayasınız.

Qız- Qeyri-adi nəsə gözlənilmir, heç istəsəniz də bu, mümkün olmayacaq. Odur ki, əsas vaxtınızı müzakirələrə, kəm-kəsirlərin aradan qalxmasına həsr edin. Daxili orqanlarınızı da qoruyun.

Tərəzi- Bəsit düşüncə tərzindən uzaqlaşın. Onsuz da ətrafdakıları özünüz kimi etməyə gücünüz yetməyəcək. Yaxşı olar ki, orta xətt tapıb həyata davam edəsiniz. Bəxtinizdə pul da var.

Əqrəb- Ümumi məziyyətlərinə görə düşərli təqvim olsa da, mümkün qədər passiv olmamalısınız. İşgüzar sövdələşmələrə başlamaq, yeni layihələri reallaşdırmaq istiqamətində cəldlik edin.

Oxatan- Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Subyektiv maneələrə əhəmiyyətsiz yanaşın. Saat 14-16 arası aldığınız işgüzar təkliflərə ciddi baxın. Uzaq yola isə çıxmayın.

Oğlaq- İqlimin dəyişkənliyi sizdə ümumi süstlük yaratmaqdadır. Lakin həkimə düşəcəyiniz gözlənilmir. Ulduzlar imkan daxilində istirahətə yer ayırmağınızı məsləhət görür.

Dolça- Sizin üçün çətin də olsa, qeyri-işgüzar münasibətləri arxa plana keçirməli, yalnız fəaliyyətə köklənməlisiniz. Karyera yüksəlişi üçün də bu təqvimin əhəmiyyəti böyükdür.

Balıqlar- Ailə üzvlərinizlə ümumi dil tapmağa çalışın. Kobudluq etməklə kiminsə xətrinə dəyməyin. Bu gün bir neçə yeniliyin də şahidi olacaqsınız, hətta qazanc da mümkündür.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Allah bendesinin biriyem
    qiz burcu cox tesekurler ele deyininiz kimidir qeyri adi hec ne yoxdu hemweki kimi evde oturub komp oynuyuram wink
  2. alara
    • alara
    • 14 Şubat 2016 21:11
    cooox saqolun eyniyle dediyiniz kimi edecem tesekurlerr
  3. sevgi^_^
    İstirahet etmey ? Pff vaxtim olurki ) vaxtim olan kimi bura girrem ele istirahetimde bududa ))) twklerr oglaq burcu ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.