Qız Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu

20 Nisan 2016
14 791
0
Qız Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu
Qız Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu

Ulduzlar sistemində 6-cı yeri tutan Qız bürcü təxminən avqustun 24-dən sentyabrın 23-nə qədər (30 gün) olan dövrü əhatə edir. Bu zodiak işarəsi Göy qübbəsində 1290 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 95 ulduz daxildir. Hətta səmada ən parlaq obyektlərdən hesab olunan Spisk ulduzu da məhz Qız bürcündədir. Hərarəti təxminən 20 min dərəcə olan bu ulduzun kütləsi Günəşinkindən 15 dəfə çox, işıqlılığı isə 740 dəfə güclüdür.
Qız bürcünə himayədarlıq edən Merkuri astronomik hesabla birinci planet sayılır. Onu qədim Roma Allahı Merkurinin şərəfinə belə adlandırıblar. Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədim dövrlərdə Merkurini ölmüş insanların ruhu, yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq, xarakteri isə soyuqluqdur.

Bəri başdan qeyd etmək istərdim ki, bu bürc altında doğulanlar əksər hallarda zahirən xoşagəlməz və dəyişkən fikirli adam təsiri bağışlasalar da, daxilən pak və xeyirxah olurlar. Arıq və hərəkətdə olan bədən, enli alın, qızarmış sifət, şabalıdı və ya xurmayı saçlar, qonur gözlər, böyük çiyinlər, şiddətli səs məhz "Qız"lar üçün xarakterikdir. Belələri nadir hallarda böyük iddialarla yaşayır. Onları azacıq həvəsləndirmək kifayətdir ki, dağı dağ üstünə qoysunlar. Çünki "Qız"lar həddindən ziyadə əməksevər və ən ağır işlərdən belə qorxmayanlardır. Bu növ insanlar baş verən prosesləri dəqiqliklə analiz etməyi və hamıdan tez nəticə çıxarmağı ustalıqla bacarırlar. Yəqin bu səbəbdən də dünya nücum elmi daxili intuisiyalarına və ən ədalətli qərar çıxarmalarına görə, onları 12 bürc arasında ən ağıllıları hesab edirlər. Ən az cinayət törədib həbsxana həyatı yaşayanlar da məhz "Qız"lardır.

Qədim hind və Tibet astrologiyasında Qız bürcündə doğulan adamlar olduqca yüksək qiymətləndirilir, həssaslıqlarının yüksək olmasına görə, onlarda öncəgörmə, telepatik qabiliyyətlərinin mövcudluğunu bildirirdilər. Bu bürcün qadınlarında magik gücün olmasını görmək o qədər də çətin deyil. Məsələn, dünən adi, bir qədər də kifir görünən bu zərif məxluqlar bircə gündə ağlagəlməz dərəcədə gözəlləşə və hamını heyran qoya bilərlər. Əgər ətrafınızda belələri varsa, müşahidə edə bilərsiniz. Hətta onu da deyirlər ki, incə məxluqlara məxsus bütün müsbət keyfiyyətlər məhz Qız bürcündə dünyaya gələn qadınlarda cəmlənib.
Mistik məsələlərdə "Qız"lar kifayət qədər inadkardır. Bunun da müəyyən səbəbləri var. Məhdud enerjiləri onları sarsılmaz edir, metodiki ağılları isə mümkün təhlükələrdən qaçmağa məcbur edir. Buradan da "Qız"ların güclü intuisiyaya malik olmaları üzə çıxır. Belələrindən yaxşı münəccim çıxsa da, onlar görücülük mədəniyyətinə malik deyillər. Çünki öncəgörmə zamanı ən xırda detalları belə görmək lazımdır.



"Qız"lar bədnəzərə qarşı çox dözümlüdür və məhəbbət magiyasının təsiri altına çətinliklə düşürlər. Başqa bürclərdən fərqli olaraq, tilsimbənd və qoruyucular "Qız"lara daha çox lazımdır, xüsusən də daşdan hazırlanmış qoruyucular. Onlar əsasən evlərinin təhlükəsizliyi barədə düşünməli və sınmış güzgülərdən, qab-qacaqlardan uzaq durmalıdırlar. Əfsuslar olsun ki, "Qız"ların ən mənfi cəhəti lazımsız güzgü və qab-qacaq sınıqlarını evdə saxlamaları və bu yolla şər qüvvələrin mənzilə daxil olmasına imkan yaratmalarıdır.
Bu bürcdən olanlar başqalarına nisbətən daha çox güzəştə gedir və ətrafında olanlarla hesablaşmağı bacarırlar. Bu adamlar həddindən artıq tənqidçi olduqlarından onları tam razı salmaq çox çətindir. Bu insanlar həddindən artıq təmizliyə riayət etməyə çalışır, müxtəlif infeksiyalardan ehtiyatlanırlar. Şəxsi rahatlıq "Qız"lar üçün həyatın əsas ideyasıdır. Əgər kimsə atom müharibəsindən canını qurtarmağa sadəcə olaraq, ümid edirsə, bunun əksinə olaraq, "Qız"lar özlərinin təhlükəsizliyini təmin etmək üçün qabaqcadan tədbirlər həyata keçirməyə qadirdirlər.

"Qız"-qadınlarla ünsiyyətdə olanlar yadda saxlamalıdır ki, bu adamlar yalnız reallığa qiymət verir və hər bir hadisəni dərindən tədqiq etməmiş qəti söz demirlər. Belələri heç bir işə tərəddüdlə başlamırlar. Çünki "qəlbinin razılığı olmadan" hansısa addımı atmaq xoşagəlməz nəticələr verə bilər. Onlar istənilən adamla dil tapmağı bacardıqlarından istiqanlı və başadüşülən olurlar. "Qız"larda müəmmalı və ya qapalı heç nə yoxdur. Amma bəzən yersiz, ikrah doğuran hərəkətlərə yol verməklə sadəlöhv imici də qazanırlar. Başqalarının sirrini saxlamaqda mahir olsalar da, özləri haqqında az qala hamı hər şeyi bilir. Bu bürcdən olanlar nə "Sutökən"lər kimi romantik və xəyalpərvər, nə də "Buğa"lar kimi materialistdirlər - onlar sanki bu iki yolun ayrıcında dayanırlar. Əgər "Qız"ların özlərinə inamı olsa, hər bir işin öhdəsindən gələ bilirlər.

Qərb astrologiyasına görə, bu bürcdən olan adamlar üçün hər bir iş yalnız problemlərdən ibarətdir. Bəzən hətta özlərini ətraf dünyanın "problemlər obyekti" də adlandırırlar. Daima istirahətsiz fəaliyyət göstərən bu adamlar öz iş prinsiplərini məhdud çərçivədə qururlar. Bütün bunları nəzərə alıb belə qənaətə gəlmək olar ki, onlardan təşkilatçı və ya böyük siyasətçi az-az yetişir.
Münəccimlər bu bürcdən olanların ən ağır dərdini və xəstəliyini həzin bir musiqi vasitəsilə dəf etməyin mümkünlüyünü, onların çox vaxt bir məhəbbətlə kifayətlənmədiyini, cəzbedici və qəşəng olduğunu, gözəl natiqlik qabiliyyətinə malik olduqlarını da bəyan edirlər.
Adətən "Qız"lar sevgi məsələlərində problemsiz keçinmirlər. Bu sahədə başa düşülmələri çətin olur. Onlar bir qayda olaraq özlərindən yaşca daha böyüklərə diqqət yetirirlər. Həm də hər şeyə fikir verən "Qız"lar çox xırdaçıldır. Belələri üçün sevdiyi adamın zövqlə geyinməsi, özünü yaxşı aparması çox vacibdir.
Bir qayda olaraq bu bürcdən olanlar ən müxtəlif sahələrdə fəaliyyət göstərməyi bacarırlar. Ən çox yumor hissi də məhz "Qız"lardadır. Yuxarıda qeyd etdiyim kimi, siyasətə az meylli olsalar da, pedaqoq, incəsənət, din və elm xadimləri, yazıçı, biznesmen, katib (katibə), eləcə də bağban və ferma işçisi kimi ən bacarıqlı adamlar olurlar.
Məşhur "Qız"lar: Üzeyir Hacıbəyov, Müslüm Maqomayev (baba), Y.V.Çəmənzəminli, Əhməd Bakıxanov, Çingiz Mustafayev, Murtuz Ələsgərov, Allahşükür Paşazadə, Brilliant Dadaşova, Vəfa Fətullayeva, Arif Məlikov, Səyavuş Aslan, Yaşar Ќuri, Mirmahmud Mirəlioğlu, Qreta Qarbo, Maykl Cekson, Sofi Loren, Arman Rişelye, Maykl Faradey, Biruni, Mixail Kutuzov, Fridrix Ќitşe, Lev Tolstoy, Orxan Kamal və b.

Bu bürcdə doğulan şəxslər ciddi və ləyaqətlidirlər. Təvazökarlıq onların xarakterinin ən gözəl xüsusiyyətidir. Qızın çox gözəl davranış qaydaları vardır. Onlar özlərini məclislərdə, cəmiyyət qarşısında əsl xanım və ya cənab kimi aparırlar.
Qız bürclü şəxslərlə özünüzü səmimi, olduğunuz kimi aparın. Qız yalanı, qeyri-səmimiliyi sevmir. Onların xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət edin. Onlara göstərin ki, siz praktikliyi, düzgünlüyü həyatda hər şeydən üstün tutursuz.
Onları bahalı restorana dəvət etməyin, çünki Qız artıq pul xərcləməyi sevmir. Əgər keçirdiyiniz məclislər evdədirsə, onda çoxlu adamlar, tanışlar çağırmayın. Hamının gözü qarşısında ona kompliment söyləməyin.
Əgər görüşə çağırdığınız şəxs Qız bürclü qadındırsa, ona qarşı çox diqqətli, nəzakətli olun. Qeyri-adi gözəl davranış qaydaları ilə onun ürəyinə yol tapın.
Söhbəti əsasən ondan məsləhət almaq üçün açın, guya siz hansısa bir məsələyə dair nə qərara gələcəyinizi bilmirsiz. Qız bürclü insanlar məsləhət verməyi sevirlər.
Onlar öz sağlamlığına qarşı çox diqqətlidir. Onunla rasional qida haqqında danışa, idman və sağlamlıq jurnallarından söhbət aça, yeni məqalələr haqqında məlumat verə bilərsiz.
Onlara qarşı diqqətli olun. Təyin etdiyiniz vaxtdan gec olmayaraq görüşə getməyi unutmayın. Görüşə gecikmək yarımçıq adamların işidir.
Qız bürclü şəxs seçdiyi insana hörmətlə yanaşır. Siz də ona qarşı elə olun. Yadda saxlayın ki, Qız bürclü insanlar realistdirlər. Ona görə də, boş yerə vəd verməyin. Qıza ən böyük hədiyyə kitabdır. Oxumağı, mütaliə etməyi sevdiyindən bağışladığınız hər bir kitab onun üçün ən əziz xatirədir.

Kişi Qızın başqa bürclərlə uyğunluğu
Qız - Qoç. İlk görüşdən bir-birinə maraqları arta bilər, amma bunu nəzərə almaq lazımdır ki, Qoçlar çox emosionaldır. Qarşı tərəfin məhz onun dediyi ilə oturub-durmasını istəyir. Yaranan problemlər ailənin uzunmüddətli olmasına maneədir.
Qız - Buğa. Hər ikisinin oxşar xüsusiyyətləri var. Təcrübəli, evdar, istiqanlı, evtikəndirlər. Bir-birinə uyğundurlar. Əgər hər ikisi kompromisə getsələr, bir-birinə güzəşt etsələr, xoşbəxt ailə yarana bilər.
Qız - Əkizlər. Əkizlər sərbəstliyi sevir. Qızın onlar üçün qoyduğu qayda-qanuna çox vaxt riayət etmirlər. Bu da, Qızı özündən çıxara bilər. Qısa müddətli əlaqə mümkündür. Ailə çox vaxt uğursuz olur.
Qız - Xərçəng. Qız Xərçəng üçün hisslərin təhlükəsizliyini təmin edir. Xüsusi diqqət ayırır. Bir-birinə çox uyğun insanlardır. Bütün münasibətlərdə bu uyğunluq görünür. Dostluq və işgüzarlıq münasibətləri əladır. Ailə də uğurludur.
Qız - Şir. Onlar bir-biri ilə çətin ki, tutsunlar. Qız tənqid etməyi sevir, Şir isə bunu xoşlamır. Bir-birini başa düşmürlər. Oxşar cəhətləri olduqca azdır. Maraqları üst-üstə düşmür. Münasibətləri çox vaxt alınmır. Ailə qurmaq heç məsləhət deyil.
Qız - Qız. Hər ikisi eyni bürcün sahibi olduğundan oxşa cəhətləri çoxdur. Bir-biri ilə yaxşı yola gedirlər. Bir-birinə tələbləri böyükdür. Əgər tərəflərdən biri güzəşt addımı atarsa, onda xoşbəxt ailənin yaranması mümkündür.
Qız - Tərəzi. Tərəzi bürcü sevgiyə Qızdan fərqli olaraq çox ciddi yanaşır. Qızın soyuqqanlı olması çox vaxt Tərəzini özündən çıxarır. Tərəzi dözümlülük göstərmir. Bu da münasibətlərin korlanmasına ciddi təsir göstərir. Ailə çox uğursuzdur.
Qız - Əqrəb. Əqrəb bürclü Qız bürclü ilə münasibətdə özünü çox rahat hiss edir. Qız bürclü tez-tez güzəştə getsə ünsiyyətlər daha möhkəm olar.
Qız - Oxatan. Oxatanın münasibətdə qeyri-ciddiliyi Qızı daim narahat edəcək. Oxatanın dözümsüzlüyü, daim başçı rolunda olması, qısqanclığı ünsiyyətlərin də qısa müddətliyinə gətirib çıxarır. Ailə uğurlu sayılmır.
Qız - Oğlaq. Hər ikisi hissiyyata qapanan dözümlü, intellektli, ağıllı insanlardır. Dostluq və işgüzarlıq münasibətlərində Qız daim Oğlağa güzəştə gedir. Ailə münasibətləri çox uğurludur. Arada qarşılıqlı hörmət mövcuddur.
Qız - Dolça. Bir-birini bəyənsələr də bunlar arasında ailə münasibətləri mümkün deyil. Çox vaxt belə ailələrin dağılması müşahidə olunur. Bu bürclü insanların işgüzarlıq münasibətləri də nadir hallarda olur. Dostluq münasibətləri də uğursuzdur.
Qız - Balıqlar. Qız sevginin zəka ilə, intellektlə, ağılla sıx bağlı olduğunu hesab edir. Balıqlar isə əksinə, hissə çox qapanırlar. Buna baxmayaraq, uğurlu ailənin yaranması mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.