Feat.Az

May Ayında Bürclər nə Vəd Edirlər?

Bürclər / Aylıq Bürclər / Umumi Bürclər
11:40, 14-05-2016
4 957
May Ayında Bürclər nə Vəd Edirlər?
May Ayında Bürclər nə Vəd Edirlər?

Qoç - Eşq planeti və Qoçun eşq evinin idarəçisi Venera May ayının böyük hissəsində Qoçun pul evində olacaq. Bu da sizin romantik təhlükəsizliyə ehtiyacınız olduğunu, praqmatik olduğunuzu və əsl hisslərinizi məntiq süzgəcindən keçirəcəyinizi göstərir. Veneranın Qoçun iş evində olan Yupiterlə və Qoçun karier evində olan Plutonla quracağı uyğun bucaqlar cütlərin sosio - professional müvəffəqiyyəti və ya maliyyə və mövqeyə istiqamətli hədəflərə çatmaq üçün ortaq iş mənasına gələ bilər. Əgər ciddi əlaqəniz yoxdursa, bu dövr ortaya çıxa biləcək romantik fürsətlər işinizlə bağlı olacaq və böyük ehtimalla romantik və maddi olaraq sabit biriylə əlaqəli olacaq. May 2016 Qoçlar üçün xeyli ümidverici görünən Pluton (Qoçun karier evində) və Yupiterin (Qoçun iş evində) meydana gətirdiyi üçbucaqdan istifadə edəcək və əhəmiyyətli hədəflərin reallaşmasını təmin edəcək. Pluton - Yupiter üçbucağının istifadəsi Yupiterin düzgün hərəkətinə qaldığı yerdən davam etməsiylə və Günəş, Merkuri, Veneranın Pluton və Yupiterlə meydana gətirəcəyi müsbət bucaqlarla daha da güclənəcək. Bu Qoçun peşə evlərində və Torpağın istehsalçı bürclərində astroloqların "piramida" (bərabərtərəfli üçbucaq) dedikləri, hər iki Xeyirxahı (Yupiter və Venera) da ehtiva edən bir konfiqurasiyadır. Bu böyük maliyyə və professional iş potensialı olan bir konfiqurasiyadır. Bu vəziyyətdən nə qədər faydalana biləcəyiniz isə sizə qalıb. Mars geri getmə mərhələsində olduğuna görə, koordinasiya və hərəkətlilik əlavə güc tələb edəcək. Sağlamlıq May 2016 boyunca Qoçların güclü tərəfi olmayacaq. Qoçun idarəçisi Mars, Qoçun xəstəliklər evinin idarəçisi Merkuri retrogradda olacaq və Qoçun sağlamlıq evində olan Yupiterlə kvadrat meydana gətirəcək. Diqqətli olun siz minalı ərazidəsiniz! Digər tərəfdən May 2016 köhnə problemlərlə əlaqədar tibbi proseduralara davam etmək üçün yaxşı bir aydır.

Buğa - Veneranın Buğada olmasıyla May 2016 romantizmlə dolu olacaq. Sizin eyni zamanda həm təklif edə biləcəyiniz, həm də cəzb edə biləcəyiniz daha çox sevginiz olacaq. Buğalar zəriflik və modayla daha çox maraqlanacaq, eşqbazlığa və yeni əlaqə başlatmağa daha açıq olacaq. Buğanın erotizm evinin idarəçisi olan Merkurinin də Venerayla birlikdə Buğada olmağı gözəl romantik təminatı nəzərdə tuta bilər. Əgər sevgili axtarırsınızsa artıq asanlıqla bəzilərini tapa biləcəksiniz. Əgər əlaqəniz varsa o çiçəklənəcək və ya yenidən həyəcanlı olmağa başlayacaq. Lakin May 2016 boyunca Buğanın cütlər evinin idarəçisi üzüyola olmayan Mars retrograd edəcək və həssas mövqedə olacaq. Buna görə əlinizdəkiləri tuta bilmək və çatacaqlarınızı itirməmək üçün daha diqqətli olmalısınız. Buğada olan Günəş, Venera və Merkuriylə birlikdə May 2016 sizin karieriniz üçün yaxşı görünür. Buğada olan Günəş sizə enerji verəcək, təşkilati və liderlik qabiliyyətlərinizi genişlədəcək, sizə nüfuz verəcək və sizin fərqinizə varılmanızı təmin edəcək. Venera diplomatiya, cazibə və yaxşı əlaqələr yoluyla sizə fayda verəcək. Merkuri uzaqgörənlik və müdrikliklə sizə hadisələri analiz etməkdə kömək olacaq və məlumatlanma, intellektual məqsədlər və ünsiyyət mövzusunda da köməyini əsirgəməyəcək. Buğanın pul evinin idarəçisi olaraq Merkuri sizin diqqətinizi böyük miqyaslı maliyyə proyektlərinə istiqamətləndirəcək. Lakin 2016 May boyunca Merkuri geri getmə mərhələsində olacaq, buna görə də bəzi problemlər hələ də həllini gözləyəcək. Ayın sonuna yaxın bütün işləri açıq və nizamlı şəkildə buraxaraq Merkuri xətti hərəkətinə qaldığı yerdən davam edəcək. 2016-cı il Mayın ilk iyirmi günündə siz çox yaxşı fiziki vəziyyətdə olacaqsınız. Günəşin Buğada olmağıyla siz canlı olacaq, enerji və güc yayacaqsınız. Digər tərəfdən Venera sizə optimizm və yaxşı ruh halı verərək daha yaxşı görünmənizi təmin edəcək. Merkuri isə sizə xoşbəxtlik və gənclik ruhu peyvənd edəcək. May 2016 - nın son həftəsi boyunca bəzi problemlər yaşana bilər. Diqqətli olun!

Əkizlər - Vəziyyət xeyli qarışıqdır... Marsın retrograd hərəkətiylə və Saturnun Əkizlərin əlaqələr evində olmasıyla 2016 May ayı eşq mövzusunda işlər yaxşı getməyəcək. Əlaqələrdə çətinliklər ortaya çıxa bilər ya da sizə bağlı olmayan hadisələr səbəbiylə əlaqənizdə pis zamanlar yaşaya bilərsiniz. Ya da partneriniz çətinliklərlə qarşılaşa bilər. Lakin, işlər göründüyü qədər pis deyil. Sonunda problemlər bitəcək. Əkizlərin cütlər evinin idarəçisi Yupiter Günəşdən, eşq və harmoniya planeti Veneradan və Əkizlərin idarəçisi Merkuridən ciddi dəstək və güc alacaq və bu üçlüyün birliyi eşqdə yeni fürsətlər yaradacaq. Ayın sonuna doğru işlər daha da maraqlı hala gələcək, çünki 24 May 2016 - da Venera Əkizlər bürcünə girəcək. May 2016 ya da ayın heç olmasa ilk iyirmi günü yığışma, cücərmə və səhnə arxası fəaliyyətlər üçün uyğundur. İşlərinizdə nələrsə var və bu şeylər əhəmiyyət ifadə edəcək. Əsl şou 20 May 2016 - dan sonra, Günəş Əkizlər bürcünə girdiyi zaman başlayacaq. Lakin siz o tarixdən əvvəl də məmnun qalacağınız işlər görə bilərsiniz, daha gizli və daha xüsusi olmaq şərtiylə. Məsələn yaradıcılıq sahəsində böyük irəliləmələr qeyd oluna bilər, lakin həm də mal - mülk, ev və hətta maliyyə sahəsində də irəliləyə bilərsiniz. Bu rəhbərlik, mal-mülk, dekorasiya və yenidən dizayn kimi işlərə qoyulacaq sərmayələr baxımından müsbət bir dövrdür. Ailəniz əsl köməkçiniz ola bilər. Ən zəif halqanız əməkdaşlıq olacaq. Diqqətli olun! May 2016 - da siz formada olmayacaqsınız. Əkizlərin idarəçisi Merkuri, retrograd ucbatından zəifləyəcək və 12 - ci evinizdə çətin vəziyyətdə olacaq, Əkizlərin xəstəliklər evinin idarəçisi Mars isə narahatlıq verici mövqedə olacaq. Naməlum bəlalar ortaya çıxa bilər, bilinənlərsə sizi normaldan daha uzun müddət narahat edə bilər. Təcavüzkarlıq, yaralanma və qəza riski də vardır. Özünüzə yaxşı baxmalı, müalicə olunmalı və özünüzü təhlükəyə atmamalısınız.

Xərçəng - Xərçəngin cütlər evinin idarəçisi May 2016 boyunca çox da yaxşı mövqedə olmasa belə, eşq planeti Venera günü qurtaracaq. Günəş və Merkuri ilə əhatə olunmuş Venera şanslı evdədir və Yxərçəngin ünsiyyət evində olan Yupiter və Xərçəngin cütlər evində olan Plutonla uyğun bucaqlar qurmaqdadır. Bu astral (red. ulduzlara bağlı) nizam Xərçənglərə ictimailəşməyə istiqamətli, çox açıq olan və eşq eşqbazlıqlarıyla zəngin dinamik, əyləncəli ay vəd edir. Fürsətlər xüsusilə kollektiv fəaliyyətlər zamanı: yenidən birlikdə olma, yığıncaqlar, konfranslar, festivallar, təşkilati hadisələr, qrup proyektləri və s. ortaya çıxacaq. Əgər onsuz da bir əlaqəniz varsa May 2016 boyunca birlikdə çalışa bilər və həm də əylənə bilərsiniz! İşlər May 2016 boyunca çətin olacağa bənzəyir. Kifayət qədər maraqlanmırsınız mənasında deyil! Tam tərsi siz böyük ehtimalla həddindən artıq işlə dolusunuz. Marsın retrograd etməyi sizi yavaşladacaq, prioritetlərinizin nizamını pozacaq və ya başqa problemlər yaradacaq. İşin yaxşı tərəfi budur ki, ətrafınızdakılara güvənə bilərsiniz! Köməyə ehtiyacınız olduğunuz zaman dostlarınız, ortaqlarınız və sizin üçün bir şeylər edə biləcəklər də köməyinizə qaçacaq. Etmək lazım olan tək şey onlardan kömək istəməkdir. Siz kollektivlik tələb edən bütün işlərdə məşhur və müvəffəqiyyətlisiniz. İctimailəşmə sizin üçün yaxşıdır, çünki yeni iş əlaqələri, kontraktlar və faydalı əlaqələr ortaya çıxara bilər. Maliyyə sahəsində fürsətlər May 2016 - nın ilk iyirmi günündə Xərçənglərdən yana olacaq, lakin son on gün çox da yaxşı olmayacaq. May 2016 boyunca Xərçənglər sağlamlıqlarına xüsusilə diqqət yetirməlidirlər. Hətta xəstəliyin xarici əlamətləri olmasa belə, müdafiənizi unutmayın: Özünüzə yaxşı baxın, dərmanlarınıza və həkim görüşlərinə laqeyd yanaşmayın və hər cür ifrat və diqqətsizlikdən qaçının! Əgər bədəniniz bir şeyin pis getdiyinə dair siqnallar göndərirsə, vaxt itirmədən həkimə görünməlisiniz. Potensial qəzalardan qaçının!

Şir - May 2016 - nın ilk iyirmi günü boyunca Venera Aslanın rəhbər ulduzu Günəşlə birlikdə göylərdə hökm sürəcək. Romantika, şəfqət aclığı, eşq ehtiyacı güclü şəkildə özünü müəyyən edəcək və bu dövrdəki motivasiya və hədəflərinizi şəkilləndirəcək. Sizin üçün başdan çıxarma, fəth etmə, cəzb etmə həqiqətən çətin olmayacaq və diqqətiniz parlaq, təriflənməyə dəyər, seksual kəslərə fokuslanacaq. Bəzi vəziyyətlərdə Aslanların eşq həyatı karier və ictimai ehtiraslarıyla kəsişəcək. Amma məmnunedici nəticələrə çatmanız qəti deyil. Mars və Saturnun Aslanın erotizm evində olmasıyla, May 2016 - da cinsi həyatınız kompleksləşəcək, günaha meylli olacaq, hətta əsəb pozucu olacaq və ya siz başqa eşqlə əlaqədar çətinliklər yaşaya bilərsiniz. May 2016 Aslanların karier və maliyyə vəziyyətləri üçün möhtəşəm olacaq. Aslanın karier evindəki Günəş-Venera-Merkuri üçlüyünün qovuşması və Yupiter (Aslanın pul evində) və Plutonla (Aslanın iş evində) iki gözəl üçbucaq meydana gətirməyinin müdafiəsi altında, May ayının ilk iyirmi günü möhtəşəm müvəffəqiyyətlərə açıq olacaq. İşlər yolunda gedir, hər şey bir-biriylə uyğunlaşma içindədir, pul gəlir və siz müvəffəqiyyətlisiniz. May 2016 - nın son ongünlüyü Aslanlara əhəmiyyətli qərarlar və populyarlıq təmin edəcək. Ay boyunca əlaqələr və ictimailəşmə müvəffəqiyyətinizdə iştirak edəcək və əhəmiyyətli ölçüdə intellektuallıq, səyahət və ünsiyyət yer alacaq. Aslanların maliyyə vəziyyətinə gəlincə: Qumardan, spekulyasiyadan və ifrat və ya gərəksiz xərcləmələrdən uzaq dayanmanız şərtiylə hər şey normal olacaq. Fiziki vəziyyətiniz yaxşı olacaq və elastik, optimist bir ruh halınız olacaq. Ümumiyyətlə May 2016 - da sağlamlıq problemləri görünmür. Lakin əgər idmanla maraqlanırsınızsa, gərgin fiziki fəaliyyət tələb edən işlərlə məşğul olursunuzsa, ya da qadınsınızsa və hamilə isəniz (ağırlaşma riski, erkən və çətin doğuş riski və ya zəruri abort) bir az daha diqqətli olmanız lazım gələ bilər.

Qız - Eşq planeti Veneranın Qızın cütlər evinin idarəçisi Yupiterlə meydana gətirdiyi yaxşı bucaqlar May 2016 - nın ilk iyirmi günündə sizə eşqdə xoşbəxtlik şansı vəd edir. Buna əlavə olaraq Yupiter ayın başından etibarən öz xətti hərəkətinə qaldığı yerdən davam edəcək və Venera Qızın idarəçisi Merkuri ilə qovuşacaq. Saturnun sizə maneə törətməyə çalışması doğrudur və ya o sizin əlaqənizi test edəcək, lakin uyğun konfiqurasiyalar daha bol və güclü olacaq, beləliklə yaxşı şeylər zəfər qazanacaq. Potensial narahatlıq valideynlərlə, daşınmaz əmlakla və ya evlə əlaqədar ola bilər. Digər tərəfdən May 2016 hadisələri işıqlandırmağı və ya nəticəyə çatmağınızı sürətləndirə bilər. İşlər yavaş yavaş normallaşacaq - və bu normallaşma sizin xeyrinizə olacaq. Siz yüksəlmə trendindəsiniz, yaxın zamanda gələcək müvəffəqiyyətə hazırlıq mərhələsindəsiniz. Bəzi hədəflər aydın şəkildə görünəcək, bəzi maneələr aşılacaq. Sizin prioritet və dəyər anlayışınızı təyin etmə yolunda bəzi şeylər birdən dəyişəcək. Qızda olan Yupiterin xətti hərəkətinə qaldığı yerdən davam etməsiylə və Günəş - Merkuri - Venera qovuşmasının Qızın 9 - cu evində ortaya çıxmasıyla May 2016 super - vicdanlılıq, zəka, təhsil, mədəniyyət və ruhanilik mənasında çox əhəmiyyətli olacaq. Bu sahələrdə əhəmiyyətli inkişaflar qeyd edəcəksiniz. Digər tərəfdən səy, xarici əlaqələr, səyahət və uzaq məsafəli əlaqələr ehtiva edən fəaliyyətlər mövzusunda məmnunedici nəticələr əldə edəcəksiniz. Ay boyunca pul sanki sizə doğru gələcək. May 2016 boyunca Qızların ümumi vəziyyəti həm fiziki, həm də psixoloji olaraq inkişaf edəcək. Özünüzü daha güclü və daha əmin hiss edə bilərsiniz. Ruh halınız daha yaxşı və parlaq olacaq və bitirilməsi lazım olan işlər daha asan görünəcək. Lakin May 2016 - nın son on günlüyü sizə təzyiq edə bilər və stressə yönəldə bilər. Bu bir az naməlum bir dövr olacaq, buna görə də diqqətli olun.

Tərəzi -
Tərəzinin cütlər evinin idarəçisi Mars May 2016 - da retrograd mərhələsində olacağına görə Tərəzilərin eşq həyatında nəzərdə tutulmayan hadisələr gözlənilir. Retrograd hərəkət təbii deyil, buna görə də fövqəladə vəziyyətlərə səbəb ola bilər. Bu vəziyyətlər əsəb pozucu, narahat edici, bezdirici ya da sadəcə çaşdırıcı ola bilər. Hətta cütlər arasındakı köhnə problemin yenidən ortaya çıxması və ya köhnə eşqinizin həyatınıza yenidən girməsi də gözlənilə bilər. Qarşıdurmalar və maneələr riski də mövcuddur. Hər vəziyyətdə işlərin tam da gözlənildiyi kimi getməsi ehtimal xaricidir. Digər tərəfdən eşq və harmoniya planeti Venera Tərəzinin 8 - ci evində olacaq. Bu mövqe narahatlıq və həyəcan yaratsa belə, əlaqənin möhtəşəm istiqamətlərini anlamağa kömək olacaq. Tərəzilər üçün May 2016 xüsusilə maliyyə sahəsində aktiv bir ay olacaq. Bu ümumiyyətlə işinizdən nə qazandığınızla əlaqədar deyil, əlinizdə mövcud olanları necə idarə etdiyinizlə əlaqəli, başqalarıyla birlikdə qazandığınız pulla (və ya digərlərinə bağlı pulla), qazanclar və sərmayələr, banklarla əlaqələr, sığorta, və s. əlaqəlidir. Bəlkə də bir mənada hədiyyələr, sponsorlar, pul hədiyyəsiylə də əlaqədar. Buradakı əsas nöqtə işlərin yaxşı gedəcəyidir. Tərəzinin daimi gəliri daha çox intellektual səydən, məlumatlanma, ünsiyyət, səyahət və ya ticarətdən gələcək, lakin gecikmələr və ya qarışıqlıq çıxması mümkündür. Karier mənasında, Tərəzinin iş evinin idarəçisi Yupiterin xətti hərəkətinə qaldığı yerdən davam etməyi, yenidən başlama və ya maneələrin öhdəsindən müvəffəqiyyətlə gəlmə şəklində şərh oluna bilər. Tərəzilərin sağlamlığı May 2016 boyunca diqqətlə nəzərdən keçirilməlidir. Tibbi evlərin meydana gətirdiyi bucaqlar kifayət qədər gərgin olacaq. Bədəninizə və xüsusilə də ağıl sağlamlığınıza diqqət yetirin! Optimist və dinc bir ruh halı qiymətsizdir. Kiçik şeylərdən narahat olmayın və intellektual sahədə özünüzü sərhədlərinizi aşmağa məcbur etməyin! Bəzən hadisələrə uzaqdan baxmalı və qarşıdurmalardan uzaqlaşmalısınız, çünki onlar sizi yorur.

Əqrəb -
Əlaqələr May 2016 - da Əqrəblərin prioritetlər siyahısında əsas yer tutacaq. Əqrəbin cütlər evində Günəş, Merkuri və Venera - Eşq planeti və eyni zamanda Əqrəbin cütlər evinin idarəçisi - olacaq. Bu xüsusilə May 2016 - nın yaxşı bir dövr olacağı mənasına gəlir. Günəş - Merkuri - Venera üçlüyü Böyük xeyirxah Yupiterlə və gərgin Plutonla yaxşı bucaqlar meydana gətirəcək. Bu Əqrəblər üçün şiddətli ictimailəşmə zamanıdır. Bir çox adamla tanış olacaq, fərqli kollektiv yığıncaqlara qatılacaq, ortaqlıqlar meydana gətirəcəksiniz. Bütün bunlar eşqi tapmaq və onu çiçəkləndirmək üçün uyğun şərtlər yaratmağa kömək olacaq, həm də xoşbəxtlik və yaxşı razılaşmaq deməkdir. Ünsiyyət qərarverici faktor olacaq və May 2016 Əqrəblərə arzu olunan və ya ehtiyac duyulan aydınlıq gətirəcək. May 2016 ortaqlıqlar meydana gətirmək və plan qurmaq üçün yaxşı bir dövrdür. İctimai faktorlar fərdi əlaqələr, görüşmələr, müzakirələr və ortaq proyektlər bu dövr boyunca şiddətlə vurğulanacaq. Yeni ortaqlıqlar üçün optimal vəziyyətlər yaradılacaq, köhnə ortaqlıqlar isə məhsuldar və məmnun edici olacaq. Bazarlıqlar ediləcək, qazanclı razılaşmalar imzalanacaq. Bolca müştəri tapacaqsınız və ictimaiyyətlə əlaqələr zəmanət altında olacaq. İnsanlar sizi sevəcək və dəstəkləyəcək. Siz komandanın bir parçası olaraq və ya kollektiv işdə çalışacaqsınız. Eyni zamanda maliyyə sahəsində sakit bir mübarizə olacaq. May 2016 boyunca Əqrəblər pulu asanlıqla qazana bilməyəcəklər. Bunun üçün səy, tutumluluq və xeyli səbir lazım olacaq. Orta yolu tutmaq üçün siz şüurlu, strateq olmalı və hesabınızı bilməlisiniz. May 2016 boyunca Marsın geri getməyi (retrograd) Əqrəblərin sağlamlığı baxımından yaxşı bir xəbər deyil. İki səbəbə görə: Mars həm Əqrəbin həm də Əqrəbin xəstəliklər evinin idarəçisidir. Ümumiyyətlə təbii olaraq sizin fiziki vəziyyətiniz yaxşıdır, lakin sərhədlərinizi aşmağa çalışmaq üçün yaxşı bir zaman deyil. Orta yolu seçin, heç olmasa bir müddətə ifrat və yorğunluq olmayan yolu və özünüzə diqqət yetirin!

Oxatan - May 2016 boyunca sizin həyatınızın eşqi "iş" olacaq. Eşq planeti Venera və Oxatanın cütlər evinin idarəçisi Merkuri Oxatanın iş evində olacaq. Zarafat bir yana, Oxatanların əlaqələri və karierləri bəlli bir şəkildə əlaqəlidir. Bəlkə də siz və partneriniz əvvəldən olduğundan daha çox və ya daha əhəmiyyətli ortaq iş görəcək və ya müəyyən məsuliyyətləri paylaşacaqsınız. Arada sırada bəzi mübahisələr olsa belə və ünsiyyət problemləri ortaya çıxsa belə bu işi zövqlə görəcəksiniz. İşinizlə bağlı səyahət edərkən və ya professional görüşmə zamanı biriylə qarşılaşa bilərsiniz. Bəlkə də məktəb/kollec/liseydən yoldaşlarınızdan biriylə əlaqə başlaya bilər. Böyük səy göstərəcəksiniz, lakin nəticədə məmnun qalacaqsınız. Bəlkə də zövqlü hərəkətsizlik yaşayacaq amma məmnun olacaqsınız. Marsın və Saturnun Oxatanda olmağıyla, May 2016 çətinliklərlə şiddətli mübarizə və sıx fəaliyyətlərlə dolu çətin bir dövr olacaq. Bu bir qisim Oxatanlar üçün belə olacaq. Digərləri üçünsə Marsın retrogradda olmağı maneə törədilmiş təşəbbüs və hərəkət mənasını verməkdədir. Vəziyyət nə olursa olsun hamısının öhdəsindən gələ biləcəksiniz. Oxatanın iş evində meydana gələcək Günəş - Merkuri - Venera üçlü qovuşması şanslı bir vəziyyətə işarə edir, xüsusilə karier evinizdəki Yupiter və pul evinizdəki Plutonla əmələ gətirdiyi uyğun bucaqlar düşünüldüyü zaman. Beləliklə problemlər olsa da, professional olaraq durnanı gözündən vuracaq, eqonuzu və ciblərinizi şişirəcəksiniz! May 2016 boyunca Merkuri və Venera Oxatanın sağlamlıq evlərinin birində olacaq və sağlamlığınıza marağınız artacaq. Ya sizin hərəkətə keçmənizi tələb edən vəziyyətlər ortaya çıxacaq, ya da Günəş - Merkuri - Venera üçlüyü özünüzü daha yaxşı hiss etmənizi təmin edəcək bir iş görməyiniz üçün sizi təşviq edəcək. Bəlkə də daha əvvəl əhəmiyyət vermədiyiniz kiçik sağlamlıq problemlərinizi həll edəcək, və ya müalicə və diyetə başlayacaqsınız. Bədən baxımı və ya kosmetik proseduralara da yönələ bilərsiniz.

Oğlaq - Eşq May 2016 boyunca bütün gücüylə və möhtəşəm olaraq həyatınıza hökm edəcək. Oğlağın eşq evində canlı və möhtəşəm Günəş parlayacaq. Yenə eyni evdə başdan çıxarıcı Venera işığını yayacaq və yaramaz Merkuri gizlicə göz qırpacaq. Plutonun və Yupiterin Günəş - Venera - Merkuri üçlüyü ilə quracağı üçbucaqlar acgözlük və sıxlıq yaradacaq. Romantik və erotik baxımdan zəngin belə bir atmosferdə hər an yeni ehtiras ortaya çıxa bilər. Əgər onsuz da bir əlaqəniz varsa sevdiyiniz adamla eşqdə yeni, daha yüksək səviyyədə romantik bağ qura bilərsiniz. Əlavə olaraq May 2016 sadəcə ürək və bədən üçün olanlar üçün deyil, hər cür zövqlər üçün mükəmməl bir aydır. Buna görə hazırlıqlı olun və daha əvvəl etmədiyiniz qədər çox əylənməyə hazır olun. Oğlaqlar fokuslana biləcəkləri, xəyal gücüylə zəngin, kompleks məlumatlarının böyük inkişaflara yol açacağı yaradıcılıq dövründən keçəcək. May 2016 boyunca yaradıcılıq mövzusunda bənzərsiz bir gücünüz olacaq. Əgər incəsənət sahəsində çalışırsınızsa, proyekt və ya fərdi təqdimatlar edirsinizsə ya da işinizi, hər hansı bir məhsulu və ya özünüzü reklam baxımından bu sizə möhtəşəm bir hədiyyə olacaq. Əgər qabiliyyətinizdən idmanda, əyləncə sektorunda, şou dünyasında ifadə etsəniz şans sizdən yana olacaq. Maliyyə sahəsində Oğlaqlar tutumlu olmalıdır. Spekulyasiya mövzusunda şanslı ola bilərsiniz, lakin ortalıqda əhəmiyyətli risklər də olacaq. Əvvəlki ayda olduğu kimi May 2016 - da da sağlamlığınıza kafi diqqət göstərməlisiniz. Oğlağın idarəçi planeti Saturn hələ də tibbən əhəmiyyətli bir evdə Marsla birlikdədir. Bu konfiqurasiya immunitet sisteminizi zəiflədə bilər, xroniki xəstəlik əlamətlərini ortaya çıxara bilər, asılılığa yönəlmə potensialınızı vurğulaya bilər və sizi qəzalara qarşı müdafiəsiz hala gətirə bilər. 2016 - cı il May ayı boyunca diqqətli olun, xüsusilə 20 - 27 May aralığında!

Dolça - May 2016 - nın ilk iyirmi günündə Dolçanın cütlər evinin idarəçisi olan Günəş iki xeyirxah planet olan Venera və Yupiterlə yaxşı əlaqələr içində olacaq. Daha da yaxşısı budur: Günəş hər vaxt Venerayla - eşq və harmoniya planetiylə - bir yerdə olacaq. Beləliklə əlaqəniz mövzusunda istədiyinizə çatacağınızı və ya xoşbəxt bir dövrdən keçəcəyinizi ümid edə bilərsiniz. May 2016 boyunca Dolçaların xoşbəxtliyi ev və ailəylə bağlı olacaq, gizlicə çiçək açacaq və ya köhnə hadisələr tərəfindən sürətləndiriləcək. Romantizmin gizli hətta sirrli bir enerjisi olacaq. Son on gün ehtiraslı, məhdudiyyətsiz, azad eşqə həsr ediləcək, çünki Günəş 20 May 2016 - da Dolçanın erotizm evinə girəcək və onu 24 Mayda Venera izləyəcək. Dolçalar üçün May 2016 - nın açar sözləri: eşq, seks, zövq və əyləncə olacaq. 2016 May ayı sizi sərmayə qoymağa istiqamətləndirəcək, ofis və ya ev (ya da yenidən dekorasiya və ya boya işləri), uzun vədəli əşyalar və ya miras əşyaları satın ala bilərsiniz. Bu ay torpaq və daşınmaz əmlak işini önə çıxaracaq daha böyük miqyasda isə əkinçilik, təbii maddələri işləmə sənayesi, inşaat, otel və restoran işlərini vurğulayacaq. Bu sahələrin hər hansı birini maraqlandıran fəaliyyətlər maliyyə baxımından məhsuldar ola bilər. Əgər siz tarix, arxeologiya, genealogiya ilə maraqlanırsınızsa bu sahələrdə də qənaətbəxş nəticələr əldə edəcəksiniz. May 2016 Dolçaların stresslə mübarizə etməyi, daha çox səy sərf etməyi və mühitdəki (klub, siyasi partiya, təşkilat, təşkilat vs.) qarşıdurma və rəqabətlə məşğul olmağı lazım gələcək .Məşhurluğa və ya dəstəyə güvənə bilməzsiniz. Artıq öz başınasınız. Nəzəri olaraq, Dolçaların May 2016 boyunca sağlamlıq problemləri olmayacaq. Özünüzü təhrik edilmiş, hətta bir az gərgin hiss edə bilərsiniz, lakin fiziki olaraq xeyli yaxşı formada olacaqsınız və əhvalınız da çox yüksək olacaq. İstirahət etmə və ya psixoloji dəstək ehtiyacı hiss etsəniz, bunu evinizdəki sülh atmosferində və ailənizin tam ortasında tapa bilərsiniz. Yüngül problemlərdə ev istehsalı türkəçarə dərmanlarını sınamaqda fayda vardır.

Balıqlar - May 2016 Balıqlara fürsətlər və xoşbəxtlik vəd edir. Balığın cütlər evində olan əliaçıq Yupiter eyni evin idarəçisi Merkuriylə uyğun bucaqlar əmələ gətirəcək. Merkuri bir Venera bürcü olan Buğada olacaq və ayın böyük bir hissəsində eşq və birlik planeti Veneraya yoldaşlıq edəcək. Merkurinin söyləyəcək çox sözü olacaq, çünki o öz retrograd dövründə olacaq. O romantik xatirələri, köhnə problemləri ortaya çıxaracaq ya da sizi bir şəkildə çaşdıracaq. May 2016 - nın ikinci yarısı boyunca əhəmiyyətli bir hadisə və mövcud vəziyyətdə dəyişiklik gözlənilir, çünki Merkuri 22 Mayda retrograddan çıxıb öz xətti hərəkətinə davam edəcək . Ünsiyyət, səyahət və/və ya intellektual məqsədlər May 2016 boyunca Balıqların eşq həyatında əhəmiyyətli yerdə olacaq. Mars və Saturn Balığın karier evini imtahan edəcək: Maneələr, yarış, rəqabət, qarşıdurmalar və ya - açıq və sadəcə deyilsə - daha çox boyunuzu aşan məsuliyyətlər gözlənilir. Yaxşı xəbər budur ki, artıq digərlərindən dəstək ala biləcəksiniz. Balığın ortaqlıqlar evində olan Yupiter (Böyük Xeyirxah) Balığın dəstəkçilər və müdafiə evində olan Plutonla üçbucaq meydana gətirəcək. Digər üçbucaq isə Yupiterlə Günəş, Merkuri və Venera (Kiçik Xeyirxah) arasında yaradılacaq. May 2016 ortaq görülən iş, razılaşmalar və yeni kontraktlar üçün daha uyğundur. Ən məcburedici lakin müvəffəqiyyət baxımından ən zəngin fəaliyyətlər intellektual iş, məlumat işləmə və yayma, yazı, ünsiyyət, danışıqlar, ticarət və digər biznes ehtiva edən fəaliyyətlər olacaq. Ümumiyyətlə pulunuzu başqalarıyla birlikdə və ya onların köməyiylə qazanacaqsınız. May 2016 boyunca Balıqların xeyli yaxşı fiziki vəziyyəti və xoşbəxtlik, zarafat və optimizmlə dolu yüksələn əhvalları olacaq. Lakin unutmayın, arxa planda Balığın idarəçisi Yupiter və Mars, Saturn və Neptun arasında uyğunlaşmazlıq var (ortaya çıxmasa belə). Buna görə özünüzü yaxşı hiss etsəniz belə ifratdan uzaq durun və köhnə sağlamlıq problemlərinizə laqeyd yanaşmayın!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərhlər
Agaeva
İnşAllah xeyirlisi
ALA GOZ
In sa Allah hami ucun yaxsi olar
ilkme
  • ilkme
  • 1 May 2016 10:35
  • Cavab
6 əla
Şərh Yaz