16.07.2016 Gündəlik Bürclər (16 İyul 2016 Günlük Bürclər)

15 Temmuz 2016
3 094
0
16.07.2016 Gündəlik Bürclər (16 İyul 2016 Günlük Bürclər)
QOÇ – Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki indi – himayədarınız olan Saturnun təsir gücünün artdığı bir vaxtda bunu bacarmasanız, qarşıda sizi uzunmüddətli kasıbçılıq gözləyə bilər.

BUĞA – Hansısa uğursuzluq haqqında düşünməyin. Çünki iştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək, səmərəli görüşlər, maliyyə uğurları da yolunuzu gözləyir.

ƏKİZLƏR – Hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayın. Çünki ətrafınızda sizi aldadanlar artıb. Ciddi məbləğdə gəliriniz gözlənilməsə də, gün boyu büdcəniz boş qalmayacaq.

XƏRÇƏNG – Sakit bir gün yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Səhv və günahlarınızı etiraf etməyi bacarın. Burada qəbahət yoxdur.

ŞİR – Saat 13-ə qədər əsəblərinizi cilovlaya bilsəniz, heç bir narahatçılığınız olmayacaq. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı tövsiyə edir. Bu gün imkan daxilində uzaq səfərləri təxirə salın.

QIZ – Adi günlərdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma belə bir təqvimdə hər şeydən əvvəl istirahətinizi təmin etməlisiniz, uzaq yol getməyin.

TƏRƏZİ – Səhhətinizi qoruya bilsəniz, gün boyu heç bir çətinliklə rastlaşmayacaqsınız. Ailə-sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırın. Təzə əyin-baş almaq üçün çox uğurlu vaxtdır.

ƏQRƏB – Gün ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəldin. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin.

OXATAN – Bəxtinizə təzadlı bir gün düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addım atmalısınız.

OĞLAQ – Ümumən gərgin gün olsa da, özünüzü cilovlamalısınız. Hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Hirsli başda ağlın olmamasını da unutmayın.

SUTÖKƏN – Yalnız saat 12-14 aralığı gərginlik görünür. Həmin vaxt maksimum ehtiyatlı olun. Qalan zamanda isə çox şey ürəyinizcə olacaq. Hətta perspektivli təkliflər alacağınız da qaçılmazdır.

BALIQLAR – İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq, özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Çətinlik çəksəniz, məsləhətləşmək də olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.