25.07.2016 Gündəlik Bürclər (25 İyul 2016 Günlük Bürclər)

24 Temmuz 2016
2 911
0
25.07.2016 Gündəlik Bürclər (25 İyul 2016 Günlük Bürclər)
QOÇ - Ümumi məziyyətlərinə görə bir qədər gərgin gündür. Ələlxüsus da saat 11-14 arası əsəbləriniz tarıma çəkilə bilər. Ən düşərli məqamları isə yalnız məhəbbətdə yaşayacaqsınız.

BUĞA - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Bütün imkanlarınızı da məhz bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu və təcrübəli insanlarla görüşməyiniz sizə səmərə verə bilər.

ƏKİZLƏR - Təxminən saat 12-yə qədər gərgin əhval-ruhiyyədə olacaqsınız. Amma çalışın ki, bu enerjini başqasına ötürməyəsiniz. Axşam saatlarında isə ikili gəzintilərə çıxmaq olar.

XƏRÇƏNG - Əsas diqqətinizi ailə-sevgi məsələlərinə yönəldin. Elə addım atın ki, ünsiyyətdə olduğunuz adamların rəğbətini qazanasınız. Hər deyilən sözə və atmacalara əhəmiyyət verməyin.

ŞİR - "Ağac bar gətirdikcə başını aşağı salır". Çalışın siz də bu prinsipə əməl edəsiniz. Əmin olun ki, belə etsəniz, Göy qübbəsi sizə dayaq olacaq. Hətta şəxsi büdcənizi də artıra bilərsiniz.

QIZ - Ulduzların düzümü xoş bir gün yaşayacağınızdan xəbər verir. Maraqlı insanlarla görüşləriniz, eləcə də perspektivli təkliflər alacağınız gözlənilir. İnsanlara şübhə ilə yanaşmayın.

TƏRƏZİ – Mühüm bir işinizi reallaşdırmaq üçün köməyə böyük ehtiyacınız var. Amma əbəs yerə narahat olmağa dəyməz. Çünki nahardan sonra bu köməyi hiss edəcəksiniz. Odur ki, aktivliyinizi artırın.

ƏQRƏB - Ümumən gərgin təqvim olsa da, şəxsi büdcənizi artırmaq üçün geniş imkanlar qazanacaqsınız. Məhz bu amili nəzərə alıb pulla bağlı işlərinizi önə çəkin. Səhhətinizi də qoruyun.

OXATAN - Qərarlarınızda qətiyyətli olsanız, bu təqvim sizə xoş ovqat bəxş edəcək. Şəxsi işlərinizdə isə nəzərəçarpacaq irəliləyişlər labüddür. Bütün addımları ilk olaraq özünüz atın.

OĞLAQ - Əməkdaşlıq zəminində uğurlarınız mümkündür. Amma gərək hər bir işi qanun çərçivəsində həll edəsiniz. Axı siz məmur və ya iqtidar yetkilisi deyilsiniz. Bəxtinizdə pul da var.

SUTÖKƏN - Böyük uğurlar astanasında olduğunuzu nəzərə alan Göy qübbəsi sizə yardımçı olacaq. Bunun üçün gərək özünüz də əzmkar olasınız. Günün ikinci yarısında məntiqə uyğun risk etməyə dəyər.

BALIQLAR - Mənfi enerjili Ay bürcünüzdə qərar tutduğundan bəzi işləri təxirə salmalısınız. Hər hansı risk və ya qeyri-ənənəvi addım sizə zərər yetirə bilər. Tanrını başınız üstündə hiss edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.