26.07.2016 Gündəlik Bürclər (26 İyul 2016 Günlük Bürclər)

25 Temmuz 2016
2 823
0
26.07.2016 Gündəlik Bürclər (26 İyul 2016 Günlük Bürclər)
QOÇ - Qarşınızda duran bu təqvimi istirahətə, qonaqlıqlara həsr edin. Çünki bu amil ovqatınızı yüksəldə bilər. Bacardığınız qədər fəaliyyətə az yer ayırın. Qida rasionunuza xüsusi fikir verin.

BUĞA - Günün birinci yarısında diqqətli və tədbirli olmağınız vacibdir. Əks təqdirdə əsəbləriniz tarıma çəkiləcək. Sonrakı müddətdə isə qəlbinizə yaxın olanlar sizi sevindirəcək.

ƏKİZLƏR - Əlamətdar gün hesab etmək olar. Təxminən saat 12-dən başlayaraq proseslər xeyrinizə cərəyan edəcək. İstər fəaliyyət zəminində, istərsə də maddi məsələlərdə hər şey xeyrinizə olacaq.

XƏRÇƏNG - Təzadlı və riskli gündür. Lakin narahat olmağa dəyməz. Çünki Göy qübbəsi maraqlı sövdələşmələrdə iştirakınızdan xəbər verir. Amma nəzərə alın ki, səhər saat 08:31-dən mənfi enerjili Ay bürcünüzdədir.

ŞİR - Həmkarlarınızla aranızda gərginlik baş qaldırsa da, şəxsi münasibətlərdə, xüsusən də ailə-sevgi əlaqələrində vəziyyət xeyrinizə olacaq. Deməli, seçim məsələsində diqqətli olmalısınız.

QIZ - Həddindən ziyadə anlaşılmaz gündür. Ulduzların nəzarətindən çıxdığınızdan hər cür xoşagəlməzlik mümkündür. Ona görə də səhhətdən tutmuş fəaliyyətə qədər bütün sahələrdə qorunmalısınız.

TƏRƏZİ - Riskli gündür. Buna görə də gözünüzü yumub irəli getməməli, ən xırda detalları belə yüz yol ölçüb-biçməlisiniz. Səhhətinizlə bağlı problemləriniz də mümkündür.

ƏQRƏB - Müəyyən qədər gərginliklə rastlaşma ehtimalınız var. Ələlxüsus da iş yoldaşlarınızla qalmaqallarınız qaçılmazdır. Bacardığınız qədər hövsələli olun. Nüfuzlu adamlarla görüşləri təxirə salmayın.

OXATAN - Çalışın ki, ixtiyarınızda olan bu təqvimi daha çox hisslər üzərində qurasınız. Ailə-sevgi münasibətlərində, eləcə də işgüzar sövdələşmələrdə uğurlu gedişlər edə bilərsiniz.

OĞLAQ - Yaxşı olar ki, pulla bağlı bütün planlarınızı təxirə salasınız. Çünki ulduzların düzümü maliyyə uğursuzluğundan xəbər verir. Riskdən və günvurmadan da qorunmağınız məsləhətdir.

SUTÖKƏN - Ötən günlərdə rastlaşdığınız gərginlik və xoşagəlməz situasiyalar aradan qalxacaq. Odur ki, özünüzü bədhal göstərməyin. Qoy ətrafdakılar sizi nikbin görsün. Qonaq getmək də uğurludur.

BALIQLAR - Ulduzlar uğurlu məqamlar yaşayacağınızdan xəbər verir. Stress gətirən söhbət və mövzulardan uzaq olun. Saat 14-17 arası uğurlu əməkdaşlığınız və varlanacağınız mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.