20.08.2016 Gündəlik Bürclər (20 Avqust 2016 Günlük Bürclər)

19 Ağustos 2016
3 253
0
20.08.2016 Gündəlik Bürclər (20 Avqust 2016 Günlük Bürclər)
QOÇ - Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olmayacaq. Ailə-sevgi zəminində isə yeni mərhələyə qədəm qoyacaqsınız.

BUĞA - Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Pul məsələlərində ehtiyatlı olun.

ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvimdə aktivliyi artırmağınız vacibdir. Bunun öhdəsindən gəlsəniz, ulduzlar sizə yardımçı olacaq. Yaxın adamlarınızdan xəstələnən varsa, mütləq ona baş çəkin.

XƏRÇƏNG - Həddindən ziyadə uğurlu ərəfədir. Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Günün ikinci yarısı bu baxımdan daha münasibdir.

ŞİR - Əgər ixtiyarınızda olan bu təqvimdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik görüş və əyləncələr bəxş edəcək. Buna hazır olun.

QIZ - Saat 14-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracağınız ehtimal olunur. Axşama yaxın darıxdığınız insanlara baş çəkməyə çalışın.

TƏRƏZİ - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün əhəmiyyətli vaxtdır. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıq ucu gələn bütün yollara baş vurun.

ƏQRƏB - Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Hər hansı qanqaraçılığı və ya məyusluq ehtimalı yoxdur. Ailə zəminində isə hər şey ürəyinizcə olacaq.

OXATAN - Yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaqlar. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.

OĞLAQ - Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hər hansı məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.

SUTÖKƏN - Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Böyüklərin məsləhətini qulaqardına vurmayın.

BALIQLAR - Bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Hansısa ciddi və riskli işlərə qol qoymamalısınız. Bu günün işini sabaha saxlamayın. Qərarlarınızda qəti olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.