Bürclərə görə qadınların kişilərdən gözlədikləri

Bürclərə görə qadınların kişilərdən gözlədikləri
Qoç

Qoç qadın bir kişi tərəfindən qorunmağı gözləməz. O, həyatında öz yolu ilə gedən güclü bir qadındır. Bu yolda ona yoldaşlıq edəcək, özü kimi güclü bir yoldaş istəyər. Şəfqət və sevgi yerinə ehtiras və cinsi münasibəti seçər. Özü kimi aktiv, güclü və azad kişiləri sevər.

Buğa

Buğa qadını əvvəl eşq və sevgi istəyər. Sonra isə heç şübhəniz olmasın "pul” deyəcək. O, həyatın gözəlliklərindən ola bildiyincə faydalanmaq istəyən həyat dolu bir qadındır. Bunun üçün də tez və ya gec pulun lazımlı olacağını bilir. Çalışqandır, birlikdə olduğu kişinin də çalışqan olmasını istəyər. Onun üçün birlikdə qazanılan sərvət, birlikdə dadılacaq gözəlliklərdir. Təbiəti, heyvanları, uşaqları və bu zövqləri onunla paylaşacaq insanları da çox sevər.

Əkizlər


Bu hava qadınını davamlı eyni adamla eyni dam altında yaşayarkən görmək çətindir. Buna görə qısqanc bir kişi ilə əsla birlikdə ola bilməz. Onun kiçik eşqbazlıqlarına göz yumacaq biri ilə rahatlıq tapar. Bu, onun üçün bir oyundur. Bu oyunu onunla paylaşacaq kişilərə dərhal maraq duyar. Bununla yanaşı özü ilə uzun-uzun danışıb mübahisə edəcək ağıllı və mədəni kişilərə də "xeyr” deməz.

Xərçəng

Xərçəng qadın bir kişidən, əvvəl özünə, sonra da uşaqlarına ata olmasını gözləyər. Ailəsinə və evinə düşkündür. Bu mövzularda hörmət və anlayış gözləyər. Sevdiyi kişini evində görməkdən xoşlanar. Yaxşı bir aşpazdır. Problemlərini öz başına həll edə biləcək qədər güclü olmasına baxmayaraq, ona yol göstərmənizdən xoşlanar. Laqeydliyə qarşı dözümü yoxdur. Əks halda başqa limanlara sığına bilər.

Şir

Şir qadın kişidən əvvəl hörmət gözləyər. O bir kraliçadır. Tənqid olunmaqdan nifrət edər. İltifatlara isə huşunu itirər, xüsusilə başqalarının yanında olsa! Müvəffəqiyyəti sevər, müvəffəqiyyətli kişiləri də həmçinin… Utancaq və romantik kişilərdən xoşlanmaz. Onun sevgisindən əvvəl hörmətini qazanan, kişiyə aşiq olar.

Qız

Qız qadın üçün hər kişi əldə olunan biridir. Buna görə özünüzü dərhal ələ verməməniz lazımdır. Qarşısındakını əldə etməsi nə qədər uzun zaman alsa, o qədər uzun müddət birlikdə olar. Qız qadını ilə birgə olacaq kişilərin hər şeydən əvvəl ağıllı olmaları lazımdır.

Tərəzi


Tərəzi qadını uyğun bir birlik istəyər. Birlikdə olacağı kişinin xarakteri, ailəsi, təhsil səviyyəsi, boyu, kilosu özünə uyğun olmasını istəyər. Futbol oyununu seyr edərkən qışqırıb çağıran, danışarkən səsini yüksəldən kişilərə dözə bilməz. Özünə uyğun olduğunu düşündüyü kişi ilə dərhal evlənmək istəyə bilər. Çünki onun üçün uyğun birlik evlilik deməkdir. Sənətçi və ya sənətə maraq duyan kişiləri sevər.

Əqrəb


Əqrəb qadın ehtiraslıdır. Bir kişidən çox şey gözləməz. Səhvləri ilə, qüsurları ilə sevməyi bilər. Dözər, görməməzlikdən gələr. Amma xəyanəti heç bir zaman bağışlamaz. Əqrəb qadını ilə birgə olan kişi şanslıdır. Çünki başqa heç bir qadın onu bu qədər sevə bilməz.

Oxatan


Oxatan xarici kişiləri sevər. İdmançı kişilərdən də çox xoşlanar. Böhranlı, dərin problemli və qısqanc kişilərə səbr edə bilməz. Azadlığının məhdudlaşdırılmasından xoşlanmaz və məhdudlaşdırmaq istəyən adamla əlaqəsini kəsməkdən heç çəkinməz.

Oğlaq

Oğlaq qadın ilə birgə olmaq üçün səbr lazımdır. Sizə qarşı duyğularını dərhal bildirməz. Qarşısındakını tanıması və inanması üçün zamana ehtiyacı vardır. Həqiqidir, boş xəyallara bel bağlamaz. Qısa davamlı həyəcanlar arxasında qaçmaq yerinə, uzun davamlı möhkəm əlaqələri seçər. Məsuliyyət sahibi, mehriban, isti qanlı, yumor anlayışı olan kişilərdən xoşlanar. Birdən alınan qərarlardan, son anda edilən planlardan xoşlanmaz.

Dolça


Dolça qadın üçün romantizm ən son müraciət etməniz lazım olan silah olmalıdır. Romantik bir aşiqdən çox, macəra sevər bir yoldaşla birlikdə olmağı seçər. Onu əldə etməyin tək yolu yoldaşlığını qazanmaqdır. Sürprizlərə hazırlıqlı olmanız lazımdır. Çünki harada, nə vaxt, nə edəcəyini heç kim bilmir. Çox tez aşiq olar və çox tez bezə bilər. Bu qısa müddətdə dostluğunu qazana bilsəniz uzun müddət sizinlə birlikdə olar.

Balıqlar


Balıq qadın xülyalı baxışları, yaşlı gözlərinin arxasında hər növ çətinliyin öhdəsindən gələ biləcək güclü bir qadını saxlayar. Balıq qadını üçün kömək etmək, aşiq olmaq deməkdir. Etdiyiniz səhvləri bağışlayar, kaprizlərinizə dözər, amma ona kobudluq etsəniz üzünüzə gülməyə davam edərək yavaş-yavaş uzaqlaşar və siz necə olduğunu anlamadan həyatınızdan çəkilib gedər. Bu ayrılıq sonrası ağlayıb kədərlənəcəyini ümid etsəniz yanılarsınız, çünki yaddaşı çox güclü deyil.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.