05.10.2016 Gündəlik Bürclər (5 Oktyabr 2016 Günlük Bürclər)

04 Ekim 2016
3 466
0
05.10.2016 Gündəlik Bürclər (5 Oktyabr 2016 Günlük Bürclər)
QOÇ - Saat 11-dən başlayaraq şəxsi işlərinizdə əsaslı dönüşün baş qaldıracağını bildirən Göy qübbəsi ölçülü-biçili addımlar atmağınızı tələb edir. Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləməyə çalışın.

BUĞA – Xırda maliyyə probleminiz olsa da, çıxılmaz vəziyyətə düşməyəcəksiniz. Ünsiyyətdə olduğunuz insanların bədxahlığına neytral yanaşmayın. Çünki uğursuzluqlarınızın əksəriyyəti cəsarətsizliyinizdən irəli gəlir.

ƏKİZLƏR - Hamıdan enerjili və şanslı olmaq üçün düzgün qərarlar verməli, düzgün addımlar atmalısınız. Bu isə çox sahələrdə uğurlarınızı artıracaq. Hazırda üzərinizə düşən başlıca vəzifə münasibətlərə aydınlıq gətirməkdir.

XƏRÇƏNG - Gün ərzində ilk növbədə sağlıq durumunuza diqqət yetirin. Fəaliyyətdə uğurlar və şəxsi büdcədə artım barədə isə narahatçılıq olmayacaq. Bu arada əsasən işgüzar sövdələşmələrdə bəxtiniz gətirəcək.

ŞİR - Kifayət qədər maraqlı bir gün yaşayacaqsınız. Yeni insanlarla ünsiyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəyə nikbin baxmağınıza səbəb olacaq. Doğmalarınızla mümkün əlaqə saxlayın.

QIZ - Pulla bağlı problemləri nəzərə almasaq, hansısa çətinliyiniz olmayacaq. Astroloji göstəricilər sevgi ümmanına da baş vurmağınızı tövsiyə edir. Nəzərə alın ki, hazırda təkanverici qüvvəniz daha çox məhəbbətdir.

TƏRƏZİ - İxtiyarınızda olan bu füsunkar gün sizin üçün müəyyən mənada gərginliklə müşahidə olunacaq. Bu, daha çox fəaliyyət zəminində baş verə bilər. Odur ki, əsas vaxtınızı istirahətə həsr edin.

ƏQRƏB - Fəaliyyətdə bir qədər passivlik müşahidə olunsa da, qarşılıqlı münasibətlərdə və şəxsi büdcəni artırmaqda hər şey normallaşacaq. Saat 17-dən sonra yaxın dostlarınızla görüşməyə çalışın.

OXATAN - Əsas diqqəti səhhətinizə yönəldin. Ötən günlərdən yığılıb qalan ağrılarınız qabara bilər. Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın. Yalnız böyük ideyalarınız barədə düşünün.

OĞLAQ - Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Dedi-qodu və qeybət bütün planlarınızı poza bilər. Həyata ayıq gözlə baxın, özünüzə qarşı tələbkar olun.

SUTÖKƏN - Hər mənada düşərli gün demək olar. Çünki nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də aradan qalxacaq. Təcrübəli adamlarla məsləhətləşin.

BALIQLAR – Ağır fiziki işlərdən, riskli sövdələşmələrdən və uzaq səfərlərdən imtina edin. Özünüzü çoxbilmiş kimi göstərməyin. Qida və yuxu rejiminizə fikir verin. Aldığınız təkliflərə isə razılıq verməyə tələsməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.