Ana səhifə
loading...
loading...

Bürclər Haqqında Bilmədikləriniz.....

Bürclər / Aylıq Bürclər / Umumi Bürclər / burcler
05 Noyabr 2016
1 475
0
Bürclər Haqqında Bilmədikləriniz.....
Qoç: Xoş üzlü, xoş təbiətlidir. Ulduzu, Zöhrə ilə müqabildir. Əgər 3 yaşından keçsə, 90 yaşa qədər yaşayar. Sinəsində, ya qolunda xoşbəxtlik nişanəsi vardır. Cümə axşamı onun üçün mübarək gündür. O gün yeni paltarlar geyinsin. Əkinçilik etmək ona uyğundur. Ona həsəd aparanlar və qeybətini edənlər çoxdur. Taleyində bir qadın vardır ki, onun işini çətinləşdirər. Səxavətlidir. Ömrünü axırında işi yaxşı olar, dövlət sahibi olar. Lakin bir müddət sonra əlindən gedər. Əlindən çıxmaması üçün Allah yolunda sərf etməlidirlər. Taleyində mübarək bir qadın vardır. Allahdan nə istəsə onun olar

Buğa: Xoş üzlü, xoş xasiyyətlidir. Hamının yanında əziz olar. Çoxlu mal-dövlət qazanar. Hünərli insanlarla yoldaş olar. Ailəsinə qarşı məhəbbətlə dolanar. Ümumi xeyri olan işlər onun əli ilə icra olunar. Qardaşları onunla düşmənçilik edər. Lakin bunu sədəqə verməklə dəf etmək olar. Övladları çox olar. Soyuqdan və quruluqdan dərd gələr. Özünə qohum olan bir qadınla ailə həyatı qurar. 7, 17, 22 yaşlarında xətələri vardır. Onlardan keçsə 80 yaşına qədər ömür sürər. Evində olan dostundan fayda görər. Çoxlu düşməni vardır, lakin hər zaman qələbə qazanar. Cümə günü onun üçün müqəddəsdir. Həccə gedər. Xəstəliyi çox çəkməz. Hər aya şirni ilə başlasa onun üçün yaxşı olar.

Əkizlər : Təbiəti sərin və nəmlidir. Bu şəxs dünyaya xoşbəxt gələr. Sonra əziyyət çəkər. İncə işlər gələr əlindən. Sinəsində, üzündə və ya arxasında dövlət nişanəsi vardır. Həccə gedər. Əmirlər arasında əziz olar. Ticarət və əkindən çoxlu mal qazanar. İrs aparar. Taleyində 2 qadın vardır. Onlardan xeyr görər. 12 yaşında təhlükəsi vardır. 40 yaşında isə çoxlu mal-dövlət sahibi olar. Çoxlu düşməni olsa da, məğlub olmaz. Səfərdə təhlükəsi vardır. Çoxlu sədəqə verməlidir. Bazar günü və cümə axşamı onun üçün uğurlu gündür.

Xərçəng: Bu taleyin sahibi böyüklərdən və xeyirxahlardan olar. 40 yaşında hökümlü şəxslərdən dövlət qazanar. Valideynlərindən bəhrələnər. İşlərində Kama çatar. Xəstəlik çəkər. Sudan ehtiyatlı olmalıdır. Ehtiyatlı olmalıdır. Bir qadınla evlənər. 11, 27, 33 yaşlarında təhlükəsi vardır. Bundan keçsə 80 yaşa çatar. Bir nəfərdən həzər etməlidir və qüdrətli olmalıdır. Allahdan nicat istəməlidir.

Şir: bu taleh padşahlarla əlaqəlidir.təbiəti isti və qurudur. Açıq gözlü və saxavətli olar. Böyüklərdən çoxlu fayda görər. İzzət sahibi olar. Paxıllıqnı çəkən çoxdur. Əlinin altında olanlara fikir verməlidir. Zindanda olmaq təhlükəsi vardır. Valideynləri əlindən gedər. Övladlarından xeyr görsədə arvafından görməz. Xəstəliyi istilik və quruluqdur. 7, 19 yaşında təhlükəsi vardır. Bunu keçsə 72 yaşına çatar. Bazar günü onun üçün uğurludur

Qız: xoş üzlü, hörmətli olar. Ruzisi bol ürəyi rəhimli olar. Allahdan qorxar . Uşaq ikən çoxlu əziyyət çəkər. Halaldan ruzi tapar. Əkin ona uyğundur. Övladı çox olar və onlardan xeyir görər. Çpxlu xəstəlik çəkər. Ayaqında ağrılar olar. İsti və nəm şeylər ona xeyr verər. Çərşənbə günü bə bazar günü onun üçün uğurludur

Tərəzi: təbiəti isti və nəmdir. Xeyirxaq, xoş üzlü, xoş xasiyyətli, igid, camaat arasında sevimli olar. Ticarətdən mal dövlət ələ gətirər. Qənaət etməlidir. Qəzəblənərkən zülm etməz. Qarnında bə sinəsində dövlət nişanəsi olar. 8, 24, 37 yaşında təhlükəsi vardir sonra 63 yaşına çatar. Şənbə günü və cümə günü uğurlu günüdür

Əqrəb: talehində əkinçilik və qoyunçuluq vardır. Çoxlu düşməni var. Ürəyində kinn saxlamaz. Yaxşılıq edib pislik görər. İlk məhəbəti uğursuz olur. Mal dövlət ələ gətirsədə əlindən gedər. Qardaşlarından xeyr görməz. Bal onun dərmanıdır. 8, 24, 60 yaşında təhlükəsi vardır.

Oxatan: Xoş üzlü, çalıqan, dözümlü, şükür edən, dövlərli və xeyrxaq olar. Ticarət və əkin ona uyğun olar. Ömrü qısa övladı çox olar. Sevda xəstəliyinə tutular. Təbiəti quru olar. 2 təhlükəsi vardır. Sirrini heç kəsə deməməlidir.

Oğlaq: Natiq və fəzilət dahibi olar. Qardaşından və övladından xeyr görər. Xəstəliyi soyuqdan və quruluqdan olar. Qarın ağırısı çəkər. 2 qadınla irs aparar. Çoxlu düşməni var. 2 təhlükəsi var. Lakin sonra ömrü uzun olar.

Dolça: Xoş üzlü, igid olar. Valideyn və övladlarından xeyr görər. 4 təhlükəsi vardır. Düşməni çox olar. Ona zülm olunar. Vəfali olmalıdır. Allaha dua etməlidir. Həcc ziyarətinə gedmək ona qismət olar

Balıq: Dəniz səfəri vardır. O rəşadətli və əmanət saxlayan olar. Çox xəstəlik çəkər üç təhlükəsi vardır. Qarın ağrıları çəkər. Ürəyi təmiz və sədaqətli olar. Allaha yaxın olmalı dua etməlidir.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Загрузка...
Şərh Yaz