11.11.2016 Gündəlik Bürclər (11 Noyabr 2016 Günlük Bürclər)

10 Kasım 2016
3 224
0
11.11.2016 Gündəlik Bürclər (11 Noyabr 2016 Günlük Bürclər)
QOÇ – Başınızdakı yeni ideyaları reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Büdcənizi boş məsrəflərə xərcləməyin.

BUĞA - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin. Nahardan sonra isə yalnız istirahət və gəzintilərə meyl edin.

ƏKİZLƏR – Hərdəmxəyallığa mübtəla olmaqdansa, hazırkı tərəddüdlü durumdan sizi çıxara biləcək adamların yanında olun. Belə adamlar var. Elə isə hərəkətə keçin. Bu gün pul da gözlənilir.

XƏRÇƏNG - Bəxtinizə fəaliyyət və yeni əlaqələr üçün ən uğurlu məqamlar düşəcək. Odur ki, mövcud potensialınızdan maksimum bəhrələnin. Müqəddəs yerləri ziyarət etmək yaxşı olardı.

ŞİR - Məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşsəniz də, günün ümumi mənzərəsi istəyinizə uyğun tərzdə canlanacaq. Büdcənizdə artım da mümkündür, amma səhhətinizi qorumalısınız.

QIZ - Şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Qarşıda duran yarım ay ərzində görəcəyiniz işləri reallığa yaxınlaşdırmaq üçün müttəfiqlərinizlə əlaqələri dərinləşdirməlisiniz.

TƏRƏZİ – Düşünməyin ki, iştirakçısı olduğunuz proseslər neqativliyə gedir, əksinə yaxın vaxtlarda bunun bəhrəsini mütləq görəcəksiniz. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.

ƏQRƏB - Gələcək perspektivlərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Belə ki, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Əzmkarlığınızı artırın.

OXATAN - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Qazanmaq üçün çoxsaylı şanslarınız da mümkündür.

OĞLAQ - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra səfərə çıxmağa dəyər.

DOLÇA – Ağlınız kəsməyən şəxslərlə görüşlərdən yayının, aldana bilərsiniz. Ümumiyyətlə bu gün risklərə getməməli, yalnız sınaqlardan çıxmış dostlarınızla bir yerdə olmalısınız.

BALIQLAR
- Məxfi danışıqlar aparmaq, gizli planları tədricən həyata keçirmək üçün səmərəli vaxtdır. Amma gərək bütün bunlar xeyirxah müstəvidə cərəyan etsin. Sənədlərlə bağlı diqqətli olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.