16.11.2016 Gündəlik Bürclər (16 Noyabr 2016 Günlük Bürclər)

15 Kasım 2016
3 072
0
16.11.2016 Gündəlik Bürclər (16 Noyabr 2016 Günlük Bürclər)
QOÇ - Ümumi gərginlik hökm sürdüyündən qeyri-ənənəvi işlərdən yayınmalısınız. Çalışın ki, cılız adamlara görə enerjinizi itirməyəsiniz. Yalnız etibarlı şəxslərlə əlaqə yaradın.

BUĞA - Ürəyinizcə olan olaylarla qarşılaşacaqsınız. Bu kimi hadisələr gələcəyinizi təyin etməkdə sizə yardımçı olacaq. Ailə üzvlərinizin ən xırda probleminə də biganə qalmayın. Səfərə çıxmayın.

ƏKİZLƏR - İkitərəfli əməkdaşlıq üçün münasib vaxtdır. Lakin təşəbbüskarlığı əldən versəniz, uduza bilərsiniz. Çalışın ki, müzakirələrdəki müsahibləriniz sizin rəyinizlə hesablaşa bilsin.

XƏRÇƏNG - İş yerində bəzi xoşagəlməzliklə rastlaşacağınız güman olunur. Odur ki, narazı qaldığınız məsələləri münaqişə həddinə çatdırmamalısınız. Günortadan sonra işlərinizdə dönüş yaranacaq.

ŞİR - Risk etməkdən çəkinməyin. Onsuz da həyatda hər şeyə bu yolla nail olmusunuz. Nahar ərəfəsində mühüm şəxslərlə görüşləriniz gözlənilir. Unutmayın, indi zaman xeyrinizə işləyir.

QIZ - Daha çox sağlamlığınızın qayğısına qalın. Soyuq qidalar qəbul etməyin. Dünyadan getmişlərinizə dualar oxuyun ki, həyat tərziniz müsbətə doğru dəyişsin. Gecə başqa evdə qalmayın.

TƏRƏZİ - Maraqlı adamlarla rastlaşacağınızdan xəbər verən ulduzlar mövcud problemlərinizin həllinə yaxınlaşdığınızı da istisna etmir. İşdən sonra qonaq çağrılma ehtimalınız böyükdür.

ƏQRƏB - Təmkin nümayiş etdirməsəniz, axşama qədər mübahisəli situasiyalarla baş-başa qalacaqsınız. Baş verən hər bir hadisəyə reallığın gözü ilə baxın. Günün ikinci yarısında təzə xəbər eşidəcəksiniz.

OXATAN - Nüfuzunuza güvənməyin. Hər bir müsahibinizlə sadə dildə danışın ki, rəğbət qazanasınız. Üzərinizə düşən hər hansı vəzifəni başqalarının hesabına həll etməyə çalışmayın.

OĞLAQ - Ciddi işlərinizin həllini bu günlük təxirə salın. Onsuz da ulduzların düzümü bu istiqamətdə müvəffəqiyyətə yetişəcəyinizə təminat vermir. Axşamüstü yaxınlarınıza baş çəkin.

DOLÇA - O qədər də ürəkaçan gün deyil. Ümumi əhvalınızda gərginlik və hövsələsizlik nəzərə çarpacaq. Bu amili nəzərə alıb risk və mübahisələrdən uzaq olmalısınız. Tələsik qərar çıxarmayın.

BALIQLAR – Təxminən saat 17-yə qədər ovqatınızın xoş keçəcəyi ehtimal olunur. Hətta bir qədər aktiv olsanız, şəxsi büdcənizi də artıra bilərsiniz. Fəaliyyət istiqamətlərini genişləndirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.