18.11.2016 Gündəlik Bürclər (18 Noyabr 2016 Günlük Bürclər)

17 Kasım 2016
2 985
0
18.11.2016 Gündəlik Bürclər (18 Noyabr 2016 Günlük Bürclər)
QOÇ - Daxili tərəddüd və nigarançılığınızı duyan Göy qübbəsi saat 14-dən başlayaraq istər qarşılıqlı münasibətlərdə, istərsə də maddi durumunuzda əsaslı dönüş yaradacaq. O vaxta qədərsə səbli olun.

BUĞA – Praktiki işlərə aludə olmaqdansa nəzəri fəaliyyətə üstünlük verin. İdeal planlarınızın gerçəkləşməsində bunun rolu böyükdür. Ulduzlar maddi durumunuzun qənaətbəxş olacağını da istisna etmir.

ƏKİZLƏR – Mövcud durumunuzdan usanmaq yox, aktiv surətdə çıxış yolları aramalısınız. Əgər rahatlığınızın təminatı üçün başqa yol da tapa bilmirsinizsə, saat 16-ya qədər gözləmə mövqeyində durun.

XƏRÇƏNG - Böyük sınaqlar qarşısındasınız. Hər şey atacağınız addımlardan birbaşa asılı olacaq. Bu səbəbdən də bütün məsələləri dəfələrlə götür-qoy edib sonra qərar çıxarın. Hər adama da etibar etməyin.

ŞİR – Nahara qədər ciddi işlərinizin həllini təxirə salın. Sövdələşmə və müzakirələr üçünsə ümumiyyətlə, uğursuz ərəfədir. Bu gün yalnız ailə-məişət məsələləri ilə məşğul olmalısınız.

QIZ - Maliyyə zəminində çətinliyiniz mümkündür. Amma unutmayın ki, indi çoxları sizdən də pis yaşayır. Özünüzü kontrolda saxlayın, həmkarlarınıza qarşı təmkin göstərin. Səhhətinizə də fikir verməlisiniz.

TƏRƏZİ – Saat 11-13 aralığı daxilinizdə süstlük yaratsa da, sonrakı saatlarda ovqatınızda nəzərəçarpacaq dönüş yaranacaq. Deməli, narahatlığınız əridiyi üçün müəyyən işlər də görə biləcəksiniz.

ƏQRƏB - Ulduzların düzümü böyük irəliləyişlər astanasında olduğunuzu bəyan edir. Bu gün qarşıya qoyduğunuz vəzifələrin həllində kənardan dəstək alacağınız gözlənilir. Daxili səsinizə qulaq asın.

OXATAN – Bütün astroloji mənbələr ayın ən qalmaqallı gününü yaşayacağınızı göstərir. Ələlxüsus da saat 16-18 arası hər bir davranış və ünsiyyətinizdə təmkinli olmalısınız. Sıxıntınız olsa, müqəddəs bir məkana gedin.

OĞLAQ – Bürcünüz üçün kifayət qədər aktiv gündür. Bir neçə cinahdan xeyirli gedişlər edə bilərsiniz. Belə məqamlarda etibar etdiyiniz dostlarınızın dəstəyindən yararlanmaqdan da çəkinməyin. 

DOLÇA – Saat 9-10 aralığını nəzərə almasaq, qalan saatları normal tərzdə başa vuracaqsınız. Həyatınızda mühüm rolu olmayan, sizə qarşı soyuq münasibət bəsləməyən adamların şəxsi işlərinə müdaxilə etməsəniz, kimsə sizə qarşı qərəz nümayiş etdirməyəcək.

BALIQLAR – Mübahisəli bir gün yaşayacağınız gözlənilir. Ələlxüsus da iş yerində belə xoşagəlməzliklər daha çox qabara bilər. Əsəblərinizi cilovlamağa çalışın. Yalnız yaxşı şeylər barədə düşünün.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.