23.11.2016 Gündəlik Bürclər (23 Noyabr 2016 Günlük Bürclər)

22 Kasım 2016
3 773
0
23.11.2016 Gündəlik Bürclər (23 Noyabr 2016 Günlük Bürclər)
QOÇ - Qərarlarınızda qəti olsanız, gün ərzində heç bir maneə ilə rastlaşmayacaqsınız. Ulduzlar müdafiənizdə durduğundan daxili narahatçılığınız da əriyəcək. Ədalətli olun.

BUĞA - İxtiyarınızda olan bu təqvim qarşılıqlı anlaşma şəraitində cərəyan edəcək. Sizə qarşı yönələn şübhələri dəf etməyi bacaracaqsınız. Bu amil xüsusilə sevgi istiqamətinə yönəlməlidir.

ƏKİZLƏR - Görəcəyiniz işləri xırda detallarına qədər analiz etməyiniz məsləhətdir. Adi bir yanlışlıq planlarınızı poza bilər. Günün ikinci yarısında maliyyə problemlərinizi həll edə bilərsiniz.

XƏRÇƏNG - Fəaliyyət göstərdiyiniz sahələrdə həmkarlarınızla mübahisələriniz gözlənilir. Bu istiqamətdə ayıq-sayıqlıq göstərməyiniz vacibdir. Günün ikinci yarısı sövdələşmə üçün ideal vaxtdır.

ŞİR - Qarşılaşacağınız hadisələrin əksəriyyəti çıxaracağınız qərarlardan birbaşa asılı olacaq. Bu səbəbdən də atacağınız hər bir addımda zərgər dəqiqliyi nümayiş etdirməlisiniz. Səfərə çıxmayın.

QIZ – Hər şeyə diqqətlə yanaşın, apardığınız hər bir sövdələşmədə analitik qabiliyyətinizi və məntiqinizi işə salın. Yalnız bu halda uğur görünür. Axşama doğru sağlamlığınıza diqqət yetirin.

TƏRƏZİ - İşgüzar aktivliyinizin yüksələcəyi gözlənilir. Bu səbəbdən də qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdırmaqda çətinlik çəkməyəcəksiniz. Axşama yaxın sürprizlər labüddür.

ƏQRƏB - Yaxşı olar ki, qeyri-ənənəvi və ya riskli işlərə girişməyəsiniz. Əks təqdirdə cəhdləriniz baş tutmayacaq. Ümumiyyətlə, bu təqvimdə neytral mövqedə dayanmağınız məsləhətdir.

OXATAN - Sağlamlığınızla bağlı xırda narahatçılıq gözlənilir. Təzyiqinizin düşmə ehtimalı var. Maddi çətinliklərə görə bədbinləşməyin. Çünki əhalinin böyük əksəriyyəti sizdən də pis dolanır.

OĞLAQ - Səhər saatlarında bəzi anlaşılmazlıqlarla rastlaşdığınızdan süstləşə bilərsiniz. Lakin günün əsas hissəsində potensial imkanlarınız genişlənəcək. Bəxtinizdən şikayətlənməyin.

DOLÇA - Nəzərdə tutduğunuz hər bir fiziki işi təxminən saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə passivləşəcəyiniz mümkündür. Axşam qonaq getməyə dəyər.

BALIQLAR - Şəxsi planlarınızda bəzi redaktələrə ehtiyac duyulur. Bir çox məsələlərə yenidən baxmağınız məsləhətdir. Çalışın ki, indiki həlledici məqamda yanlışlığa yol verməyəsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.