25.11.2016 Gündəlik Bürclər (25 Noyabr 2016 Günlük Bürclər)

24 Kasım 2016
4 323
0
25.11.2016 Gündəlik Bürclər (25 Noyabr 2016 Günlük Bürclər)
QOÇ - Əsas gücünüzü fəaliyyətə yönəldin. Perspektivli pul sövdələşmələrini qətiyyən təxirə salmayın. Nahardan sonra isə istənilən işgüzar sövdələşmədə ehtiyatlı olmağa çalışın.

BUĞA - Günün ilk yarısını oturaq şəraitdə keçirməyiniz məsləhətdir. Onsuz da qeyri-adi hansısa uğurunuz gözlənilmir. Saat 14-dən sonra isə hər şey ürəyinizcə olacaq, özünüzə güvənin.

ƏKİZLƏR - İkitərəfli əməkdaşlığa, yeni layihələrin müzakirəyə çıxarılmasına çalışmaq üçün çox düşərlidir. Heç kimə şübhə ilə yanaşmayın. Aktiv olun və inanın ki, aldadılmayacaqsınız.

XƏRÇƏNG - İlk öncə qarşılıqlı münasibətlərdə mövcud olan gərginliyi aradan qaldırmağa çalışın. İstər ailə-sevgi, istərsə də həmkarlarla davranışları mülayimləşdirin. Uzaq yola çıxmayın.

ŞİR - Başınızı iş-güclə o qədər qatmısınız ki, insanlarla davranışlarınız, həmçinin ailə-sevgi münasibətləriniz arxa plana keçməyə başlayıb. Daha mənalı yaşamaq üçün bu qüsurları dəf edin.

QIZ - Əgər sağlıq durumunuz imkan verirsə, fəallığı artırmağa dəyər. Təcrübəli insanların məsləhətlərindən yararlanın. İdeyalar verməyi daha çox öz üzərinizə götürün.

TƏRƏZİ - Yaxşı olar ki, bu təqvimdə yalnız adi işlərlə məşğul olasınız. Çünki istənilən risk və yeniliyə cəhd uğursuzluqla nəticələnə bilər. Günorta saatlarında müəyyən qədər gəlir gözlənilir.

ƏQRƏB - Çoxdan bəri nəzərdə tutduğunuz ideyaları nəhayət ki, həyata keçirməyi bacaracaqsınız. Amma bu istiqamətdə təkbaşına hansısa addımı atmayın. Qəlbinizə yaxın adamlarla bir araya gəlin.

OXATAN - Orqanizminizdə baş qaldıran nasazlıq bəzi planlarınızın icrasına əngəl yarada bilər. Amma reallığı nəzərə alsanız, saat 15-18 aralığında uğurlara yetişə bilərsiniz.

OĞLAQ - Günün ilk yarısında mənəvi səhvlər törətməkdən çəkinsəniz, qalan müddətdə hər hansı problemlə üzləşməyəcəksiniz. Saat 15-17 aralığı çox uğurlu hadisələr gözlənilir.

DOLÇA - Humanist bürc olsanız da, Göy qübbəsi bu gün hisslərinizi idarə etməkdə zəif olacağınızı bəyan edir. Bu yerdə mütləq təmkin göstərməli, bədxahlara əhəmiyyət verməməlisiniz.

BALIQLAR - Havalar münasib olduğundan astroloji göstəricilər nəzərdə tutduğunuz təqdirdə uzaq yola çıxmağı tövsiyə edir. Amma gərək sağlıq durumunuzu da nəzarətdə saxlayasınız. Təmiz havada çox olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.