30.11.2016 Gündəlik Bürclər (30 Noyabr 2016 Günlük Bürclər)

29 Kasım 2016
4 278
0
30.11.2016 Gündəlik Bürclər (30 Noyabr 2016 Günlük Bürclər)
QOÇ - Hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Yalnız saat 16-17 aralığı uğurludur. Axşama yaxınsa qonaq getmək olar.

BUĞA - Səhər saatlarını gərgin şəraitdə keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.

ƏKİZLƏR - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Bununla yanaşı, göstərilən təqvimdə uzaq yola çıxmaq olmaz.

XƏRÇƏNG – Ayın ən uğurlu gününü yaşayacaqsınız – desək, yanılmarıq. Çünki bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək.

ŞİR - Ulduzlar pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.

QIZ - Ümumi çalarlarına görə gərgin gün olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.

TƏRƏZİ - Həddindən ziyadə uğurlu təqvimdir. Ələlxüsus da saat 12-16 arası bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq da səngiyəcək. Amma bugünkü təkliflərdən imtina etməlisiniz.

ƏQRƏB - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək məharət deyil.

OXATAN - Bürcünüzün uğurlu günlərindən birini yaşayacaqsınız. Düzdür, saat 12-ə qədər müəyyən gərginlik olsa da, sonrakı müddətdə ovqatınız çox yüksək olacaq. Müəyyən sürprizlər də gözlənilir.

OĞLAQ - Nədənsə son vaxtlar sağlıq durumunuzla bağlı problemlər baş qaldırmaqdadır. Bu səbəbdən də özünüzə fikir verməli, qida rejiminə riayət etməlisiniz. Soyuq və spirtli içkilərdən uzaq olun.

DOLÇA - Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.

BALIQLAR - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Pul məsələlərində isə ehtiyatlı olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.