06.12.2016 Gündəlik Bürclər (6 Dekabr 2016 Günlük Bürclər)

05 Aralık 2016
4 103
0
06.12.2016 Gündəlik Bürclər (6 Dekabr 2016 Günlük Bürclər)
QOÇ - Səhhətinizlə bağlı problem yoxdursa, uğurlu gün hesab etmək olar. Üzərinizə düşən vəzifələrin məsuliyyətini dərk etsəniz, planlarınızın əksəriyyəti reallaşacaq. Tanrını yaddan çıxarmayın.

BUĞA - Təxminən saat 13-dən etibarən ulduzlar qarşınızda bir neçə şans yaradacaq. Ələlxüsus da gələcək perspektivlər üçün bu fürsətin əhəmiyyəti böyük olacaq. O vaxta qədərsə gözüaçıq olun.

ƏKİZLƏR - Gün boyu mənfi yüklü Ay bürcünüzdə olsa da, nəzərdə tutduğunuz planlar müsbət həllinə yaxınlaşacaq. Dedi-qodudan uzaq olun. Məişət problemlərini deyil, mənəvi duyğularınızı qabardın.

XƏRÇƏNG - Bir qədər mistik təqvimdir. Amma əminik ki, siz belə bir gündə falçı və ya cadugər yanına yox, müqəddəs ziyarətgahlara, ibadət yerlərinə baş çəkəcəksiniz. Pulla bağlı ehtiyatlı olun.

ŞİR - Bir çox bürclər kimi siz də əsas vaxtınızı sevgiyə həsr edin. Çünki yeganə uğurunuz bu sahədə olacaq. Digər məsələlərdə isə qalmaqal gözlənilir. Vəzifəli adamlarla ehtiyatlı davranın.

QIZ – Kifayət qədər uğurlu gündür. Hətta havaların dəyişkənliyi də ovqatınıza mənfi təsir göstərməyəcək. Məhəbbət amilinə daha çox diqqət yetirin, işgüzar sövdələşmələri sürətləndirin.

TƏRƏZİ - Həddindən ziyadə səmərəli bir gün yaşayacaqsınız. Qonşu və qohumlarla təmkinli və ədalətli davranın. Sevindirici xəbərlər, uğurlu hadisələr ovqatınızı yüksəldəcək.

ƏQRƏB - Saat 15-ə qədər bütün vacib işlərinizi yekunlaşdırın. Çünki göstərilən müddətdə iştirakçısı olduğunuz proseslər xeyrinizə cərəyan edəcək. Sonrakı saatlarda neytrallıq nümayiş etdirin.

OXATAN - Fəaliyyətlə bağlı uğurlarınız birə-beş qat arta bilər. Bunun üçün həmkarlarınızla əlaqələri dərinləşdirməli, yeni iş təkliflərinə başdansovdu yanaşmamalısınız. Risk etməkdən qorxmayın.

OĞLAQ - Ulduzların düzümü daha çox qarşılıqlı münasibətlər zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu yönümdə sevgi amilini daha çox qabardın. Axşamsa ehtiyatlı olun.

DOLÇA – Yeni əlaqələr qurmaq, nəzərdə tutulan planların icrası üçün sövdələşmələrdə iştirak etmək baxımından çox səmərəli gündür. Səhhətinizlə bağlı problemləriniz isə tədricən qaydasına düşəcək.

BALIQLAR - Qarşınızda duran gündə Göy qübbəsi daha çox neytrallıq nümayiş etdirməyinizi tələb edir. Ciddi sövdələşmələri, riskli məsələləri (ələlxüsus pulla bağlı) təxirə salın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.