11.12.2016 Gündəlik Bürclər (11 Dekabr 2016 Günlük Bürclər)

10 Aralık 2016
3 855
0
11.12.2016 Gündəlik Bürclər (11 Dekabr 2016 Günlük Bürclər)
menu 



 Əsas səhifə
library_books Xəbərlər
 Qalareya
 Video
 Testlər
 Sorğu
Əla! Yaxşı! Bəyəndim! Məzəli! Güldüm Bəyənmədim! Dəhşət! Pis oldum
RazılıqHaqqımızdaƏlaqə
©2016 Mir.Az. Bütün hüquqlar qorunur. Saytdan hər hansı bir məlumat götürdükdə istinad etmək mütləqdir.
11 Dekabr Üçün Olan Bürclər
Mir.az gündəlik bürclər 11 Dekabr 2016 cı il üçün olan bürcləri təqdim edir.
Celal_Mir
Celal_Mir Rəhbər
20 dəqiqə öncə yaradıldı. — 2 dəqiqə öncə yeniləndi
XƏBƏRLƏR BÜRCLƏR

QOÇ - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən makismum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.

BUĞA - Ulduzların düzümü riskdən uzaq olmağı tövsiyə edir. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.

ƏKİZLƏR - O qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlərdə ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.

XƏRÇƏNG - Göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var.

ŞİR - İş yoldaşlırınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, Yaradan xatirinə təmkin göstərib neytrallığınızı qorumağa çalışın.

QIZ - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.

TƏRƏZİ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərə çıxmaq olar.

ƏQRƏB - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. İşlə bağlı məsuliyyətinizi dərk edin.

OXATAN - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər qalan işlərinizin normal olacağını bildirir. Pul məsələlərində isə ehtiyatlı olun.

OĞLAQ - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. Müştərək fəaliyyətdən uzaq olun.

DOLÇA - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsinə xərcləyəsiniz. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.

BALIQLAR - Himayədarınız olan Yupiterin aktivləşməsi sizlərdə dini-mistik dəyərlər aşılayacaq. Bu səbəbdən də Tanrıya zidd olan addımlar atmamalısınız. Yaxşı olar ki, müqəddəs ocaqlara gedəsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.