14.12.2016 Gündəlik Bürclər (14 Dekabr 2016 Günlük Bürclər)

13 Aralık 2016
4 431
0
14.12.2016 Gündəlik Bürclər (14 Dekabr 2016 Günlük Bürclər)
QOÇ - Təzadlı bir gün yaşayacaqsınız. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Bu səbəbdən bütün situasiyaları nəzarətdə saxlayın ki, daha çox mənfəətiniz olsun.

BUĞA - Əsas diqqətinizi sağlamlığınızla bağlı problemlərin həllinə yönəldin. Əks təqdirdə fəaliyyətinizdə passivlik müşahidə olunacaq. Nəzərə alın ki, mənfi yüklü Ay da sizin bürcdədir.

ƏKİZLƏR - İşgüzar sövdələşmələr istiqamətində böyük perspektivlər əldə edə bilərsiniz. Bu baxımdan Göy qübbəsi sizə yardımçı olacaq. Amma əmin olmadığınız məsələ barədə vəd verməyin.

XƏRÇƏNG - Yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür. Odur ki, özünüzə qarşı rəğbət oyatmağa çalışın. Fəaliyyət və sövdələşmələr üçünsə o qədər də uğurlu vaxt deyil.

ŞİR - Neçə gündən bəri mövcud olan böhranlı vəziyyətiniz saat 13-dən etibarən qaydasına düşəcək. Sadəcə, prosesləri real qiymətləndirməyi bacarmalısınız. Nahardan sonra varlana bilərsiniz.

QIZ - Müəyyən məziyyətlərinə görə, gərgin təqvim hesab etmək olar. Belə ki, işlə bağlı müəyyən çətinliklərlə üzləşəcəksiniz. Rəhbərliklə, həmkarlarınızla hər hansı mübahisələrə son qoyun.

TƏRƏZİ - Yeni təklifləri razılıqla qarşılamağınız şəxsi işlərinizdə nəzərəçarpacaq irəliləyişlərə səbəb ola bilər. İnsanlarla münasibətlərə yenidən baxın. Hövsələsiz olmayın.

ƏQRƏB - Ümumi çalarlarına görə, uğurlu gündür. Qarşıdakı bir həftə ərzində görəcəyiniz vacib işləri indidən planlaşdırın. Axşam aldığınız bütün dəvətləri isə təxirə salın. Qidanıza fikir verin.

OXATAN - Ulduzların düzümü işinizin çox olacağından xəbər verir. Qarşınızda duran vəzifələrə məsuliyyətlə yanaşın. Nüfuzlu adamlarla görüşləriniz gələcək uğurlarınıza qapı açacaq.

OĞLAQ - Saat 14-ə qədər iştirakçısı olduğunuz proseslərdən baş çıxara bilsəniz, sonrakı müddətdə bir neçə sürprizlə rastlaşacaqsınız. Ətrafınızdakılara nəyə qadir olduğunuzu göstərin.

DOLÇA - Şəxsi problemlərinizin həlli üçün müəyyən vacib şəxslərlə görüşməyiniz məsləhətdir. Yeni təklif və rəylərə isə ciddi reaksiya verməyin. Saat 14-18 arası büdcəniz arta bilər.

BALIQLAR - Astroloji göstəricilər müəyyən gərginlikdən xəbər verir. Ələlxüsus da cəhdlərinizin boşa çıxma ehtimalı yüksəkdir. Odur ki, başınızı adi işlərlə qarışdırmağa çalışın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.