20.12.2016 Gündəlik Bürclər (20 Dekabr 2016 Günlük Bürclər)

19 Aralık 2016
4 280
0
20.12.2016 Gündəlik Bürclər (20 Dekabr 2016 Günlük Bürclər)
QOÇ – Belə bir gündə evdə oturmağa lüzum yoxdur. Əksinə, aktivliyinizi artırmalısınız. Ulduzlar bəyan edir ki, bəxtinizdə dekabr ayının ən uğurlu təqvimlərindən biri durub.

BUĞA - Daxili tərəddüdlərinizi dəf etmək üçün mütləq ətrafınızda təcrübəli adamlar olmalıdır. Saat 15-ə qədər uğurlu məqamlar yaşasanız da, sonrakı ərəfədə mübahisələr mümkündür.

ƏKİZLƏR - Ümumi sıxıntılarınız olsa da bu, yalnız nahara qədər davam edəcək. Sonrakı müddətdə bəzi planları həyata keçirə biləcəksiniz. Axşama yaxın vacib şəxslərlə görüşəcəyiniz mümkündür.

XƏRÇƏNG - İlin sonuna qədər görəcəyiniz işləri indidən götür-qoy edin. Ulduzlar səfərə çıxmağınızı labüd saymır. Amma nahardan sonra xoş təsadüflə rastlaşacaqsınız. Kiminsə əleyhinə danışmayın.

ŞİR - Özünüzə daha çox etibar edin. Çünki ətrafınızda olanlar iştirakçısı olduğunuz situasiyaları sizin qədər təhlil edə bilmir. Ay bürcünüzdə olduğundan pul sövdələşmələrindən uzaq olun.

QIZ - Bu təravətli günü qeyri-işgüzar görüşlərə həsr etməyiniz məsləhətdir. Soyuq münasibətdə olduğunuz yaxınlarınızla davranışlarınızı mülayimləşdirməyə çalışın. Uzaq yola çıxmayın.

TƏRƏZİ - Bu təqvimi romantik bir günə çevirmək öz əlinizdədir. Çünki əyləncələrə və səfərə də gedə, əməli fəaliyyətlə də məşğul ola bilərsiniz. Qısası, bu gün hər şey özünüzdən asılı olacaq.

ƏQRƏB - Ailə-sevgi münasibətlərində qarşınıza problemlər çıxa bilər. Amma belə anlaşılmazlıqları dəf etmək üçün təmkin göstərməyiniz kifayətdir. Günün ikinci yarısını istirahətə həsr edin.

OXATAN - Maliyyə problemlərinə görə sıxıntı çəkməyin. Ən azı ona görə ki, bu gündən etibarən şəxsi büdcənizdə kifayət qədər artım olacaq. Özünüzə qapılmaqdansa, əzmkarlığınızı artırın.

OĞLAQ - O qədər də uğurlu vaxt deyil. Öhdəliklərinizin reallaşması istiqamətində yorulacağınız gözlənilir. Bir sözlə, bu təqvimdə yalnız aktiv fəaliyyətlə məşğul olmalısınız. Qidanıza fikir verin.

DOLÇA - Yüksək əhval-ruhiyyədən uzaq olmayın. İş haqqında nə qədər düşünmək olar? Ruhdan düşməyə də lüzum yoxdur. Çünki qarşıda sizi uğurlu məqamlar gözləyir. Uzaq səfərə çıxmayın.

BALIQLAR - Ulduzların düzümü bu təqvimin sizə düşəcəyindən, o cümlədən perspektivli görüşlərdə iştirakınızdan xəbər verir. Bu səbəbdən də boş dayanmağa dəyməz. Axşama yaxın sürprizlə qarşılaşacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.