28.12.2016 Gündəlik Bürclər (28 Dekabr 2016 Günlük Bürclər)

27 Aralık 2016
3 960
0
28.12.2016 Gündəlik Bürclər (28 Dekabr 2016 Günlük Bürclər)
QOÇ - Nahara qədər əksər istiqamətlərdə düşərli bir gün yaşayacaqsınız. Sonrakı müddətdə isə bir qədər neytral mövqe nümayiş etdirməlisiniz. Daxili şübhələrinizə son qoyun.

BUĞA - Bu gün işgüzar sövdələşmələrdə iştirak etmək olduqca əhəmiyyətlidir. Bu baxımdan tövsiyələrimizdən maksimum istifadə etməyə çalışın. Axşama doğru qonaq getmək də əlverişlidir.

ƏKİZLƏR - İlahi qanunlara əməl etmisinizsə, ulduzlar sizə yardımçı olacaq. Nahar ərəfəsində və sonrakı saatlarda bir neçə sürprizlə rastlaşma ehtimalınız böyükdür. Buna hazır olun.

XƏRÇƏNG - Hansısa məclisə dəvət alacağınız gözlənilir. Bu, daxili təlatümlərinizin sakitləşməsinə səbəb ola bilər. Hər halda, ovqatınız xeyli yüksələcək. Sütunu möhkəm olan planlarınızı bir daha götür-qoy edin.

ŞİR - Bəxtinizdə çox uğurlu bir gün durur. Əzmkarlığınızı artırmaqla bu proqnozu reallığa yaxınlaşdırın. Şəxsi işlərinizdə böyük dönüş start götürə bilər. Perspektivli təkliflər də mümkündür.

QIZ - İstirahət günü olmasa da, bütün diqqətinizi dincəlməyə yönəldin. Onsuz da fəaliyyətlə bağlı bütün cəhdləriniz boşa çıxa bilər. Amma uzaq səfərə çıxmağa ehtiyac yoxdur.

TƏRƏZİ - Yaxşı olar ki, bu təqvimin ilk yarısını oturaq şəraitdə keçirəsiniz. Hər hansı fiziki iş və səfər sizə zərər yetirə bilər. Sonrakı müddətdə isə özünüzə istirahət guşəsi arayın.

ƏQRƏB - Maraqlı hadisələr yolunuzu gözləyir. Ətrafınızda baş verən hər bir proses daha çox xeyirli nəticə verəcək. Əgər təşəbbüskarlıq öz əlinizdə olmasa, bütün təkliflərdən imtina edin.

OXATAN - Yeni əlaqələr yaratmaq istəyirsinizsə, aktivliyinizi artırın. Çünki bu gün arxasınca getdiyiniz işlərin əksəriyyəti reallaşmalıdır. Heç nəyə, ələlxüsus da insanlara ümidsiz yanaşmayın.

OĞLAQ - Müəyyən təsirlərə məruz qalsanız da, təmkininizi pozmayın. Əgər rəqibinizi yerində oturtmağa əmin deyilsinizsə, risk etməyə dəyməz. Yaxşı olar ki, hər şeyi zamanın ixtiyarına buraxasınız.

DOLÇA - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda xoş nüanslar nəzərə çarpacaq. Hətta sevindirici xəbər və ya təklif də ala bilərsiniz. Sonrakı müddətdə isə neytrallığınızı təmin etməlisiniz.

BALIQLAR - İşgüzar sövdələşmələrdə iştirak üçün ideal təqvimdir. Nüfuzlu insanlarla təmasda olmağınız sizi şöhrətə yaxınlaşdıra bilər. Diplomatik bacarığınızı maksimal səviyyəyə çatdırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.