29.12.2016 Gündəlik Bürclər (29 Dekabr 2016 Günlük Bürclər)

28 Aralık 2016
4 177
0
29.12.2016 Gündəlik Bürclər (29 Dekabr 2016 Günlük Bürclər)
QOÇ - Yəqin bilməmiş deyilsiniz ki, həftənin bu günü qazanmaq üçün sizə o qədər də düşərli deyil. Odur ki, bu istiqamətdə əziyyətə qatlaşmağa dəyməz. Əsas enerjinizi fəaliyyətə yönəldin.

BUĞA - Günün birinci yarısını süst şəkildə başa vursanız da, sonrakı müddətdə ovqatınıza müsbət təsir edə biləcək olaylarla qarşılaşacaqsınız. Aldığınız təkliflərə həssas yanaşın.

ƏKİZLƏR - Astroloji bilgilərə əsaslansaq, bu təqvim sizin üçün müəyyən gərginliklərlə müşahidə olunacaq. Daha çox ailə üzvlərinizlə münasibətləri tənzimləməyə çalışın. Uzaq yola çıxmayın.

XƏRÇƏNG - Çox güman ki, bu gün boş vaxtınız çox olacaq. Belə olan təqdirdə isə mədəni istirahətə yol vermək lazım gəlir. Bu səbəbdən də ürəyinizcə olan ünvanlarda qonaq sifətilə iştirak etməlisiniz.

ŞİR - Əgər kənar təsirlərə uymasanız, heç bir qanqaraçılıqla üzləşməyəcəksiniz. Çalışın ki, öz ideya və fikirlərinizdə qətiyyətli olasınız. Mənasız səbəbdən özünüzü gərginliyə salmayın.

QIZ - Son vaxtlar yamanca qərarsız olmusunuz. Bir az təmkinli olun. Hadisələri qabaqlamağa çalışmayın. Yalnız gündəlik qayğılarınızla məşğul olun. Başqalarının işinə müdaxilə etməyin.

TƏRƏZİ - Risk etməyə dəyər. Ulduzlar tərəfinizdə durduğundan qəlbinizdə cövlan edən ideyaları qabartmalı və həllini sürətləndirməlisiniz. Heç nədən çəkinməyin. Qabiliyyətinizdən bəhrələnin.

ƏQRƏB - İlin-günün bu vaxtında Ay da bürcünüzdə qərar tutmağa vaxt tapdı. Neyləmək olar, kosmosla kosmosluq etmək olmaz ki?! Heç olmasa ciddi işlərinizi bu günlük təxirə salmağa çalışın.

OXATAN - Sağlamlığınıza xüsusi diqqət yetirməklə gözlənilən təhlükəni aradan qaldıra bilərsiniz. Sonrakı saatları isə bütünlüklə sevgiyə həsr edin. Pulla bağlı sövdələşmələri təxirə salın.

OĞLAQ - Günün ümumi mənzərəsini qənaətbəxş hesab etmək olar. Hətta ətrafınızda olanlardan bəziləri çöhrənizə təbəssüm də qata bilər. Ötən dövrlərdə buraxdığınız səhvlərdən nəticə çıxarın.

DOLÇA - Olduqca aktiv gündür. Ürəyinizcə olan çoxsaylı hadisələrlə rastlaşmaq ehtimalınız var. Sevindirici xəbərlər, ümidli gələcək haqqında düşüncələr yolunuzu gözləyir.

BALIQLAR - İşlərinizin çox olması sizi bərk yoracaq. Amma bunun xeyirli nəticə verəcəyini düşünüb əzmkarlığınızı artırmalısınız. Axşama yaxın maraqlı bir hadisə ilə rastlaşacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.