Hansı Bürclər Xoruz İlində Evləcək və ya Boşanacaq?

08 Şubat 2017
5 572
0
Hansı Bürclər Xoruz İlində Evləcək və ya Boşanacaq?
Bir-birinə zidd olan bürclər:

Buğa-Qoç: Dikbaş Qoçlar və inadcıl Buğaların birlikdəliliyi 2017-də də ürəkaçan olmayacaq. Onlar arasında baş verən hər hansı söhbət qısa müddətdə münaqişəyə çevrilə bilər.

Xərçəng-Dolça: Dolçalar pul xərcləməyi sevirlər. Yeni bir həyata başlamaq, ümumiyyətlə yeniliklər Dolçalar üçün heç də problem deyil. Sərbəst ruhlu olmaları onları Xərçənglərlə problem yaşamasına səbəb olur. Bu iki bürcün münasibəti 2017-ci ildə də düzəlməyəcək.

Tərəzi-Balıq: Bu qərarsız iki bürcün hər hansı bir şeyə qərar verməsi bir ömür çəkə bilər. Onların gah geri, gah da irəli addım atmaları münasibətlərinə xələl gətirə bilər. Bu səbəblə, aralarında münaqişələrin olması qaçınılmazdır.

Oxatan-Oğlaq: Oxatanlar Oğlaqların onları əyləncədən uzaqlaşdırdıqlarını düşünürlər. Ciddi və məsuliyyət sahibi Oğlaqlarla məsuliyyətsiz Oxatanların birliyi valideyn-övlad münasibətinə çevirlə bilər.

Əqrəb-Qoç: Sərbəst ruhlu iki bürcün birlikdə olması əslində ilk vaxtlarda yaxşı alına bilər. Amma sözlərinin üst-üstə düşməməsi münasibətlərində tədricən problemlərin yaranmasına səbəb olacaq. Qısqanc Əqrəblər münasibətində güvən probleminin yaranmasına səbəb olacaq. Bu səbəblə, cütlük arasında münasibət çox da çəkməyəcək.

Balıq-Qız: Balıq bürcü insanı duyğusal xarakterə malikdir. Onların əksinə, Qız bürcü insanı daha realist və məntiqlidir. Hər işini planlı əkildə icra edən Qız bürcünün əksinə Balıqlar o qədər də məsuliyyətli deyillər. Bu səbəblə, onlar arasında münasibət o qədər də uğurlu alınmır.

Oğlaq-Tərəzi: Oğlaqlar məsafəni sevir. Onlardan fərqli olaraq, Tərəzilər məsafəni xoşlamır. Bu səbəblə Tərəzilərlə Oğlaqlar arasında münasibətlər heç də ürəkaçan olmayacaq. Eyni zamanda, Oğlaqlar Tərəzilərin yaxşı niyyətlərindən faydalana bilərlər. 2017-ci ildə Tərəzilər diqqətli olsalar yaxşıdır.

Bir-birilə uyğunluq təşkil edən bürclər:

Qoç-Əkizlər: Bu iki bürcün birlikdəliliyində enerjisi və həyəcanı yüksək olur. Əkizlər sosial həyatla özəl həyatı tarazlaşdıra bilərsə, qoçla olan münasibəti evliliklə nəticələnə bilər. Hər iki bürc də sərbəst ruhlu olduğu üçün onlar olduqca raha bir həyat yaşayarlar.

Tərəzi-Qız: Bu iki bürc arasında duyğusal münasibətdən daha çox məntiqi bir birlikdəlik var. İdeal bir cütılükdür. Zamanla münasibətləri sevgi ilə böyüyüb evlilik ilə nəticələnə bilər.

Balıq-Buğa: Bu iki bürc yaxşı yola gedə bildikləri üçün onların münasibətində problem nadir hallarda yarana bilər. Amma hər iki bürcün sərbəstliyə meyilli olması onların bir-birlərinə bağlanmasında problem yarada bilər. Bu da münasibətin uzun müddət davam etməsinə əngəl törədəcək.

Xərçəng-Buğa: Bu cütlük bir-birilə uyumludur. Hətta onları “ruh əkizləri” belə adlandırmaq olar. Münaibətləri çox vaxt evliliklə nəticələnir.

Əkizlər-Tərəzi: Romantik cütlükdür. Maddi baxımdan hərdən fikir ayrılıqları yaşaya bilərlər. Bu münasibət səviyyəli və problemsiz bir evliliyə çevrilə bilər.

Oğlaq-Buğa: Hər iki bürc çalışqan olduğu üçün onlar şəxsi həytadan daha çox iş həyatına üstünlük verirlər. Bu da onların münasibətində zamanla probelmlərin yaranmasına səbəb olur. Bütün bunlardan savayı, onlar bir-birini başa düşən iki dost kimidirlər.

Oxatan-Qoç: Hər ikisi də od ünsürlü bürclər olduğu üçün onlar arasında anlaşılmazlıq yaşanmaz. Onlar anın dadını çıxaran, eşqlə yaşayan bürclərdir. Ona görə də, münasibətləri uzunömürlüdür.

Xərçəng-Tərəzi: Duyğusal olaraq həssas xarakterə sahib olan bu bürclər bir-birlərini yaxşı anlayırlar. Evliliyin məsuliyyəti onları qorxuda bilər. Amma səbirli olarlarsa, uzun bir münasibət onları gözləyir.

qadinlar.biz
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.