27.02.2017 Gündəlik Bürclər (27 Fevral 2017 Günlük Bürclər)

26 Şubat 2017
4 832
0
27.02.2017 Gündəlik Bürclər (27 Fevral 2017 Günlük Bürclər)
Qoç - səy göstərməsəniz və çalışmasanız, rutin, adi bir gün yaşayacaşqsınız. Təxəyyül və fantaziyanızı işə salın. Dərhal həyata keçirilməsi layiq ideya yarana bilər. İntuisiyanız çox kəskindir. Peşəkarlığınıza kimsənin şübhəsi yoxdur. Nüfuzlu və təcrübəli adamlar sizə məsləhət üçün müraciət edəcəklər. Sizi xoş sürprizlər gözləyir. Aşiq Qoçlar, xüsusilə ilk dəfə görüşə gedənlər xeyli sevinəcəklər.

Buğa - ev işləri və məişət qayğılarının həlli üçün əlverişli gündür. on günlər baş verən hadisələri ciddi götür-qoy edin, gələcəklə bağlı planlar hazırlayın.Bilmədən xətrinə dəydiyiniz adam sizə uğur əldə etməkdə mane olmağa çalışacaq. Bədxahınızın fitnələrinin üstünün açılması vaxt alacaq. Halbuki, siz həmin vaxtdan daha səmərəli istifadə edə bilərdiniz.

Əkizlər - İşgüzar ünsiyyətdə problemlər mümkündür. Sizin hətta ən uğurlu ideyalarınız da qeyri-adilikləri üzündən soyuq qarşılana bilər. Lakin bir qədər sonra hamı başa düşəcək ki, sizin fikrinizə qulaq asmağa dəyərmiş. Günün ikinci yarısında xoşagəlməz insanlarla bir arada olmaq məcburiyyətində qalacaqsınız. Başqalarının tapşırıqlarını yerinə yetirmək çox vaxt ala bilər. Qıcıqlanmayın, soyuqqanlı davranın.

Xərçəng - ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. İndiyədək bir-birinizi yaxşı anladığınız insanla belə, mübahisə yaranır. Ən yaxşısı, hadisələri öz axarında buraxmaq, heç nəyi tələsdirməməkdir. İşin gedişində sizin iradənizdən kənar şəraitdən öz xeyrinizə istifadə etməyin yolları barədə qərar verin. Münaqişə etməyin, diskussiyalara rəvac verməyin. Ən kiçik məsələyə görə sizdən inciyəcəklər. Xərcləri azaldın.

Şir - gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Çətinliklər və problemlər qarşısında əsla geri çəkilməyin. İnad və əzmlə irəliləyin.
Çalışdığınız hər yerdə özünüzü rahat hiss edin. Yeni ideyalarınızı diqqətlə düşünün. Bəlkə, nədəsə yanılırsınız və ya lazımsız işlə məşğul ola bilərsiniz. Ünsiyyətdə ikili standart siyasətini və ya partnyorunuz tərəfindən açıq şəkildə aldadıldığınızı hiss edə bilərsiniz. Lakin nəticə çıxarmağa tələsməyin. Diqqətinizi ən vacib məsələlərə cəmləşdirin.

Qız - Oyun qaydaları sizi qane etmirsə, onları dəyişdirin. Gəlir gətirməyən işlərdən imtina edin. Baş verənləri müşahidə edin, nəticə çıxarmağa tələsməyin. Öz planlarınızı irəli sürmək səyləri digər maraqlı şəxslərin məhdudiyyətləri və müqaviməti ilə qarşılaşa bilər. Sakit, zirək davranın və daha münasib vaxtı tapmağa çalışın. Axşam saatlarında dincəlin.

Tərəzi - Gün sizə xoş xəbərlər, eləcə də bir neçə vacib məsələnin həllinə imkan verən informasiya gətirəcək. Unutmayın ki, vaxtınızı hədər yerə itirmək olmaz: nə qədər zirək tərpənsəniz, nəticə o qədər yaxşı olacaq. Bu gün məişət əşyaları, xüsusilə də mürəkkəb avadanlıq və ya texnika almaq məsləhət deyil. Onlar tezliklə sıradan çıxa bilərlər.

Əqrəb -narahat, qarışıq, mürəkkəb gündür. Həll tələb edən məsələlər və problemlər sürəkli artığından çoxdan bəri hazırladığınız planı reallaşdıra bilməyəcəksiniz. Ən çətin anda yardım alacaqsınız. Ümid, vəd verməyin. Bu vədi yerinə yetirmək asan deyil. Özünüzü qoruyun. Yeməyinizə fikir verin.

Oxatan - Cəsarətli işgüzar layihələr, peşəkar fəaliyyətdə dəyişiklik üçün münasib gün deyil. Çalışın, hərəkətlərinizə əlavə diqqət cəlb etməyəsiniz - layiq olsanız belə, təqdir edilməyəcəksiniz. Başqalarının məsləhətlərinə yox, sağlam məntiqə qulaq asın. Maliyyə və əmlak probleminin həlli, gəlir və uğurlu sövdələşmə, yaxşı sifariş qəbulu istisna deyil.

Oğlaq - Sizi maraqlı gün gözləyir. İş adamları üçün gün kommersiya uğurları ilə əlamətdar olacaq. Duyma qabiliyyəti nəticəsində uğurlu sövdələşmələrə gedə, çoxlu gəlir əldə edə bilərsiniz. Günün ikinci yarısında bəzi işləri təxirə salaraq vacib məsələnin çözülməsi ilə məşğul olmaq gərəkdir. Tənbəllik etməyin.

Dolça - Pullarla ehtiyatlı olun. Yersiz xərclər və itki ehtimalı var. Qalan məsələlərdə gün babatdır. Müttəfiqlərlə dil tapa, yaxın keçmişdəki düşmənlərinizlə "atəşkəs" razılığı əldə edə biləcəksiniz.Maraqlarınızı qorumaq, sakit davranmaq, sizə hücum çəkən insanla normal rəftar etmək çətindir. Səfər və ya səyahət zamanı həlli çox ağır problem yarana bilər. Səhhətinizə fikir verin.

Balıqlar - Gününüzü pis adlandırmaq olmaz. Bütün planlarınızı həyata keçirə biləcəksiniz. Həvəsiniz aşıb-daşır, başqalarının öhdəsindən gələ bilmədikləri işləri çox çevikliklə görürsünüz. İşgüzar və şəxsi münasibətlər üçün, vacib məsələlərin müzakirə olunması üçün ideal gündür. Axşam saatlarında gəzintiyə vaxt tapın. Bu, başağrı və yuxusuzluqdan qurtulmaq üçün yaxşı vasitədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.