20.03.2017 Gündəlik Bürclər (20 Mart 2017 Günlük Bürclər)

19 Mart 2017
5 693
0
20.03.2017 Gündəlik Bürclər (20 Mart 2017 Günlük Bürclər)
Qoç - Pula həmişə ehtiyac duysanız da, bu ikiqat bayram günündə gəlir haqda düşünməsəniz, yaxşıdır. Əslində sizin maddi yardımınıza daha çox ehtiyac duyanlar var, nəinki əksinə. Fikirləşin görün, İlahidən gələn missiyanız hazırkı fəaliyyətinizlə üst-üstə düşürmü?

Buğa - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki günün elə ilk saatlarından bu istiqamətdə uğurlarınız bol olacaq. Göy qübbəsi bayramı məhəbbət mühitində qarşılamağınızı təvəqqe edir. Çalışın ki, sizi sevən hər kəs yanınızda olsun.

Əkizlər - Maliyyə durumunuzun düzəlməsinə az qaldığı üçün usanmamalısınız. Kənar təsirlərə isə qətiyyən aludə olmayın. Gözləmədiyiniz halda sizə dəstək verilə bilər. Bunun üçün aktivliyinizi birə-beş artırmalı, daxili süstlüyə qapılmamalısınız. Günün ikinci yarısında mərhumlarınızı yad edin.

Xərçəng - Günün ümumi ovqatı sizə gərgin kimi görünə bilər. Amma narahat olmayın. Çünki rastlaşdığınız situasiyalar bədbinləşməyinizə rəvac verməyəcək. Astroloji göstəricilər nahar ərəfəsində büdcənizi artırmaq imkanı qazanacağınızdan xəbər verir. Bayramı ailə və dostlarla birlikdə keçirin.

Şir - Hazırkı enerjinizi mövcud reallıqdan çıxış yolu tapmağa həsr edin. Qəlbiqara adamlarla ünsiyyəti azaltmağa çalışın. Daha çox öz qərarınızla hərəkət edin. Boş yerə pul xərcləməyin. Hətta boşluğunuz varsa, məhəbbət dəryasına da düşə bilərsiniz.

Qız - İlin-günün bu vaxtında mübahisəyə girişmək heç də insafdan deyil - bütün variantlarda. Əgər kimsə borcunu vermirsə, əsəbləşməyin. Nəzərə alın ki, borcu qaytaran elə bu vaxta qədər qaytarardı. İlk növbədə səhhətinizə qayğı göstərin. Çünki yalnız sağlam bədəndə sağlam ruh olur. Ruh da ki sağlam olmadı, onda kosmik fərd kimi cılızlaşırsan.

Tərəzi - Mart ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. İkitərəfli əməkdaşlıqda, maliyyə məsələlərində hər şey ürəyinizcə olacaq. Amma sevdiyinizə qarşı mülayimlik göstərməlisiniz. Gərək bu şıltaq iqlimdə səhhətinizi də qoruyasınız.

Əqrəb - İlahinin verdiyi hər günə şükür edin, bədgüman olmayın. Ən azı ona görə ki, ixtiyarınızda olan təqvimdə sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.

Oxatan - Heç olmasa bu gün gileylənməyin. Ən azı ona görə ki, bu, heç nəyi dəyişməyəcək. Əksinə, bununla həm özünüzün, həm də ətrafınızdakıların ovqatına mənfi təsir göstərə bilərsiniz. Əgər tövsiyələrimizə əməl etsəniz, təxminən saat 15-dən sonra sürprizlərlə rastlaşacaqsınız.

Oğlaq - Yeni əlaqələr yaratmaq, görüşlər təşkil etmək və gələcək planları yenidən götür-qoy etmək üçün şanslarınız artacaq. Nahar ərəfəsində isə xoş təsadüflərlə rastlaşa bilərsiniz. İlin bu günündə çoxlu sayda qonaqlıq və ya məclisdə iştirak edəcəksiniz.

Dolça - Saat 15-ə qədərki müddəti səbrlə başa vursanız, qalan saatlardan xoşagəlməzlik gözləməyin. Çünki ulduzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə, əzmkarlığınızı artırmağınız kifayətdir.

Baliqlar - Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, işlək saatlarda çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Yaxşı olar ki, ciddi məqamlarda qərarları yalnız özünüz verəsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.