BÜRCLƏR: Buğa bürcünün ümumi xüsusiyyətləri

23 Mart 2017
5 074
0
BÜRCLƏR: Buğa bürcünün ümumi xüsusiyyətləri
Buğa bürcünün ümumi xüsusiyyətləri

Müsbət Xüsusiyyətləri: Praktik, etibarlı. Qərarlı. Sənətə və gözəlliyə düşkün. Güclü istəkləri var. İstiqanlı. Duyğulara əhəmiyyət verir.

Mənfi Xüsusiyyətləri: Tənbəl. Özünə düşkün. Statik. Darıxdırıcı. Kifayət qədər çevik deyil. İnadçı. Küsəyən.

Buğa bürcü Qadını- Ümumi Xüsusiyyətləri

Buğa bürcü qadını səssiz, sakit və məğrur duruşuyla diqqət çəkər. Realist və avtoritar bir rəftarı vardır. Getdiyi mühitlərdə hal və hərəkətləri ilə diqqət çəkər. Ehtiraslıdır və arzuladığı bir şeyə çatmaq üçün əlindən gələni edər. Vərdişlərinə bağlıdır və sədaqətsizlikdən xoşu gəlmir.

Buğa bürcü qadını olduqca həssas və kövrəkdir. Birinə dəyər verdiyi zaman onun üçün əlindən gələni edər. Qıraqdan soyuq görünsə də, ürəyi yumşaqdır. Çalışqandır və bir işə başladığı zaman işin sonuna qədər gedər.

Buğa bürcü qadını maddi rahatlığa çox əhəmiyyət verir. Lakin girişdiyi işlərdə özünü çox riskə atmağı sevməz. Mərhəmətlidir və yardımsevərdir. Sevgi və hörmət onun üçün çox əhəmiyyətlidir. Boş zamanlarında yemək hazırlamağı, musiqi dinləməyi və əl sənətiylə məşğul olmağı sevər.

Buğa bürcü qadını evinə bağlıdır. Hədiyyə almağı çox sevər.

Buğa bürcü Kişisi- Ümumi Xüsusiyyətləri

Buğa bürcü kişisi inadçı, çalışqan, hərəkətli və sakit quruluşuyla diqqət çəkir. Bu sakit görünüşünün altında olduqca hərəkətli bir insan var. Əsəbləşdiyi zaman olduqca inadkar olur.

Buğa bürcü kişisi evinə bağlıdır və uyğun bir yoldaşdır. Eyni zamanda uşaqlarıyla arasında isti bir münasibət var və yaxşı atadır. Bir o qədər də sərt və prinsipialdır. İşinə çox bağlıdır. Başladığı bir işi sonuna qədər davam etdirər.

Fiziki mənada sağlam bir görünüşü var, ancaq boyun bölgəsi ən zəif bölgəsidir. Sağlamlığına diqqət etməsi vacibdir, çünki göründüyündən çox daha həssasdır.

Buğa bürcü kişisi qarşı cins tərəfindən hər zaman bəyənilir. Əlaqələrində sadiqdir və hər mənada fədakardır. Dəbdəbə və rahatlıqdan həzz alır. Comərddir, lakin bədxərc deyil. Ən sadiq dostlar buğa bürcü kişilərindən çıxır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.