09.04.2017 Gündəlik Bürclər (9 Aprel 2017 Günlük Bürclər)

08 Nisan 2017
3 987
0
09.04.2017 Gündəlik Bürclər (9 Aprel 2017 Günlük Bürclər)
Qoç - Qarşınıza təzadlı bir gün çıxsa da, hadisələrin inkişafı boyu öz aktivliyinizi artırmalısınız. Reallığı qiymətləndirməyə çalışın. Saat 15-dən sonra qazanmaq ehtimalınız böyükdür.

Buğa - Yaxşı olar ki, həftə boyu yığdığınız yorğunluğu məhz bu təqvimdə əridəsiniz. Yoxsa səhhətinizdə ciddi fəsadlar baş qaldıra bilər. İş istiqamətində dönüş yaratmağınız vacibdir.

Əkizlər – Astroloji göstəricilər qətiyyən darıxmayacağınızdan xəbər verir. Çünki sevdiyiniz insanların əksəriyyəti ətrafınızda olacaq. Keçmişdə olan xoşagəlməzlikləri tez-tez xatırlamayın.

Xərçəng - Ulduzların düzülüşü yalnız ailə üzvlərinizlə rahatlıq tapacağınızı bəyan edir. Digər ünvanlarda, ələlxüsus da həmkarlarınızla davranışlarda hər şey tərsinə cərəyan edə bilər.

Şir – Qarşılaşdığınız hər bir hadisəyə soyuq başla yanaşın. Çünki hər hansı emosional reaksiyanız bütün planları poza bilər. Bu gün enerjiniz bol olduğundan heç nədən çəkinməyin.

Qız - Perspektivlərinizi reallaşdırmaq üçün müəyyən xərcə düşməkdən qorxmayın. Çünki bu barədə düşündükləriniz gerçəkləşsə, özünüzü xoşbəxt sanacaqsınız. Ümidli olun.

Tərəzi - Bu gün qeyri-adi hansısa hadisə baş verməyəcək. Yaxşı olar ki, dincələsiniz. İnsanlarla davranışlarınızda və fəaliyyətinizdə yeni nüanslar əmələ gələcək. Qonaqlıq da mümkündür.

Əqrəb - Ümumi yorğunluğunuzu nəzərə alıb maraqlı guşələrdə istirahətə can atın. Məhz bu addımınız ümumi narahatlığınıza son qoya bilər. Nahardan sonra yeni xəbərlər eşidəcəksiniz.

Oxatan - Nəhayət ki, sizin dövranınız da gəlib çatdı. Bütün Göy qübbəsi müdafiənizə qalxdığından qarşınıza qoyduğunuz hər bir ədalətli iş xoş sonluqla qurtaracaq. Səfərə çıxmağa dəyər.

Oğlaq - Ulduzların düzümü bu təqvimdə bəzi problemlərlə baş-başa qalacağınızı bəyan edir. Amma təmkin göstərməklə sabit vəziyyət yaşaya bilərsiniz. Tələbkarlığınızı zorakı müstəviyə keçirməyin.

Dolça - Ulduzlar məsləhət görür ki, bu gün aldığınız bütün dəvətləri təxirə salıb dincəlməklə məşğul olasınız. Əks təqdirdə ailə üzvlərinizlə aranızda xoşagəlməzliklər baş qaldıra bilər.

Balıqlar - Hər mənada düşərli ərəfədir. Vaxtilə buraxdığınız səhvlərdən, eləcə də sizə qarşı törədilən haqsızlıqlardan bir daha nəticə çıxarın. Günün uğurları sizdən yan keçməyəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.