16.04.2017 Gündəlik Bürclər (16 Aprel 2017 Günlük Bürclər)
Buğa – Astroloji enerji bütün gücü sevgiyə yönəltməyi tövsiyə edir. Çünki bu gün yeganə uğurunuz bu sahədə olacaq. Digər məsələlərdə isə qalmaqal gözlənilir. Vəzifəli adamlarla ehtiyatlı davranın.
Əkizlər - Kifayət qədər uğurlu gündür. Hətta havaların dəyişkənliyi də ovqatınıza mənfi təsir göstərməyəcək. Məhəbbət amilinə daha çox diqqət yetirin, işgüzar sövdələşmələri sürətləndirin.
Xərçəng - Ulduzların düzümü daha çox qarşılıqlı münasibətlər zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu yönümdə sevgi amilini daha çox qabardın. Axşamsa ehtiyatlı olun.
Şir - Bir qədər mistik təqvimdir. Amma əminik ki, siz belə bir gündə falçı və ya cadugər yanına yox, müqəddəs ziyarətgahlara, ibadət yerlərinə baş çəkəcəksiniz. Pulla bağlı ehtiyatlı olun.
Qız - Fəaliyyətlə bağlı uğurlarınız birə-beş qat arta bilər. Bunun üçün həmkarlarınızla əlaqələri dərinləşdirməli, yeni iş təkliflərinə başdansovdu yanaşmamalısınız. Risk etməkdən qorxmayın.
Tərəzi - Yeni əlaqələr qurmaq, nəzərdə tutulan planların icrası üçün sövdələşmələrdə iştirak etmək baxımından çox səmərəli gündür. Səhhətinizlə bağlı problemləriniz isə tədricən qaydasına düşəcək.
Əqrəb - Həddindən ziyadə səmərəli bir gün yaşayacaqsınız. Qonşu və qohumlarla təmkinli və ədalətli davranın. Sevindirici xəbərlər, uğurlu hadisələr ovqatınızı yüksəldəcək.
Oxatan - Mənfi enerjili Ay bürcünüzdə olsa da, nəzərdə tutduğunuz planlar müsbət həllinə yaxınlaşacaq. Dedi-qodudan uzaq olun. Məişət problemlərini deyil, mənəvi duyğularınızı qabardın.
Oğlaq - Saat 15-ə qədər bütün vacib işlərinizi yekunlaşdırın. Çünki göstərilən müddətdə iştirakçısı olduğunuz proseslər xeyrinizə cərəyan edəcək. Sonrakı saatlarda neytrallıq nümayiş etdirin.
Dolça- Qarşınızda duran gündə Göy qübbəsi daha çox neytrallıq nümayiş etdirməyinizi tələb edir. Ciddi sövdələşmələri, riskli məsələləri (ələlxüsus pulla bağlı) təxirə salın
Balıqlar - Təxminən saat 13-dən etibarən ulduzlar qarşınızda bir neçə şans yaradacaq. Ələlxüsus da gələcək perspektivlər üçün bu fürsətin əhəmiyyəti böyük olacaq. O vaxta qədərsə gözüaçıq olun.