21.04.2017 Gündəlik Bürclər (21 Aprel 2017 Günlük Bürclər)

20 Nisan 2017
5 821
0
21.04.2017 Gündəlik Bürclər (21 Aprel 2017 Günlük Bürclər)
Qoç - Əksər sahələrdə uğurlu məqamlar yaşayacaqsınız. Ürəyinizcə olan təkliflər, maraqlı adamlarla qarşılaşmaq ovqatınızı yüksəldəcək. Saat 18-dən sonra isə özünüzə qarşı diqqətli olun.

Buğa - Yalnız ailə-sevgi məsələlərində uğurlarınız mümkündür. Nə qədər gec deyil, qəlbinə dəydiyiniz adamlardan üzr istəyin. Mübahisə etməklə özünüzü gərgin situasiyalara yuvarlamayın.

Əkizlər - Dünyanın yumru olduğunu bilmək heç də qeybi bilmək deyil. Bilmədiyiniz şeylər daha çoxdur. Avestanın vacib prinsiplərindən olan Xeyirxah Fikirlə qidalanın. Ruhdan düşməyin.

Xərçəng - Bu təqvimdə ən uğurlu hadisələr sizin bəxtinizə düşür. İşgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə olacaq. Bir sözlə, bürcünüz üçün ayın düşərli ərəfəsi bu gündən start götürəcək.

Şir - Sizi görmək arzusunda olanların kamını ürəklərində qoymayın. Əks təqdirdə kimlərinsə qəlbinə dəyə bilərsiniz. Bu gün imkan tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.

Qız - Fəaliyyət sahəsində bəzi gərginliklə rastlaşma ehtimalınız var. Özünüzü təmkinli aparmaqla bu kimi xoşagəlməzlikləri dəf edə bilərsiniz. Axşama yaxın dostlarınızla birgə olun.

Tərəzi - Bir qədər mübahisəli gündür. Mövqelərinizi sarsıtmaq üçün bədxah adamların təzyiqlərinə tuş gələ bilərsiniz. Özünüzü qoruyun. Əgər işlə bağlı maneə yoxdursa, səfərə çıxmaq olar.

Əqrəb - Günün birinci yarısında daxili süstlüyünüz ovqatınıza mənfi təsir göstərsə də, özünüzdə iradə toplamağı bacarmalısınız. Çünki sonrakı saatlarda sevindirici məqamlar yaşayacaqsınız.

Oxatan - Planetiniz olan Uranın aktivləşmə dərəcəsinə çatması daxili gücünüzü, enerjinizi artıracaq. Bu isə uzaq görünən bəzi məntəqələrə tez yetişməyinizə rəvac verəcək. Səfərdə ehtiyatlı olun.

Oğlaq - Olduqca təzadlı gündür. Qarşınızı kəsən maneələri dəf etmək istəyirsinizsə, etibarlı adamların məsləhətindən yararlanın. Saat 16-18 arası ulduzlar sizi sevindirməyə çalışacaq.

Dolça - Ötən günlərin rahatlığının ziddinə olaraq bu təqvimi bir qədər gərgin şəraitdə cərəyan edə bilər. Bu səbəbdən də sutkanı bir təhər ötürmək üçün saatları sadalayın.

Balıqlar - Bu gün heç kimin məsləhətinə əhəmiyyət verməyin. Bütün qüvvənizlə ürəyinizin sözünə qulaq asın. Günün ikinci yarısında isə darıxdığınız yaxınlarınızın evinə baş çəkin ki, rəğbət oyadasınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.