26.04.2017 Gündəlik Bürclər (26 Aprel 2017 Günlük Bürclər)

25 Nisan 2017
6 112
0
26.04.2017 Gündəlik Bürclər (26 Aprel 2017 Günlük Bürclər)
Qoç - Fəaliyyətdə aktivlik olmadığını nəzərə alıb müqəddəs ziyarətgahlardan birinə baş çəkin, dualarınızı əskik etməyin. Bu gün şəxsi həyatınızda böyük irəliləyişlər start götürməlidir.

Buğa - İxtiyarınızda olan bu təqvimdə bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asasınız.

Əkizlər - Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.

Xərçəng - Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.

Şir - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.

Qız - Əgər bu ayı səmərəli şəkildə yekunlaşdırmaq fikriniz varsa, bu gün ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Gün ərzində müştərək fəaliyyətlə məşğulluq uğurludur.

Tərəzi - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda və daha çox da özünüzdə arayasınız?! İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün ki, nicat tapasınız.

Əqrəb - Planetlərin bürcünüzdəki neqativ düzülüşü səhhətinizə mənfi təsir göstərə bilər. Odur ki, ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün vacibdir. Yeni işlərə başlamayın.

Oxatan - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Təbiətin bu gözəl ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr etməyə çalışın.

Oğlaq - Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyəcək. Sevgi amilinə xüsusi diqqət ayırın.

Dolça - Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.

Balıqlar - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaqdan ötrü bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.