03.05.2017 Gündəlik Bürclər (3 May 2017 Günlük Bürclər)
Buğa - Günün əsas hissəsini maraqlı tərzdə başa vuracaqsınız. Amma yaxşı olardı ki, nahardan sonra işə ara verib bir qədər dincələydiniz. Çünki axşam saatlarında astral bədəniniz zəifləyə bilər.
Əkizlər - Təəssüf ki, bu təqvim bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun.
Xərçəng - Bir neçə amillə rastlaşacaqsınız ki, bu da saat 15-ə qədər ovqatınızda mənfi çalarlar yaradacaq. Odur ki, maksimal səbr nümayiş etdirməlisiniz. Bu gün çox pul xərcləməyin.
Şir - Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəfli sövdələşmələrin uğurlu olacağını nəzərə alıb aktivliyinizi artırın.
Qız - Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Bu siyahıya işgüzar əlaqələr və tanışlıqlar da aiddir. Amma riskdən uzaq olmalısınız.
Tərəzi - Saat 13-ə qədər vaxtınızı qalmaqalsız başa vura bilsəniz, sonrakı müddətdə hər hansı problemləriniz olmayacaq. Şəxsi büdcənizi artırmaq üçün münbit şəraitdən bəhrələnin.
Əqrəb - Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə-sevgi münasibətləri isə daha romantik müstəviyə keçəcək.
Oxatan - Maraqlı hadisələrin iştirakçısı olacaqsınız. Bu enerjini xeyirxah işlərə yönəltməyə çalışın. Çünki indi savab qazanmaq qarşınızda bağlı qalan qapıların açılmasına zəmin yaradacaq.
Oğlaq - Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş yaranacağından xəbər verir. Perspektivlərinizi reallaşdırmağa can atın. Yalançı həmkarlarınızdan uzaqlaşmağa çalışın.
Dolça - Yalnız saat 12-14 arası gərgin keçə bilər. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər zövqünüzlə vəhdət təşkil edəcək. Axşama yaxın sevindirici xəbərlər eşidəcəksiniz.
Balıqlar - Sizə qarşı qərəzli çıxışlar gözlənilir. Əgər bədxah adamlarla baş-başa gəlmək iqtidarında deyilsinizsə, onda belələrindən vaxtında uzaqlaşın. İmkan olsa, nahardan sonra səfərə çıxın.