07.05.2017 Gündəlik Bürclər (7 May 2017 Günlük Bürclər)
Buğa - Ailə üzvlərinizə qarşı qayğıkeş və mərhəmətli olun. Əgər onların arasında xəstə olanı varsa, hamıdan çox siz ürək yandırın. Axşama yaxın büdcənizin artacağı da gözlənilir. Bədxərclik etməyin.
Əkizlər – Ayın əvvəlindən reallaşdıra bilmədiyiniz planlara görə məyusluq keçirməkdənsə, əzmkarlığınızı artırın ki, boşluqlar aradan qalxsın. Ən azından bu gün mütləq həyatınızda yenilik olmalıdır.
Xərçəng - Hiss olunur ki, dünəndən bəri səhhətinizlə bağlı yüngül problem yaranıb. Odur ki, özünüzü qoruyun. İndi sizə qapalı yerdə çox oturmaq olmaz. Yeni işlə bağlı məramlarınızı mümkün qədər təxirə salın.
Şir - Ailə üzvlərinizlə, eləcə də digər yaxınlarınızla mübahisələriniz gözlənilir. Bu səbəbdən də çılğın olmayın. Hər bir anlaşılmazlığı dözüm və səbrlə yoluna qoyun. Yeməyinizə də fikir verin.
Qız - Yaxşı olar ki, bütün planlarınızı saat 16-ya qədər başa çatdırasınız. Əks təqdirdə sonrakı vaxt düşərli olmayacaq. Ulduzlar deyir ki, içinizdəki şübhələrdən qurtulmayınca, xilasınız çətin olacaq.
Tərəzi - Ətraf mühitin sərtliyinə qarşı acizlik nümayiş etdirməyin. Ən azı ona görə ki, bu hal sizdə bədbinlik yarada bilər. Fəallığınızı artırın. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.
Əqrəb - Sizə elə gəlməsin ki, ünsiyyətdə olduğunuz adamların hamısından ağıllısınız. Bu təkəbbür sizi gözdən sala bilər. Gün ərzində daha sadə, daha mülayim olun. Əcnəbilərlə işbirliyinə getməyin.
Oxatan - Daxili narahatlığınız günün ikinci yarısından etibarən aradan qalxacaq. Amma bu təqvimdə fiziki işləri kifayət qədər azaltmağınız məsləhətdir. Əks təqdirdə səhhətiniz pisləşəcək. Kalorili qidalara üstünlük verin.
Oğlaq - Yeni görüşləriniz məqsədlərinizə yaxınlaşmaqda sizə yardımçı olacaq. Qarşı tərəfin ədalətli təkliflərini qəbul etməyə hazır olun. Bu gün yalan danışmaq və ya vəd vermək sizə əziyyət verə bilər.
Dolça - Daxili orqanlarınıza diqqəti artırın. Əgər mədənizlə bağlı sancmalarınız varsa, həkimə müraciət edin. Fiziki rahatlığınızı təmin etmək üçün daha çox yataqda uzanmalısınız. Qalan şeylər düzələr.
Balıqlar - Bəri başdan əmin ola bilərsiniz ki, bu gün ulduzlar maddi rifah halınızı yüksəldəcək. Bu istiqamətdə bütün mümkün variantlardan yararlanmalısınız. Uzaq səfərlərə isə çıxmağa tələsməyin.