20.05.2017 Gündəlik Bürclər (20 May 2017 Günlük Bürclər)

19 Mayıs 2017
3 916
0
20.05.2017 Gündəlik Bürclər (20 May 2017 Günlük Bürclər)
Qoç - Gün ərzində müxtəlif xarakterli insanlarla təmaslarınız sizi bəzi mətləblərdən agah edəcək. Saat 16-18 aralığında isə ürəyinizcə olan hansısa hadisənin iştirakçısı ola bilərsiniz.

Buğa - Maliyyə baxımından düşərli gün olsa da, ümumi ovqatınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.

Əkizlər - Son vaxtlar ətrafınızda olanlara "soyuq adam" təsiri bağışlamaqdasınız. Əslində belə olmadığınız üçün daxilinizdəkiləri büruzə verməyə çalışın. Axşama doğru ovqatınız yüksələcək.

Xərçəng - Sizin qədər arzu-istəyi olan Zodiak işarəsi yoxdur. Amma niyyətlərinizin həyata keçməsi sizdən asılı olmadığı üçün gözləməlisiniz. Axı səbrliləri Allah da sevir.

Şir - Göy qübbəsi məsləhət görür ki, gün ərzində dinə zidd hərəkətlərə yol verməyəsiniz. Adicə kimisə acılamaq, xətrinə dəyən zarafat da olmaz. İşlə bağlı təkliflərə razılıq verin.

Qız - Böyük layihələri reallaşdırmaq üçün əla vaxtdır. İdeyalarınızı həyata keçirməkdə pula heyifiniz gəlməsin, axı siz xəsis deyilsiniz. Bu gün davranış və üst-başınıza ciddi fikir verin.

Tərəzi - Bürcünüz "hakimiyyət"inin son sutkasını yaşayacaq. Deməli, daha böyük işlərlə məşğul olmalı, son vaxtlar dəb halını alan dedi-qodudan uzaqlaşmalısınız. Maddi baxımdan da yaxşı vaxtdır.

Əqrəb - Aktiv fəaliyyətə başlamaq üçün nəhayət ki, mühit yetişəcək. Bu səbəbdən proqnozunuzu oxuyan kimi hərəkətə keçin. Amma özünüzə müttəfiq seçərkən maksimum tədbirli olun.

Oxatan- Aldığınız yeni iş təkliflərinə tələsik razılıq verməyin. Hər şeyi yüz dəfə ölçüb-biçin. Lazım gəlsə, daha təcrübəli insanlarla məsləhətləşin. Nəqliyyatda diqqətli olun.

Oğlaq - Genetik fonunuz gücləndiyi üçün əsasən doğmalarınıza qarşı mehriban olun. Hər hansı yersiz ittihamdan, köhnə haqq-hesabları aydınlaşdırmaqdan çəkinin. Ulularınıza duaları əsirgəməyin.

Dolça - Qarşınızda duran məsələləri həll etmək indi daha asandır. Sadəcə, qəti qərar vermək üçün özünüzdə güc tapmalısınız. İnanın ki, belə olsa, nəticədən razı qalacaqsınız.

Balıqlar - Sevgi amilinə daha çox yer ayırın. Çünki maddiyyatı fikirləşdikcə pul sizdən qaçır. Bu gün mənəvi rahatlığınızı təmin edib enerji yığın ki, qarşıda sizi gözləyən uğurlara gücünüz yetsin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.