23.05.2017 Gündəlik Bürclər (23 May 2017 Günlük Bürclər)

22 Mayıs 2017
5 506
0
23.05.2017 Gündəlik Bürclər (23 May 2017 Günlük Bürclər)
Qoç - Həmkarlarınızla davranışlarda nəzakətli olun. Çünki ulduzların düzümü bu gün çoxlarının sizdən incik düşəcəyini göstərir. Fəaliyyət zəminində isə böyük işlərə başlamağa dəyər.

Buğa - Maliyyə problemlərinizin qabarmasını istəmirsinizsə, bir az qənaətcil olun. Yaxşı olar ki, ciddi məbləğ tutan alış-verişə girişməyəsiniz. Əsas vaxtınızı sevgiyə həsr edin.

Əkizlər - Hər mənada uğurlu gündür. Qarşıya qoyduğunuz vəzifələrin əksəriyyətini reallaşdıracaqsınız. Bunun üçün müttəfiqlərinizin köməyindən yararlanın. Bütün detalları saf-çürük edin.

Xərçəng - Saat 14-16 arası gərginliklə üzləşə bilərsiniz. Bunun qarşısını alsanız, qalan müddətdə heç bir probleminiz olmayacaq. İşgüzar görüşləri təxirə salmayın. Sevindirici xəbər eşidəcəksiniz.

Şir - Düşüncə və fikirlərinizin reallığa uyğun olmasını ulduzlar da təsdiqləyir. Bu səbəbdən də kənar məsləhətlərə o qədər də ehtiyacınız yoxdur. İmkan daxilində açıq havada az olmağa çalışın.

Qız - Çox məsuliyyətli gündür. Nəzərdə tutduqlarınızın hamısını reallaşdırmağa çalışın. Yersiz risklərə, bələd olmadığınız adamlarla əməkdaşlığa razılıq verməyin. Səhhətinizi qoruyun.

Tərəzi - Öhdənizə düşən və əksəriyyəti yarımçıq qalan işlərinizi yekunlaşdırmağa çalışın. Heç kimə yalan vəd verməyin. Bu, nüfuzunuza xələl gətirə bilər. Yeni təkliflərə razılıq verin.

Əqrəb - Bütün enerjinizi qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəldin. Umu-küsüləri bir tərəfə atın. Çünki şəxsi işlərinizdə böyük dönüş yaxınlaşmaqdadır. Fəaliyyətlə bağlı səfərə çıxmaq olar.

Oxatan - Hazırda "hakim" bürc siz olduğunuz üçün enerjiniz xeyli artacaq. Odur ki, bu potensialı səmərəli istiqamətə yönəltməyə səy göstərin. İşgüzar sövdələşmələrə başlamağa dəyər.

Oğlaq - Havaların qeyri-sabitliyi, maqnit qasırğaları səhhətinizə mənfi təsir göstərə bilər. Bunu nəzərə alıb açıq havada çox durmayın. Bu gün istənilən ikitərəfli əməkdaşlığınız uğurla nəticələnəcək.

Dolça - Mübahisəli gündür. Atmaca və böhtanlara əhəmiyyət verməyin. Əsas enerjinizi maliyyə məsələlərinə və peşənizlə məşğulluğa həsr edin. Sevdiyiniz adamın obyektiv fikrinə hörmətlə yanaşın.

Balıqlar - Saat 12-dən sonra maddi durumunuzu dirçəltmək üçün cəhdlər edin. Çox güman ki, bunun səmərəsi olacaq. Günün sonunda isə ürəyinizcə olan ünvanlara qonaq sifətilə baş çəkin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.