25.05.2017 Gündəlik Bürclər (25 May 2017 Günlük Bürclər)

24 Mayıs 2017
5 373
0
25.05.2017 Gündəlik Bürclər (25 May 2017 Günlük Bürclər)
Qoç - Günün ümumi ovqatı aşağı olsa da, qənaətbəxş məqamlar yaşayacaqsınız. Stressə düşməkdənsə gələcək planlarınızı konkretləşdirin. Axşama doğru ikitərəfli görüşlər səmərə verə bilər.

Buğa - Olduqca təzadlı gündür. Uğurlu və xoşagəlməz olaylar tez-tez bir-birini əvəz edəcək. Bundan öz xeyrinizə istifadə etmək üçün prosesləri diqqətlə izləyib, obyektiv qərar çıxarın.

Əkizlər - Təzə xəbərlər yolunuzu gözləyir. Bu, çox güman ki, öz doğmalarınız tərəfindən və ya onlar haqqında olacaq. Hər halda, şahidi olduğunuz yeniliklər ovqatınıza mənfi təsir göstərməyəcək.

Xərçəng - Günün əsas tövsiyəsi kənardan dəstək ummaqdır. Təkbaşına fəaliyyətin uğurlu olmadığını nəzərə alıb ürəyinizə yaxın olanların köməyindən istifadə edin. Məntiqsiz riskdən uzaq olun.

Şir – Ulduzlar böyük dəyişikliklər astanasında olduğunuzu bəyan edir. Belə məqamlarda qətiyyən boş dayanmaq olmaz. Qarşınıza çıxan hər bir şansdan bəhrələnin. Uğurlarınız uzaqda deyil.

Qız – Təxminən saat 14-ə qədər cərəyan edən daxili sıxıntılarınız sonrakı müddətdə qaydasına düşəcək. Bu səbəbdən də vacib işlərinizi sonraya saxlayın. Büdcənizdə artım da gözlənilir.

Tərəzi - Mənfi yüklü Ay bürcünüzdə qərar tutduğu üçün bu təqvimi müəyyən gərginliklə başa vura bilərsiniz. Buna baxmayaraq, fəaliyyətinizdə müsbət sıçrayışlar da mümkündür.

Əqrəb - Fəaliyyətlə bağlı uğurlarınız mümkün olsa da, iş yerində həmkarlarınızla, xüsusən də rəhbərliklə ehtiyatlı davranın. Günün ikinci yarısında büdcənizi artırmağa yaxın olacaqsınız.

Oxatan - Qarşılıqlı anlaşma üçün ideal gündür. Bütün görüş və sövdələşmələr xeyrinizə cərəyan edəcək. Maliyyə məsələlərini isə hələlik başqa vaxta saxlayın. Enerjinizi sevgidən alın.

Oğlaq - Çoxdan bəri düşüncələrinizdə kök salmayan qərarlar verməyin. Çünki bu gün yeni fikir və ideyalar səmərəlilikdən çox uzaqdır. Axşama doğru qonaq timsalında çağrılacağınız gözlənilir.

Dolça - Maraqlı görüşlərdə iştirak etmək üçün gözəl fürsətdir. Hətta bunun naminə fəaliyyətə də bir qədər ara vermək olar. Bu gün yeni işgüzar təkliflər alacağınız da istisna olunmur.

Balıqlar - Olduqca səmərəli gündür. Gələcəyiniz üçün böyük əhəmiyyət kəsb edəcək görüşlərdə iştirakınız mümkündür. Təşəbbüskarlığı əldən verməməklə təkliflərə razılıq verin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.