28.05.2017 Gündəlik Bürclər (28 May 2017 Günlük Bürclər)
Buğa – Bu bayram gününü rahat tərzdə yola salmağa çalışın. Bütün problem və qayğıları bir tərəfə atıb ürəyinizə yaxın insanların ətrafında olun. Beyin gərginliyini azaltmaq üçün gözəl fürsətdir.
Əkizlər - Şəxsi taleyinizdə böyük dönüşə başlamaq üçün konkret addımlar atmağa başlayın. Xırda məişət problemlərinə, eyni zamanda dedi-qoduya əbəs yerə enerji itirməyin. Təklifləri qəbul edin.
Xərçəng - Bu gün uğurlu işgüzar sövdələşmələriniz gözlənilir. Təşəbbüskarlığı əldən verməyin. Baxmayaraq ki ümumi işlər passivdir, nəzərdə tutduğunuz işləri başa çatdıra bilərsiniz.
Şir - Yalnız qonaqlıq və səfərlər üçün düşərli ərəfədir. Maliyyə və fəaliyyət sahəsində isə gərginliklə üzləşə bilərsiniz. Bu arada vaxt tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.
Qız - Şəxsi perspektivlərinizi reallaşdırmaq istiqamətində sizə mane olanların sayı durmadan artır. Odur ki, görəcəyiniz işlər barədə heç kimə informasiya verməyin. Bir az qapalı olun.
Tərəzi - Hədsiz dərəcədə uğurlu gündür. Bu proqnozun reallaşması üçün əlinizdən gələni etməlisiniz. Aktiv olun. Yeni simalarla görüşləriniz, uğurlu sövdələşmələriniz də gözlənilir.
Əqrəb - Ulduzlar bəxtinizə uğurlu zaman kəsiyi yazıb. İstər qarşılıqlı münasibətlər zəminində, istərsə də iş prinsipində nailiyyətləriniz saysız ola bilər. Bir şərtlə ki, əsəblərinizi qoruyasınız.
Oxatan - Qərarlarınızdan dönməyin. Ən azı ona görə ki, Göy qübbəsi düz yolda olduğunuzdan xəbər verir. İkitərəfli danışıqlarda iştirak etməyiniz gələcək karyeranızda böyük rol oynayacaq.
Oğlaq - Hər şey çıxardığınız qərarlardan asılı olacaq. Tərəddüd etdiyiniz məsələlərdə etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Qonaqlıq və əyləncələr üçün münasib vaxt deyil.
Dolça - Yaxşı olar ki, bu əzəmətli tarixdə bütün işlərinizi saat 16-ya qədər yekunlaşdırasınız. Çünki sonrakı ərəfə münaqişəli ola bilər. Bu arada yeni sövdələşmələrdə iştirakınız da gözlənilir.
Balıqlar - Bəri başdan anlayın ki, bu gözəl təqvimdə işləriniz hədsiz dərəcədə çox olacaq. Xüsusən də axşam saatlarınadək bərk yorulacaqsınız. Elə isə bayram ləzzətini sonrakı saatlara saxlayın.