31.05.2017 Gündəlik Bürclər (31 May 2017 Günlük Bürclər)
Buğa - Lazımi adamlarla görüşlər təşkil etməklə problemli işlərinizi yoluna qoya bilərsiniz. Maddi sıxıntılarınızın azalacağını bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür.
Əkizlər - İşgüzarlığınızı artırmaq üçün ətrafınıza layiqli tərəfdaşlar toplayın. Aldığınız hər bir təklifə başdansovdu yanaşmamalısınız. Yeni işə keçmək planınız varsa, bu gün qəti qərar verməlisiniz.
Xərçəng - Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə də iştirak edə bilərsiniz. Tənbəlliyi bir kənara atın və öz səhvlərinizi başqasının ayağına yazmayın. Xilasınız məhz bundadır.
Şir - Göy qübbəsinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamısınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Odur ki, haqq-ədalət prinsipinə əməl etməlisiniz. Ulduzlar sizə təzə xəbərlər də yetirəcək.
Qız - Axır ki, üzüntülü anlarınız başa çatacaq. Odur ki, bütün ciddi işlərin həllini sürətləndirməli, sevdiyiniz adamlarla yeni münasibətlər sisteminə keçməlisiniz. Ulduzlar uzaq səfərlərinizi təxirə salmamağı məsləhət görür.
Tərəzi – Öhdənizə götürdüyünüz işlərə məsuliyyətlə yanaşsanız, günün sonunadək maddi durumunuzu təmin edə biləcəksiniz. Hətta özünüzü yaxşı aparsanız, maddi imkanınız qənaətbəxş olacaq. Hər boş sözə əhəmiyyət verməyin.
Əqrəb - Əsas diqqətinizi yarımçıq işlərinizin həllinə yönəldin. Paralel olaraq bir neçə işlə məşğul olmaq da yaxşıdır. Saat 15-dən sonra maraqlı adamlarla görüşəcəyiniz güman olunur. Amma bu görüşlər işlə bağlı olmayacaq.
Oxatan - Astroloji göstəricilərə görə, ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz olacaq. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Görüş yerlərinə gecikməyin.
Oğlaq – Bu təqvimi mənalı tərzdə başa vuracaqsınız. Xüsusən də sevgi münasibətlərində cərəyan edən proseslər ürəyiniz istəyən istiqamətdə inkişaf edəcək. Bacardığınız qədər darıxdırıcı işlərdən uzaqlaşın.
Dolça - Ətrafınızda mövcud olan "səbəbsiz" gərginlikdən narahat olmayın. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmasanız, vəziyyət yaxşılaşa bilər. Qida və yuxu rejiminizə fikir verin. Səhər saatlarında isə aldığınız təkliflərə razılıq verməyin.
Balıqlar - Əlinizə düşən fürsətdən istifadə etsəniz, bu gündən xeyli bəhrələnə bilərsiniz. Əks təqdirdə karyeranız üçün uğurlu anlar əlinizdən çıxa bilər. İnsanlara qarşı inamsızlığınız heç də yaxşı əlamət deyil. Müdiriyyətlə xoş davranın.