08.06.2017 Gündəlik Bürclər (8 İyun 2017 Günlük Bürclər)
Buğa - Daxili stresslərinizin çoxalması ətrafda olan hər şeyə narazılığınızı artırıb. Amma bunun yaxşı sonu olmadığı üçün bir qədər genişürəkli olun. Ümidinizi insanlara deyil, Allaha bağlayın.
Əkizlər - Ulduzlar ötən günlərdə hamıdan çox yorulduğunuzu bəyan edir. Ona görə də bu günü istirahətə həsr etməyə çalışın. Əyləncə və qonaqlıqlara vaxt ayırın ki, yorğunluğunuz getsin.
Xərçəng - Təxminən saat 13-ə qədər praktiki cəhətdən hər hansı yenilik gözlənilməsə də, sonrakı müddətdə vəziyyətin tam fərqli olacağına inana bilərsiniz. Ürəyinizdəki şübhələri qovun ki, təklənməyəsiniz.
Şir - Diş və ya baş ağrılarına mübtəla olmamısınızsa, günün ümumi mənzərəsi sizi qane edəcək. Məhəbbət amilinə isə yalnız söz kimi yanaşmayın. Uzaq olmayan ünvanlara qonaq getmək olar.
Qız - Ünsiyyətdə olduğunuz hər kəsin hörmətini qazanmağa çalışın. Kosmik durumun xeyrinizə tənzimlənməsi yarımçıq işlərin həllini sürətləndirməyi tələb edir. Dinə zidd addım atmayın.
Tərəzi - Müqəddəs dinimizin ənənələrinə hörmətlə yanaşın, hamıya mərhəmət göstərin, xüsusən də sıx təmasda olduğunuz insanlara. O ki qaldı maliyyə durumuna, bu barədə narahat olmayacaqsınız.
Əqrəb - İşgüzar sövdələşmələri başa çatdırmaq, yeni layihələri reallaşdırmaq üçün günün şanslarından istifadə edin. Amma hər bir söhbətdə qarşı tərəfi sonacan dinləyib sonra qərar verin.
Oxatan - Ötən günlərin gərginliyi nahara qədər davam etsə də, təmkinli olmaqla bu müddəti itkisiz başa vura bilərsiniz. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Darıxdığınız adamlarla mütləq əlaqə saxlayın.
Oğlaq - Daxili səsiniz qətiyyətli olmağı tələb edirsə, yalnız irəli atılın. Əmin olun ki, şanslar özü gəlib sizi tapacaq. Yaşlı doğmalarınızın fikirlərinə də hörmətlə yanaşın ki, mövqeləriniz sarsılmasın.
Dolça - Fəaliyyətdən daha çox qarşılıqlı münasibətlərə vaxt ayırın. Əgər deyilən istiqamətdə boşluq varsa, tələsin. Savab işlər görün. Bu gün sənədləşdirmə və müqavilələrdə mümkün qədər diqqətli olun.
Balıqlar - Həmkarlarınızla davranışları məcrasından çıxarmasanız, gün ərzində hansısa qanqaraçılığı ilə üzləşməyəcəksiniz. Pulla bağlı narahatçılığınız da qismən səngiyəcək.