16.06.2017 Gündəlik Bürclər (16 İyun 2017 Günlük Bürclər)

15 Haziran 2017
4 884
0
16.06.2017 Gündəlik Bürclər (16 İyun 2017 Günlük Bürclər)
Qoç – Bu gün öyrəndiklərinizə etibar etməyin, çünki tezliklə aydın olacaq ki, bu, məkrli təxribat, yaxud saxtalıqdan başqa bir şey deyil. Kütləvi informasiya vasitələrində fakt və həqiqətdən uzaq şayiələrə uymayın.

Buğa – Öz fikirlərinizi diqtə edərkən qətiyyən qərəzli mövqe nümayiş etdirməyin. İndiki həssas məqamda inadkarlıq sizi nüfuzdan sala bilər. Saat 16-18 aralığında maliyyə və sənədləşdirmə işlərinə vaxt ayırın.

Əkizlər – Astroloji göstəricilər işlərinizin qaydasına düşdüyünü göstərir. Amma tempi bir az da artırmaq olar. Qərəzdən uzaq olmaqla qarşıda duran vəzifələrin öhdəsindən gələ bilərsiniz. Bu gün duzlu qidalardan uzaq olun.

Xərçəng – Təkəbbür və lovğalığın ən müxtəlif təzahürləri güclənə bilər. Bu səbəbdən mübahisə və yalanlardan qaçmalısınız. Gün ərzində pulla bağlı risk etməyin, yeni təklifləri dəyərləndirmək üçün vaxt istəyin.

Şir – Bürcünüzdəki planetar mənzərə yüksək təcavüzkarlıq və dava-dalaşa qoşulmaq ehtimalından xəbər verir. Bu səbəbdən gün ərzində daha çox tənhalığa qurşanın. Ulduzlar şəxsi büdcənizdə dönüşdən xəbər verir.

Qız – Ümumən uğurlu olan bir təqvimlə baş-başasınız. Görəcəyiniz işlərdə bütün addımları təkbaşına atın, amma münasibətləri qorumağı da yaddan çıxarmayın. Axşam saatlarında sürprizlərə hazır olun.

Tərəzi – Ətrafdakılarla münasibətlərdən, dolaşıqlıqlardan özünüzü qoruyun. Yeni istehsalat və yaradıcılıq layihələri üzərində işə başlamaqdan vaz keçin. Sevdiyiniz adamlara qarşı qısqanc olmayın, heç olmasa bu gün.

Əqrəb – Sükut etmək və ya mövcud olmayan məsələlər barədə xəyal qurmaq sizə zərərdir. Artıq ayılmaq və irəli şığımaq məqamıdır. Ulduzlar bu gün sizə maliyyə yenilikləri də vəd edir, amma səfərə çıxmaq olmaz.

Oxatan – Adi bir təbəssüm, xoş bir söz ətrafda olanların sizə münasibətinə müsbət təsir edə bilər. Elə isə sadə görünən bu savaba qol qoyun. İndi sizə nüfuzu yüksəltmək hava və su kimi lazımdır.

Oğlaq – Həyatınızın ötən dönəmlərində baş verən hadisələrdən nəticə çıxarın. Analitik təhlillər sizə mütləq kömək edəcək. Başqalarını, yaxud həyatın özünü ittiham etməkdənsə, buraxdığınız səhvləri təkrarlamayın.

Dolça – Bu gün ilk növbədə çalışın ki, ətrafınızda sağlam düşüncəli adamlar olsun. Əks təqdirdə yanlışlığa yol verib ovqatınızı pozacaqsınız. Etibalılıq faizi aşağı olan şəxslərin məsləhətlərinə qulaq asmayın.

Balıqlar – Yeni işlərə başlamaq üçün çox münasib vaxtdır. Ötən yarım ayda reallaşdıra bilmədiyiniz layihələrə yenidən baxmağa dəyər. Göy qübbəsi səfərə çıxmağınızın əleyhinə olsa da, məhəbbətdə uğurlar vəd edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.