19.06.2017 Gündəlik Bürclər (19 İyun 2017 Günlük Bürclər)

18 Haziran 2017
5 462
0
19.06.2017 Gündəlik Bürclər (19 İyun 2017 Günlük Bürclər)
Qoç - Diqqətli olun. Sizi aldada bilərlər. Ələlxüsus da peşə-sənət fəaliyyətində, işgüzar sövdələşmələrdə ayıq-sayıqlığınızı artırmalısınız. Düşünülməmiş riskə ehtiyac yoxdur.

Buğa - Uğurlarınıza təkan verildiyindən qlobal problemləriniz arxada qalmaqdadır. Lakin rəqiblərlə münasibətdə ehtiyatı əldən buraxmamalısınız. Vəzifəli adamlardan uzaq olun.

Əkizlər - Bəxtinizdə maraqlı bir gün durur. Qarşınıza çıxan bütün şanslardan yararlanın. Şəxsi büdcənizin azlığından şikayətlənməyin. Axı hələ hər şey itirilməyib. Azacıq səbr edin.

Xərçəng - Hiss olunur ki, ətrafınızda cərəyan edən hadisələr sürətli olsa da, cansıxıcı təsir bağışlayır. Amma bu, ötəridir. Əgər qərarlarınızda qətiyyət göstərsəniz, narahatlıq olmayacaq.

Şir - Ulduzların düzümü kənar təsirlərə məruz qalacağınızdan xəbər verir. Ələlxüsus da saat 12-15 arası ehtiyatı əldən buraxmamalısınız. Unutmayın ki, mənfi enerjili Ay bürcünüzdədir.

Qız - Kənardan hansısa dəstək alacağınız inandırıcı deyil. Bu səbəbdən də yalnız öz gücünüzə arxalanın. Göy qübbəsi görüş və müzakirələrə gecikməməyi tövsiyə edir. Riskdən qorxmayın.

Tərəzi - Dünənki xoş ovqatınız bu gün də davam edəcək. Hansısa gərginlik və ya münaqişəni ağlınıza gətirməyin. Ailə üzvlərinizə qarşı mülayim olun. Sevdiyiniz adamları dəyərləndirin.

Əqrəb - Maraqlı adamlarla görüşəcəyinizi bəyan edən ulduzlar gələcək perspektivləriniz üçün bunun böyük səmərə verəcəyini deyir. Başqa maraqlı olaylarla da qarşılaşacağınız istisna olunmur.

Oxatan - Qarşınızda çoxsaylı vəzifələr dursa da, orqanizminizdə passivlik yaranması işləri ləngidə bilər. Bu səbəbdən ilk növbədə səhhətinizi qorumalısınız ki, hər şeyə yetişə biləsiniz.

Oğlaq - Astroloji göstəricilər xoş bir təqvim yaşayacağınızı bildirir. Xüsusən də saat 14-dən sonra bir neçə sürprizlə rastlaşma ehtimalınız var. Şəxsi büdcənizi artırmaq üçün canfəşanlıq göstərin.

Dolça - Yaxşı olar ki, özünüzü bütünlüklə sevgiyə həsr edəsiniz. Çünki həssaslığın himayədarı olan planetiniz (Merkuri) artıq Yerə təsir imkanlarını itirmək üzrədir. Şansınızı buraxmayın.

Balıqlar - Əvvəlki günlərlə müqayisədə sağlıq durumunuz qənaətbəxşdir. Bundan irəli gələrək fəaliyyətinizi aktivlik müstəvisinə yönəltmək imkanı qazanacaqsınız. İşgüzar görüşləri təxirə salmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.