23.06.2017 Gündəlik Bürclər (23 İyun 2017 Günlük Bürclər)

22 Haziran 2017
5 486
0
23.06.2017 Gündəlik Bürclər (23 İyun 2017 Günlük Bürclər)
Qoç - Sevgi məsələlərinə mülayim yanaşın. Bu, həm mövcud olan əsəbiliyinizi azaldar, həm də işlərinizin yaxşılaşmasına təkan verə bilər. Qohumluq münasibətlərinə fikir verin, ayırma ovqatından qaçın.

Buğa - İxtiyarınızda olan bu təqvimdə savab işlərinizin sayını artırmağa çalışın. Bu, sonrakı proseslərin həllində sizə kömək edəcək. Mövcud problemləri həlledilməz hesab etməyin.

Əkizlər – Bütün diqqətinizi səhhətlə bağlı problemlərin həllinə yönəldin. Bu amilə məsuliyyətlə yanaşsanız, ciddi çətinlikləriniz olmayacaq. Axşam saatlarında simsarlarınıza baş çəkin.

Xərçəng - Əksər məsələlərdə gün sizin xeyrinizə işləyəcək. Şəxsi işlərinizdə müsbət rol oynaya biləcək insanlarla da rastlaşacaqsınız. Unutmayın ki, uğurlarınıza gedən yolun astanasındasınız.

Şir - Günün birinci yarısında nəzərdə tutduğunuz perspektivlərin müəyyən hissəsini həll edə biləcəksiniz. Nahardan sonra isə yalnız neytral mövqe tutmalı, riskdən uzaq olmalısınız.

Qız - Təxminən saat 14-ə qədər ümumi əhvalınız süst olduğundan bütün ciddi işlərinizi təxirə salın. Sonrakı müddətdə isə maliyyə uğurlarınız gözlənilir. Uzaq yola çıxmayın.

Tərəzi - Qarşılıqlı münasibətlərdə, eləcə də işgüzar sövdələşmələrdə ulduzlar sizə dəstək verəcək. Böyük uğurlarınızın ilkin qığılcımları məhz bu təqvimdən etibarən start götürəcək.

Əqrəb - Kifayət qədər mübahisəli gündür. İfadə etdiyiniz hər bir sözə ciddi yanaşın. Əks təqdirdə münaqişəli situasiyalara cəlb olunacaqsınız. Falçı və cadugərlərdən uzaq olun.

Oxatan - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu kimi sövdələşmə və müzakirələrdə iştirakınız yaxın gələcəyin planlarını həyata keçirməyə kömək edəcək. Şübhəli adamlardan uzaq olun.

Oğlaq - Qarşınızda duran bu təqvim sizə xoş ovqat bəxş edəcək. Hər hansı xoşagəlməzliyi ağlınıza gətirməyin. Ailə üzvlərinizə, sevdiyiniz adamlara qarşı mülayim olun. İnsanları dəyərləndirin.

Dolça - Passiv gündür. Hansısa qeyri-adi hadisəni gözləməyə dəyməz. Yaxşı olar ki, üzərinizə düşən adi işlərin həlli ilə məşğul olasınız. Məxfi görüşləri və səfərləri təxirə salın.

Balıqlar - Hər mənada uğurlu təqvimdir. Öz gücünüzə etibar edin. Çünki Göy qübbəsi sizə elə bir enerji verəcək ki, bütün maneələri dəf edə biləcəksiniz. Axşamsa sürprizlər gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.