03.07.2017 Gündəlik Bürclər (3 İyul 2017 Günlük Bürclər)

02 Temmuz 2017
4 936
0
03.07.2017 Gündəlik Bürclər (3 İyul 2017 Günlük Bürclər)
Qoç - Təxminən saat 17-yə qədər yalnız adi, gündəlik işlərinizlə məşğul olun. Qeyri-adi və ya hər hansı risklərə yol verməyin. Bununla yanaşı səhhətinizə də fikir verməlisiniz.

Buğa - Gələcək planlarınızı reallaşdırmaq üçün etibar etdiyiniz təcrübəli insanlarla danışıqlar aparmağa dəyər. Amma gərək hər bir məsələdə ədalət prinsiplərini əsas tutasınız. Yeri gəlsə, risk də etmək olar.

Əkizlər - Qarşınızda duran vəzifələri ləyaqətlə yerinə yetirsəniz, qarşınızda duran təqvimdən razı qalacaqsınız. Bu gün şəxsi büdcənizi artırmaq üçün fəallaşmalısınız. Uzaq yola çıxmayın.

Xərçəng - İlk növbədə ünsiyyət məsələlərində səbr nümayiş etdirin ki, ümumi ovqatınız yüksək olsun. Heç bir maliyyə sövdələşmələrində iştirak etməyin. İşlə bağlı vəziyyət normal olacaq.

Şir- Üzərinizə götürdüyünüz öhdəliklərə məsuliyyətlə yanaşın. Hər hansı səhlənkarlıq sizi gözdən sala bilər. Hər boş sözdən çılğınlaşmayın. Doğmalarınızla mütləq əlaqə saxlayın.

Qız - İxtiyarınızda olan bu təqvimdən qeyri-adi nəsə gözləməyin. Bütün ciddi planları başqa vaxta saxlayın. Maddi durumunuzu yüksəltmək istəyirsinizsə, saat 15-17 aralığını seçin.

Tərəzi - Başınızda daima ziddiyyətli fikirlər olur, bəzən bu, hətta münasibətlərin pozulmasına da rəvac verir. Heç olmasa, bu gün obyektiv olun. İşlərinizə vicdanla yanaşın.

Əqrəb - Yaxın on gündə görəcəyiniz işlərin həllinə bu gündən start verməlisiniz. Lazım gəlsə, etibarlı tərəfdaşlarınızın köməyindən də yararlana bilərsiniz. Gün şüasından qorunun.

Oxatan - Həmkarlarınızla münasibətdə soyuqluq yaranmasını istəmirsinizsə, onların ədalətli mövqeyi ilə razılaşın. Vəzifələrinizə isə məsuliyyətlə yanaşın. Dənizə getmək və ya səyahətə çıxmaq olar.

Oğlaq - İndiki ağır zamanda dostlarla, qohumlarla münasibətlərə xələl gətirmək savablarınızı azalda bilər. Hər bir prosesə obyektiv yanaşın. Yalnız bu halda ulduzlar sizi uğurlara çatdıra bilər. Bu gün istirahətə də vaxt ayırın.

Dolça - Proseslərin axarı sizi qane edəcək. Xırdaçılığa yol verməsəniz, dedi-qodudan, qeybətdən yayınsanız, istər fəaliyyətdə, istərsə də münasibətlər zəminində hər şey normal olacaq.

Balıqlar - Hər mənada uğurlu gün hesab etmək olar. Sadəcə olaraq günün nəbzini tutmağı bacarmalısınız. Yay istirahətinə başlamaq üçün çox münasibdir. Cibiniz boş deyilsə, hərəkətə keçin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.