05.07.2017 Gündəlik Bürclər (5 İyul 2017 Günlük Bürclər)

04 Temmuz 2017
5 027
0
05.07.2017 Gündəlik Bürclər (5 İyul 2017 Günlük Bürclər)
Qoç - Hansısa xırda məsələyə görə bu qədər sıxıntı keçirməyiniz nəyə lazım? Axı çıxış yollarını hamıdan yaxşı siz bilirsiniz. Özünüzü çətinliyə salmaqdansa, qəti qərar verin. Yeri gəlsə, məsləhətləşin.

Buğa - Əsas diqqətinizi ailə-sevgi münasibətlərinin tənzimlənməsinə yönəldin. Hazırda ətrafınıza daha çox yaxşı adamlar toplaşıb. Onların kömək və məsləhətlərindən yararlanın.

Əkizlər - Ulduzlar bəyan edir ki, yalnız münasibətlər zəminində uğurlarınız olacaq. Səfər, fəaliyyət və ya şəxsi işlər üçünsə sərfəli vaxt deyil. Qohumlarla mübahisələrə yol verməyin.

Xərçəng - Nədənsə son vaxtlar sürətlə ötən günlərdən mənəvi zövq ala bilmirsiniz. Bu problemi aradan qaldırmaq istəyirsinizsə, qonaq gedin. Narahatlığı yalnız bu cür dəf edə bilərsiniz.

Şir - Astroloji göstəricilər bu təqvimdə daha çox sizin bürc üçün büdcə artımı olduğuna işarə edir. Bəxtinizi sınamaq pis olmazdı. Amma riskli və yeni işlərdən də uzaqlaşmalısınız.

Qız - Səhhətinizə fikir verə bilsəniz, günün ümumi mənzərəsi qənaətbəxş olacaq. Qayğınıza qalanlar sizi darıxmağa qoymayacaq. Bu gün dünyadan gedənlərinizə dualar oxuyun.

Tərəzi - Sizin üçün istirahət etməkdən söhbət belə gedə bilməz. Əksinə, bütün işgüzar görüşlərinizi bu təqvimə təyin etməlisiniz. Çünki ən uğurlu gün məhz sizin bürcün bəxtindədir.

Əqrəb - İxtiyarınızda olan bu təqvimdə ilk öncə işgüzarlığınızı artırmağa çalışın. Əsas işləriniz yarımçıq qaldığı təqdirdə istirahət etməyin. Yeni sövdələşmələrə də hazır olun.

Oxatan - İqlimin qəfil dəyişkənliyi və proseslərin əsəbi müstəviyə keçməsi səhhətinizlə bağlı problemlər yarada bilər. Odur ki, özünüzü qorumağa güc verin. Göy-göyərti çox yeyin.

Oğlaq - Bürcünüzün ən gözəl günlərindən birini yaşayacaqsınız. Bütün proseslər xeyrinizədir. Ulduzlar büdcənizə xeyir verəcək. Amma sizə ehtiyac duyan insanlara baş çəkməyi də unutmamalısınız.

Dolça - Mənəvi və ruhi baxımdan uğurlu gündür. Göy qübbəsi bütün hərəkətlərinizi tənzimləyəcək. Özünüzü qorumağa çalışın ki, bəzi xoşagəlməz hadisələr ovqatınızı poza bilməsin.

Balıqlar - Riskli qərar çıxarmayın. Əks təqdirdə həmişəki kimi yanılacaqsınız. Başqaları ilə məsləhətləşməməyinizə ulduzlar da təəccüblənir. Unutmayın ki, çox vaxt "tək əldən səs çıxmır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.