10.07.2017 Gündəlik Bürclər (10 İyul 2017 Günlük Bürclər)

09 Temmuz 2017
5 033
0
10.07.2017 Gündəlik Bürclər (10 İyul 2017 Günlük Bürclər)
Qoç - Narahatçılığınızı artıran məsələləri yoluna qoymaq üçün danışıqlara başlamağınız vacibdir. Həftə ərzində gözlənilən uğurlar üçün bunun böyük səmərəsi ola bilər. Təzə xəbər də gözlənilir.

Buğa - Saat 14-ə qədər qeyri-ənənəvi işlərlə məşğul olmayın, xüsusən də nahar ərəfəsində. Sonrakı müddətdə isə işgüzar aktivliyinizi artırmalısınız. Bəxtinizdə pul da var.

Əkizlər - Cərəyan edən hadisələr çıxardığınız qərarlardan asılı olacaq. Odur ki, əvvəl götür-qoy edin. Bu arada etibar etdiyiniz adamlardan kimsə sizə yalan sata bilər. Səfər də uğurludur.

Xərçing - Ciddi götür-qoy etməsəniz, həlledici məqamlarda yanıla bilərsiniz. Yersiz risklərə meylinizi azaldın. Sizə vəd verənləri mələk hesab etməyin. Sadəlövhlük insana zərər yetirir.

Şir - Daxili narahatçılığınız tədricən aradan qalxacaq. Sevdiyiniz adamlarla bir yerdə olmağınız nikbinliyinizi artıracaq. Bu arada kobud rəftardan və şit zarafatlardan uzaq durmalısınız.

Qız - İyulun bu isti günündə emosional çıxışlara ara verməli, yalnız konkret işlərlə məşğul olmalısınız. Günün ikinci yarısını dost-tanışla, doğmalarınızla gəzinti və əyləncəyə həsr edin.

Tərəzi - Bir qədər darıxdırıcı gündür. Amma bədbinləşib tək-tənha bir küncdə oturmaq da yaramaz. Heç olmasa, ulduzların "hə" dediyi maliyyə məsələləri ilə məşğul olun. İnsanlardan xoflanmayın.

Əqrəb - Bu gün rahat keçməsə belə, ciddi xoşagəlməzlik də olmayacaq. Nahardan sonra sizi sürprizlər gözləyir. Gələcək fəaliyyətiniz də məhz bundan asılı olacaq. Uzaq yola çıxmayın.

Oxatan - Təkbaşına hansısa məsələyə müdaxilə etməyin. Əks təqdirdə nəzərdə tutduğunuz ideyaları reallaşdıra bilməyəcəksiniz. Tərəfdaşlarınızın sayını artırın ki, qalib olasınız.

Oğlaq - Astroloji göstəricilər böyük işlər görəcəyinizi, ağıllı risklər edəcəyinizi bəyan edir. Hətta maddi durumunuz imkan versə, uzaq yola da çıxa bilərsiniz. Qidanıza fikir verin.

Dolça - Hər mənada uğurlu gün yaşayacaqsınız. Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə olacaq. Şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.

Balıqlar - Daxilən sıxıntılı ərəfə yaşayacaqsınız. Düzdür, ovqatınızı korlayan nəsnələr olmayacaq, lakin səbəbsiz nigarançılıqdan da uzaqlaşa bilməyəcəksiniz. Bu gün varlana da bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.